Biznes Sinifdə daha rahat və sərbəst səyahət edin.

Hansı ölkəyə səyahət etdiyinizdən asılı olmayaraq, “Azərbaycan Hava Yolları” şirkətinin Biznes Sinfi Sizə uçuş boyu özünüzü daha rahat və sərbəst hiss etmək imkanı verəcəkdir.

Biznes Siniflə uçarkən Siz aşağıdakı üstünlüklərdən faydalanacaqsınız:

  • İşləmək və dincəlmək üçün daha geniş məkan, ayaqlarınız üçün əlavə geniş yer və daha çox açılan oturacaqlar
  • Hava limanında növbəsiz qeydiyyat və hava gəmisinə növbəsiz minik
  • Hava limanlarında Biznes Sinfə məxsus gözləmə zallarına buraxılış
  • Daha çox pulsuz daşınan baqaj norması

Biznes Sinif biletlərinə hər biri 32 kiloqrama qədər çəkidə 2 yer baqaj və 10 kiloqrama qədər çəkidə 2 yer əl yükü daxildir.

Əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir.

Biznes Sinifdə bütün yeməklər və içkilər zərif çini qablarda təqdim edilir. Hər yeməyin təqdim edilməsindən əvvəl sərnişinə təravətlənmək üçün isti dəsmal təqdim olunur.

Sərnişinlərə yeməklə yanaşı, şampan, viski, konyak, rom, araq, cin, pivə, likör, xarici və yerli şərablar kimi alkoqolsuz və spirtli içkilərin geniş çeşidi təklif olunur. Uçuş boyu qəhvə, kapuçino, isti şokolad və müxtəlif çaylar verilir.

Eyni zamanda, Sizə pəhrizinizə uyğun olaraq uçuşdan ən azı 24 saat əvvəl sifariş edilmiş xüsusi yeməklər də təqdim edilə bilər.

Uçuş boyu sərnişinlər video izləyə və ya musiqi dinləyə bilərlər. Səyahət dəsti sayəsində uçuş uşaqlar üçün belə hiss olunmadan keçəcək. Əyləncəli oyunlar, təkrar istifadə edilə bilən rəsm lövhəsi, rəngli karandaşlarla rəngləmə tapmacası və uşaq yuxu maskası olan sehrli uşaq dəsti (4-10 yaş) təqdim edirik (bu dəst dörd saatdan çox davam edən uçuşlarda verilir). Səyahət yastığı. 7 saatdan çox davam edən uçuşlarda yumşaq oyuncaqlar təqdim edilir. Sehrli stikerlər.

"Azərbaycan Hava Yolları" öz sərnişinlərinə Azərbaycan və xarici dövri nəşrlər təqdim edir, onların seçimi reysin istiqamətindən asılı olaraq sərnişinlərə təklif olunur.

Qarşınızdakı oturacağın cibində yerləşdirilən «Azerbaijan Airlines»* bort jurnalını, «On-Board Sales Catalogue»* və «Ideal»* jurnallarını nəzərdən keçirə bilərsiniz.

Aviaşirkətin rəngarəng şəkilli bort jurnalında siz faydalı və maraqlı məlumatlarla tanış ola bilərsiniz. Burada siz macəra dolu səyahət, dünyanın füsunkar yerləri, gözəl şəhərləri barədə məqalələrlə tanış ola və mədəniyyət, biznes və sənaye sahəsində son xəbərləri öyrənə bilərsiniz. Biz müxtəlif insanların və peşə sahiblərinin maraq və zövqünü nəzərə alırıq ki, bu da jurnalımızı daha da maraqlı edir və digərlərindən fərqləndirir. Jurnalın səhifələrində həmçinin şirkətin uçuş sxemləri, hava limanlarında transfer cədvəlləri və s. əks etdirilib.

Eyni zamanda hava gəmilərimizdə sərnişinlər üçün alış-veriş etmək imkanı da yaradılır. «On-Board Sales Catalogue»* jurnalının səhifələrinə nəzər yetirərək parfümeriya və kosmetik məhsulların çeşidləri ilə, həmçinin hədiyyə və suvenirlərlə tanış olun.