Uçuşda təxsis edilən yerlərin sayının artıq olması, uçuş təhlükəsizliyi (hava gəmisinin ağırlıq limitləri) və ya texniki səbəbdən hava gəmisinin daha az oturacaqlı hava gəmisi ilə əvəzlənməsi səbəbindən Sərnişini daşımaya qəbul etmək mümkün olmaya bilər. Bu halda Aviaşirkət uçuşda təsdiq olunmuş yerini könüllü şəkildə daha sonrakı uçuş və kompensasiya müqabilində dəyişməyə razı olan Sərnişinlər axtaracaq. Əgər kifayət qədər uçuşdan imtina edəcək könüllü Sərnişin yoxdursa bu zaman bəzi Sərnişinlər Aviaşirkətin minik prioriteti qaydalarına uyğun olaraq uçuşa buraxılmayacaqlar. Aviaşirkətin qeydiyyat vaxtına və digər qaydalarına riayət edərək uçuşdan kənarlaşdırılmış Sərnişini Aviaşirkət alternativ uçuş və kompensasiya ilə təmin edəcəkdir.

Əgər Sərnişin Avişirkətin qeydiyyat vaxtı və digər qaydalara riayət etməzsə kompensasiya verilmədən uçuşdan kənarlaşdırıla bilər

Pul kompensasiyasının məbləği aviabiletin dəyərinin 100%-ni təşkil edir, lakin 200 Avrodan az və 1000 Avrodan artıq olmamalıdır.

ABŞ istiqamətinə/dən uçuşlarda Sərnişini daşınmaya qəbul etmək qeyri-mümkün olduqda “14 CFR Part 250 – Oversales” qaydalarına uyğun olaraq sərnişinə kompensasiya təqdim edilir.