“Azərbaycan Hava Yolları” aviaşirkətinin Premium Ekonom sinfi hansı ölkəyə səyahət etdiyinizdən asılı olmayaraq, Sizə uçuş boyu özünüzü daha rahat və sərbəst hiss etmək imkanı verəcəkdir.

Premium Ekonom-da uçarkən Siz aşağıdakı üstünlüklərdən faydalanacaqsınız:

  • İşləmək və dincəlmək üçün daha geniş məkan, ayaqlarınız üçün əlavə geniş yer və daha çox açılan oturacaqlar

  • Hava limanında növbəsiz qeydiyyat və hava gəmisinə növbəsiz minik

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda Terminal 1-də gediş zamanı xüsusi zolaqdan keçid, gəliş zamanı isə “fast track”- (sürətli keçid) xidmətindən istifadə imkanı

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda Terminal 1-də AZAL lounge-a daxil olub sürətli qeydiyyatdan keçərək baqajı təhvil vermə üstünlüyü

  • Biznes sinfə məxsus gözləmə zalları xidməti təklif edən hava limanlarında bu zallara keçid imkanı

-Premium Ekonom sinfində daha çox pulsuz daşınan baqaj normasından yararlana bilərsiniz. Ətraflı məlumat üçün isə veb-saytımızın “Ödənişsiz daşınan baqaj” bölməsinə keçid edə bilərsiniz: https://azal.az/az/information/baggage/free/

Premium Ekonom-da bütün yeməklər və içkilər zərif çini qablarda təqdim edilir. Hər yeməyin təqdim edilməsindən əvvəl sərnişinə isti dəsmal təqdim olunur. Eyni zamanda, səyahət müddətindən asılı olaraq uçuşunuza ən azı 24 saat qalmış Sizin pəhriz ehtiyaclarına cavab verən xüsusi yeməkləri öncədən sifariş verə bilərsiniz.

Ətraflı məlumat üçün veb-saytımızın “Təyyarədə qidalanma” bölməsinə keçid edə bilərsiniz: https://azal.az/az/aboard/meals/

“Boeing 787” hava gəmisində oturacaqlara 10.6 düym ölçüdə sensorlu monitorlar quraşdırılmışdır. Bu monitorlarda geniş çeşiddə yeni və klassik filmlər, TV proqramlarını izləyə, oyunlar və digər əyləncələri vasitələrindən istifadə edərək səyahətinizi daha da maraqlı edə bilərsiniz.

Bundan əlavə, "Azərbaycan Hava Yolları" öz sərnişinlərinə Azərbaycan nəşrlərinin nümunələrini də təqdim edir və nəşrlərin seçimi reysin istiqamətindən asılı olaraq sərnişinlərə təklif olunur.

Uzunmüddətli uçuşlarda yüksək keyfiyyətli gigiyenik, kosmetik vasitələr və aksessuarların olduğu səyahət dəsti, 6 yaşdan az uşaqlara yumşaq oyuncaq, 6-10 yaşa kimi olan uşaqlara isə uşaq dəsti təqdim olunur.