Qiymət sabitləmə xidmətinin iş prinsipi

1

Reysləri tapın və bron edin

Reysi seçin, sonra isə “Qiymətin sabitlənməsi” xidmətini seçin və bronlaşdırma prosesinə davam edin.

2

Qiymət sabitləmə xidmətini tamamlayın

Bronlaşdırma zamanı hər sərnişin üçün əlavə xidmət haqqı tutulur; bu məbləği kredit kartı ilə ödəmək mümkündür. Ödənişdən sonra sizə e-poçtla təsdiq göndəriləcək.

3

Qərar vermək üçün 24 və ya 72 saat vaxtınız var

Aviabiletinizin qiyməti artıq zəmanətli şəkildə sabitlənib. Siz rahatlıqla qərarınızı verə və ya səfər yoldaşlarınızla məsləhətləşə bilərsiniz.

4

Bronu tamamlayın

Ödənişin təxirə salınması ilə bron edilmiş reyslər haqqında məlumat e-poçtunuza göndərilən bron təsdiqində və ya “Bronun İdarə Edilməsi” bölməsində yerləşir. Bronu tamamlayın.

5

Əlavə xidmətləri əlavə edin

“Bronun İdarə Edilməsi” bölməsinə keçin və yer seçimi, baqaj və digər əlavə xidmətləri sifariş edin.

Tarifin sabitlənməsi müddəti və şərtləri

Tarifin sabitlənməsi müddəti

  • Uçuşa 7 gündən çox qalmış xidmət alındıqda — 72 saatlıq sabit qiymət tətbiq edilir.
  • Uçuşa 96 saatdan çox (lakin 7 gündən az) qalmış xidmət alındıqda — 24 saatlıq sabit qiymət tətbiq edilir.
  • Uçuşa 96 saatdan az qalmış xidmət təqdim edilmir.

Qaydalar və şərtlər

  • Xidmət yalnız bizim vebsaytımızda mövcuddur.
  • İstifadə olunmamış xidmətin könüllü qaydada geri qaytarılması qadağandır.
  • Qiymət sabitləmə xidməti ilə birlikdə əlavə xidmətlərin əlavə olunması qadağandır. Yer seçimi, baqaj, sığorta və digər xidmətlər yalnız bilet tam ödəndikdən sonra əlavə oluna bilər.

Tez-tez verilən suallar

“Hold the price” — qeyd olunan xidmət sayəsində siz əldə etmək istədiyiniz biletin qiymətini 24 və ya 72 saat müddətinə sabitləşdirə bilərsiniz.

  • Uçuşa 7 gün qalmışa qədər “Hold the Price” xidməti 72 saata qədər aktiv saxlanıla bilər və bunun üçün 10 avro xidmət haqqı ödənilir.
  • Uçuşa 4 gün qaldıqda, qiyməti 24 saata qədər saxlamaq mümkündür və bu halda xidmət haqqı 20 avro təşkil edir.

Hazırda bu xidmət üçün ödəniş yalnız bank kartı vasitə ilə ödənilə bilər.

Xeyr, qeyd olunan ödəniş ayrıca hesablanır və ümumi bilet qiymətindən çıxılmır.

Xeyr, bu halda heç bir əlavə əməliyyata ehtiyac yoxdur. 24 və ya 72 saatlıq müddət bitdikdən sonra xidmət avtomatik olaraq ləğv ediləcək.

Xeyr, əlavə xidmətləri yalnız bilet tam şəkildə bron olunduqdan sonra “Rezervasiyanın İdarə edilməsi” bölməsindən daxil olub əldə etmək mümkündür.