Mövcud uyğunluq vəziyyəti və davam edən tədbirlər

Azərbaycan Hava Yolları olaraq, bütün istifadəçilər üçün əhatəli və əlçatan onlayn təcrübə təmin etməyi öhdəliyimizə götürürük. Bunun üçün Veb Məzmunu Əlçatanlıq Təlimatları (WCAG) 2.1 standartlarına və rəqəmsal məzmun üçün əlçatanlıq tələblərini müəyyən edən Reabilitasiya Aktının Bölmə 508 tələblərinə uyğun hərəkət edirik. Bu standartlar saytımızın əlilliyi olan şəxslər üçün əlçatan olmasını təmin edir, köməkçi texnologiyalarla uyğunluğunu artırır və ümumi istifadəçi təcrübəsini yaxşılaşdırır. Biz, həmçinin Avropa Əlçatanlıq Aktı (EAA) və Kanada əlçatanlıq qanunlarına riayət etməklə qlobal istifadəçilər üçün əhatəli təcrübə təmin edirik.

WCAG 2.1 üç əlçatanlıq səviyyəsini müəyyən edir: A, AA və AAA. Biz Azərbaycan Hava Yolları Marketinq saytını daha əlçatan rəqəmsal mühit yaratmaq məqsədilə A və AA səviyyələrinə uyğunlaşdırmışıq.

Əlçatanlığa verdiyimiz dəstəyi artırmaq üçün sertifikatlı sənaye mütəxəssisləri ilə əməkdaşlıq edirik. Onlar ən yaxşı təcrübələrin tətbiqində və WCAG 2.1 A və AA səviyyələrinə uyğunluğun təmin olunmasında bizə rəhbərlik edir. Bu istiqamətdə işlərimiz davam edir, əlçatanlığı artırmaq və bütün məzmunun hamı üçün əlçatan olmasını təmin etmək üçün davamlı çalışırıq.

Uyğun olduqda əlçatanlıq üzrə ixtisaslaşmış partnyorlarımız NVDA, JAWS və ya VoiceOver proqramlarından istifadə edərək Windows və Mac əməliyyat sistemlərində manual test aparırlar. Əlavə olaraq, potensial əlçatanlıq maneələrini müəyyən etmək və aradan qaldırmaq üçün xüsusi proqram təminatı ilə avtomatlaşdırılmış testlər də həyata keçirilir.

Saytımızı müntəzəm olaraq izləyirik ki, əlçatanlıq öhdəliyimizə sadiq qalaraq mümkün olan ən geniş auditoriya üçün optimal təcrübə təqdim edək. Əgər saytımızda hər hansı əlçatanlıq problemləri ilə üzləşsəniz və ya istifadə rahatlığı ilə bağlı narahatlıqlarınız olarsa, aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlayın. Sizin narahatlıqlarınızı aradan qaldırmaq və ehtiyaclarınıza uyğun həllər tapmaq üçün bütün mümkün səyləri göstərəcəyik.


Problemləri necə bildirək

Azərbaycan Hava Yolları marketinq səhifələrinin əlçatanlığı ilə bağlı rəylərinizi məmnuniyyətlə qarşılayırıq. Veb saytdan istifadə edərkən hər hansı bir problemlə qarşılaşsanız, zəhmət olmasa, buraya klikləməklə bizə bildirin.

Bu sənəd sonuncu dəfə 2025-ci ilin noyabr ayında yenilənib..