Təyyarədə menyunuzu seçin

Azərbaycan Hava Yolları şirkətinin bütün beynəlxalq reyslərində pulsuz yemək təqdim olunur. Uçduğunuz vaxtdan asılı olmayaraq, sizə hər zaman diqqətlə seçilmiş inqrediyentlərdən hazırlanmış dadlı yeməklərdən seçim təklif ediləcək. Qeyd etmək lazımdır ki, menyu xidmət sinfinə, mövsümə, uçuş istiqamətinə və günün vaxtına görə dəyişə bilər. Həmçinin sərnişinlər səyahətlərinə yeni dadlar əlavə etmək üçün xüsusi ödənişli Air Tastes menyusundakı müxtəlif yeməklərdən də zövq ala bilərlər.

Necə almaq olar

Ən sərfəli üsul – www.azal.az vasitəsilə:


- Bileti rezervasiya edərkən


- Rezervasiyanın idarə edilməsi bölməsində – uçuşdan ən azı 48 saat əvvəl