İstanbul - Azərbaycan aviabileti 197 AZN-dən başlayan qiymətlərlə

Promo kod

İstanbul - Azərbaycan aviabilet qiymətləri ilə tanış olun

İstanbuldan Azərbaycana səyahətinizi planlaşdırmağın tam vaxtıdır! Fərqli marşrutları və uçuş vaxtlarını müqayisə edərək sizə ən uyğun olanı seçin. Səfər məqsədinizdən asılı olmayaraq ehtiyacınız olan bütün məlumatlar bir kliklə qarşınızdadır.

AZN
keyboard_arrow_down

İstanbul (IST)-

Bakı (BAK)
Uçuş vaxtı: 02/06/2027
Başlanğıc qiymət
197 AZN
Yenilənib: 10 saat əvvəl
Bir istiqamətli səfər
Ekonom

*Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

İstanbul - Azərbaycan aviabiletləri - uçuşunuzu indi planlayın

İstanbuldan Azərbaycana səfərinizi indi asanlıqla planlaşdırın! Müxtəlif tarixlər üzrə uçuş cədvəllərini araşdıraraq sizə ən uyğun gələn vaxtı seçə bilərsiniz. Arzuladığınız səyahət üçün ilk addımı bu gün atın!

AZN
keyboard_arrow_down
İstanbul - Azərbaycan aviabiletləri - uçuşunuzu indi planlayın
Haradan
Haraya
Tarif növü
Tarixlər
Qiymət
İstanbul (IST)Bakı (BAK)Bir istiqamətli səfər
/
Ekonom
Uçuş vaxtı: 02/06/2027

Başlanğıc qiymət

197 AZN

Yenilənib: 10 saat əvvəl

*Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

Azərbaycana səyahət edin

Bakı sizin üçün darıxıb. Öz qədimi adət-ənənələri ilə, dadı damaqlarda qalan ləziz təamları ilə, gözoxşayan tarixi və müasir binaları ilə, misilsiz mavi Xəzər mənzərələri ilə, möhtəşəm ab-havası ilə tanış olmaq üçün Bakıya aviabilet əldə edə bilərsiniz. Yolunuzu uzatmayın və doğma yurdunuza, isti ocağınıza qovuşmaq üçün AZAL-ın birbaşa reysinə aviabilet alın.

Görməli yerlər

Bakı Xəzər dənizi sahili və Qafqaz regionunda ən böyük şəhərdir. Küləklər şəhəri olaraq tanınan Bakıda iki külək – cənubdan isti Gilavar və şimaldan sərin Xəzri əsir. Bakıda hər kəs zövqünə uyğun əyləncə, istirahət və maraq dairəsi tapa bilər. Paytaxt gecəsi və gündüzü ilə bütün qonaqlarını məftun edir. Şərqlə Qərbin qovuşması Bakıda təkrarolunmaz memarlıq ansamblı yaradır və möhtəşəm həyat enerjisini yaşadır. Paytaxt Bakı olduqca qonaqpərvər şəhərdir. Şəhəri tanımaq üçün ilk olaraq turistləri özünə maqnit kimi çəkən və şəhərin rəmzi olan Qız qalasından başlayın. Qalanın dəqiq tarixi bilinmir, həmçinin mahiyyəti ilə də bağlı çoxlu sirlər var. Bəzi mülahizələrə görə Qız qalası rəsədxana kimi 6-cı əsrdə inşa edilib. Biz sizi, həmçinin Xəzər dənizini öz gözəlliyi ilə oxşayan bulvarı və qədim şəhərcik olan İçərişəhəri gəzməyə dəvət edirik.

İstirahət

Qədim tarixi və müasirliyi özündə ehtiva edən qocaman Bakı unikal şəhərdir. Paytaxtımız öz qonaqlarını həmişə valeh etməyə hazırdır. Xəzər dənizində gəzintiyə çıxaraq, şəhəri fərqli bucaqdan görə bilərsiniz. Bakıda hər kəs öz zövqünə uyğun əyləncə, istirahət və maraqlı məkanlar tapa bilər. Şərq bazarları, gecə həyatı, qədim abidələr, müasir binalar əsl harmoniya yaradır. Xəzər dənizinin sahillərində yerləşən Bakı il boyu maraqlıdır. Yayda çimərliklərə, qışda isə hamamlar və SPA mərkəzlərinə üz tuta bilərsiniz. Yazda parklar və bulvarda gəzişərək, payızda isə muzeyləri ziyarət edərək şəhərimizi doyunca yaşaya bilərsiniz.

Təamlar

Bakı mətbəxi ədviyyatlı ət yeməkləri ilə zəngindir. Qədim mətbəx ənənələri türk və Asiya reseptləri çox bağlıdır. Şəhər kafe və restoranlarında həmişə quzu ətindən ləziz yeməkləri dada bilərsiniz. Bununla yanaşı menyuda mal və toyuq ətindən də təamlar təklif edilir. Bəzən elə olur ki, küçədə gedərkən ləzzətli bişmiş şüyüd, plov və qızardılmış balıqların cazibədar ətrini hiss edirsiniz. Quzu quyruğu ilə qaraciyər kababı yerli delikates sayılır. Özünüzü yerli mətbəxin qədim ənənəsinə qərq etmək istəyirsinizsə, yerli sakinlərin getdiyi məkanları ziyarət edin, məsələn İçərişəhərdəki kiçik restoranları. Burada özünüzü orijinal atmosferdə hiss edərək, ləziz məzələrdən dada bilərsiniz.

Alış-veriş

Bir çox brend mağazalar “Torqovaya” kimi tanınan Nizami küçəsində yerləşir. Bu, şəhərin ən məşhur küçəsidir və həmin hissə avtomobilsiz sahədir. Şəhərdə çoxlu böyük ticarət mərkəzləri var. Ən tarixi binalardan biri isə şəhərin ən böyük univermağı olan TSUM-dur. Əntiq və dəyərli əşyaları qiymətləndirirsinizsə Fəvvarələr Meydanına gedin. Burada dizayner mağazaları, restoranlar və kafeləri rahatlıqla tapacaqsınız. Ticarət mərkəzlərində alış-veriş etməyi sevirsinizsə, Bakının ən yeni ticarət mərkəzlərinə baş çəkməyi tövsiyə edirik: Nargiz Mall, 28 Mall, Gənclik Mall və Park Bulvar sizin xidmətinizdədir.