Görməli yerlər
Bizans dövrünün möhtəşəm memarlıq nümunəsi olan Ayasofya İstanbulun simvollarından biridir. Ayasofya həm kilsə, həm məscid, həm də muzey kimi tarixi önəm daşıyır. Zərif minarələri və daxili keramika naxışları ilə şəhərin ruhunu özündə əks etdirən Sultanahmet məscidi (Mavi Məscid) turistlərin İstanbul səfəri zamanı ziyarət etdiyi yerlər arasındadır. İndi imperiya dövrünün zənginliyini özündə əks etdirən tarixi Topqapı sarayı keçmişdə Osmanlı sultanlarının iqamətgahı olmuşdur. Qız qalası və Qalata qülləsi şəhərin mənzərəsinə xüsusi cazibə qatır. “Kapalı çarşı” və “Mısır çarşı” isə minillik ticarət ənənələrini bu günə daşıyaraq turistlərin ziyarət etməli olduğu məkanlar arasında yer alır. İstanbulun müasir üzünü isə "Taksim" meydanı, "İstiqlal Caddesi" və Nişantaşı bölgələrində görmək mümkündür. Burada restoranlar, mağazalar və incəsənət qalereyaları yerləşir.

















