“AZAL Miles” loyallıq proqramına qoşulmaq və üstünlüklərdən faydalanmaq üçün “AZAL Miles loyallıq proqramında iştirak qaydası və şərtləri” sənədində (bundan sonra - “Qayda və şərtlər”) göstərilən qaydalara riayət etmək kifayətdir. Bu sənəddə “AZAL Miles” loyallıq proqramının şərtləri, iştirakçı statusları, təqdim olunan imtiyazlar və digər müddəalar barədə məlumat verilir. Aşağıda göstərilən qayda və şərtlər “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkəti (bundan sonra - AZAL) ilə “AZAL Miles” loyallıq proqramının iştirakçıları arasında mövcud hüquqi münasibətləri müəyyən edir. Xidmət tələbləri, imtiyaz şərtləri və proqram qaydaları AZAL tərəfindən birtərəfli qaydada dəyişdirilə, ləğv edilə və ya yenidən tənzimlənə bilər.