“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət, innovativ texnologiyaların tətbiqi, həmçinin ölkənin aviasiya infrastrukturunun inkişafı daxildir.

AZAL QSC mülki aviasiyanın idarə olunması və modernləşdirilməsində mühüm rol oynayaraq Azərbaycanın qlobal aviasiya məkanına inteqrasiyasına etibarlı zəmin yaradır.

AZAL-ın beynəlxalq nüfuzu yalnız “Skytrax” və “World Airline Awards” mükafatları ilə deyil, həm də 2024-cü ildə əldə etdiyi beynəlxalq sertifikatlarla təsdiqlənir: ISO 9001:2015 (keyfiyyətin idarəetmə sistemi), ISO 14001:2015 (ekoloji idarəetmə sistemi) və ISO 45001:2018 (əmək təhlükəsizliyi və sağlamlığın idarəetmə sistemi). Bu nailiyyətlər şirkətin ətraf mühitin mühafizəsi, əməkdaşların sağlamlığı və keyfiyyətin idarə olunması sahəsində ardıcıl tədbirlərinin nəticəsidir.

Həmin il COP29 çərçivəsində yüksək səviyyəli aviasiya sessiyaları keçirilib, 2025-ci ildə isə Bakı şəhərində, Qafqaz və Xəzər regionunda ilk dəfə IATA-nın Aviasiya Enerji Forumu (AEF) uğurla təşkil edilib.

AZAL dayanıqlı inkişafa xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır. 2024-cü ilin yanvarında AZAL BMT-nin Qlobal Razılaşma təşəbbüsünə qoşularaq ESG strategiyasının icrasına başlayıb. Son üç il ərzində hər il dərc olunan “Dayanıqlı İnkişaf Hesabatı”nda karbon emissiyalarının azaldılması və Net/Near Zero Emission hədəflərinə nail olunması üçün konkret məqsədlər müəyyən edilib. Ətraf mühit prinsiplərinə sadiqliyini isə şirkətin “IATA CO₂ Connect” platformasında və IEnvA (“IATA Environmental Assessment”) proqramında iştirakı bir daha təsdiqləyir. Bu yanaşma AZAL-ı qlobal aviasiya sənayesində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir.

main description banner

Hazırda AZAL QSC-nin tərkibinə aşağıdakı strukturlar daxildir

Hava limanlarımız

  • Bakı

    Heydər Əliyev Beynəlxalq Aeroportu

  • Füzuli

    Beynəlxalq Hava Limanı

  • Zaqatala

    Beynəlxalq Hava Limanı

  • Zəngilan

    Beynəlxalq Hava Limanı

  • Gəncə

    Beynəlxalq Hava Limanı

  • Qəbələ

    Beynəlxalq Hava Limanı

  • Yevlax

    Hava limanı

  • Lənkəran

    Beynəlxalq Hava Limanı

  • Naxçıvan

    Beynəlxalq Hava Limanı

  • Laçın

    Beynəlxalq Hava Limanı

Mükafatlar

    banner

    AZAL 4 Ulduz

    Dinamik inkişaf edən aviaşirkət “Skytrax” Britaniya konsaltinq şirkəti tərəfindən dəfələrlə nüfuzlu “4 Ulduz” reytinqini təsdiq etmişdir.

    banner

    Heydər Əliyev Beynəlxalq Aeroportu 5 Ulduz

    “Skytrax World Airport Awards” tərəfindən ən yüksək mükafata - “5 ulduz” statusuna layiq görülmüş Heydər Əliyev Beynəlxalq Aeroportu MDB ölkələrinin ən yaxşı hava limanları reytinqinə də dəfələrlə başçılıq etmişdir.

airport

QSC-nin struktur bölməsi olan Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” (AZAL) müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik şəkildə genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviadaşıyıcı Azərbaycanın beynəlxalq aviasiyadakı mövqelərini möhkəmləndirməklə yanaşı, turizmin inkişafına və ölkənin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına da mühüm töhfə verir. Xidmət keyfiyyətinin yüksəkliyi nüfuzlu Skytrax «4 ulduz» reytinqi, həmçinin “World Airline Awards” mükafatları ilə təsdiqlənmişdir. AZAL dəfələrlə bu mükafatlar çərçivəsində “Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət” adına layiq görülmüşdür.

AZAL-ın hava donanması tam şəkildə ICAO standartlarına cavab verir, aviaşirkət IATA-nınAzərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Marşrut şəbəkəsinin ardıcıl genişləndirilməsi sərnişinlər üçün maksimal rahatlıq təmin edən müasir rəqəmsal həllərin tətbiqi ilə tamamlanır.

map placeholder

AZAL-ın baş ofisi Bakıda, beynəlxalq standartların yüksək tələblərinə cavab verən Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Xəritədə baxın