Mükafatlandırıcı aviabiletin əldə edilməsi şərtləri

AZAL Miles loyallıq proqramında uçuş millərinizi mükafatlandırıcı aviabiletlərə çevirərək unudulmaz səyahətlər qazanın!

Mükafatlandırıcı aviabilet əldə edin

Mükafatlandırıcı aviabileti əldə edin

  • 1.Mükafatlandırıcı aviabiletləri almaq üçün tələb olunan ümumi uçuş mili sayı böyüklər və uşaqlar üçün eynidir.

  • 2.Mükafatlandırıcı aviabiletlərini həm gediş-dönüş, həm də birtərəfli uçuşlar üçün almaq olar.

  • 3.Mükafatlandırıcı aviabiletləri çarter, tranzit və daxili uçuşlar üçün almaq mümkün deyil.

  • 4.Pulsuz mükafatlandırıcı aviabiletlər gediş tarixindən etibarən 1 il müddətində etibarlıdır.

  • 5.Mükafatlandırıcı aviabileti hərkəs üçün ala bilərsiniz.

    • 5.1 İstisna olaraq, 0–2 yaşlı körpələr üçün mükafatlandırıcı aviabiletlərin rəsmiləşdirilməsi hazırda mövcud deyil. 0–2 yaşlı körpələr üçün aviabiletlərin rəsmiləşdirilməsi ödənişli əsaslarla və aviaşirkətin qüvvədə olan tarif qaydalarına uyğun olaraq tənzimlənir. Aviabilet əldə etmək üçün Çağrı Mərkəzinə müraciət edə bilərsiniz: [email protected] https://www.azal.az/az/information/fare-rules/
  • 6.Mükafatlandırıcı aviabiletlər ilə xoşgəldin, ad günü, hədiyyə və digər uçuş milləri qazanmaq mümkün deyil.

  • 7.Azərbaycan Hava Yolları aviaşirkəti hər hansı səbəbdən uçuşu ləğv edərsə, ödənilmiş uçuş milləri hesaba qaytarılacaq. Uçuş milləri ilə ödənilmiş hava limanı vergiləri də eyni şəkildə geri qaytarılacaqdır.

  • 8.Mükafatlandırıcı aviabiletləri yalnız onlayn kanallar (mobil tətbiq və veb-sayt) vasitəsilə əldə edə bilərsiniz.

  • 9.Mükafatlandırıcı aviabiletlərin qaytarılması və tarix dəyişikliyi ilə bağlı şərtlər aşağıda qeyd olunan bəndlər üzrə tənzimlənir. Qaydalarda əks olunan cərimələr bütün dəyişilən/qaytarılan aviabiletə (qiymət vahidinə/pricing unit) görə nəzərdə tutulur.

    • 9.1.Mükafatlandırıcı Ekonom “Büdcə” aviabiletləri qaytarılmır və dəyişdirilmir.
    • 9.2.Mükafatlandırıcı Ekonom “Klassik”, “Premium Ekonom” və “Biznes” aviabiletlərinin tarixi həm uçuşdan öncə həm də uçuşdan sonra 60 avro cərimə və tarif fərqi tətbiq edilməklə dəyişdirilə bilər.
    • 9.3.Mükafatlandırıcı Ekonom “Klassik”, “Premium Ekonom” və “Biznes” aviabiletləri 60 avro cərimə tətbiq edilməklə həm uçuşdan öncə həm də uçuşdan sonra qaytarıla bilər.

AZAL Miles proqramının üzvü olun

Hesaba daxil olunÜzv olun