Dubay - Bakı aviabileti 497 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Dubay - Bakı aviabiletləri

Təklifləri tapmaq üçün alternativ ayı yoxlayın və ya aşağıdakı fərdi günlərlə qarşılıqlı əlaqədə olun.
Displaying fares for June-2026
  • 20

    Sa

    JUN

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • 13

    Mo

  • 14

    Tu

  • 15

    We

  • 16

    Th

  • 17

    Fr

  • 18

    Sa

  • 19

    Su

  • Dubay - Bakı aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Dubay - Bakı təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Dubay - Bakı aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Dubay (DXB)Bakı (BAK)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 06/04/2027

    Başlanğıc qiymət

    497 AZN

    Yenilənib: 15 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Bakıya aviabilet sifariş edin

    Bakıya aviabilet sifariş edin

    Bakı Xəzər sahilində ən böyük şəhərdir. Burada regionun ən böyük limanı fəaliyyət göstərir və Avropanın ən uzun dənizkənarı bulvarlarından biri yerləşir. Dubay - Bakı aviabileti əldə edərək rahat şəkildə səyahət edə, şəhərin tarixi yerlərini və müasir məkanlarını kəşf edə bilərsiniz.

    Görməli yerlər

    Bakının ən qədim və tarixi abidələrindən biri olan İçərişəhər mütləq ziyarət edilməli məkanlardan biridir. Bu unikal məkan öz dar küçələri, daş divarları və qədim memarlığı ilə qonaqları özünə cəlb edir. Dubay - Bakı aviabileti əldə edərək səyahətiniz zamanı Qız Qalası və Şirvanşahlar Sarayını İçərişəhərdə görə bilərsiniz. Memarlıq baxımından dünyada tanınan Heydər Əliyev Mərkəzi Bakıya gəldiyiniz zaman ilk ziyarət etməli məkanlarınızdan biri ola bilər. Dünya şöhrətli memar Zaha Hadid tərəfindən layihələndirilmiş mərkəzi onun son işlərindən biridir. Bu memarlıq incisi 2014-cü ildə London Dizayn Muzeyinin "İlin dizaynı" mükafatına layiq görülüb. Mərkəzdə maraqlı muzeylər və sərgilərə baş çəkə, konsertlərin tamaşaçısı ola bilərsiniz.

    İstirahət

    Bakının dəniz sahilində yerləşən Park Bulvar və Dəniz Mall ticarət mərkəzləri alış-veriş etmək və istirahət üçün əla məkanlardır. Bu ticarət mərkəzlərində əyləncə mərkəzləri və restoranlar dincəlmək üçün ideal şərait yaradır. Dənizkənarı Milli Park isə uzun gəzinti yolları və təbiəti ilə şəhərdə istirahət etmək üçün ideal seçimdir.

    Bundan əlavə, şəhərin təbiəti və mənzərələrindən zövq almaq istəyənlər üçün bir çox park və yaşıllıq zonası mövcuddur. Dağüstü Park şəhərin ən gözəl mənzərələrindən birinə malikdir. Funikulyorla parka çıxaraq şəhərin və Xəzər dənizinin geniş mənzərəsini seyr edə bilərsiniz. Xüsusilə gecələr Bakı şəhərinin işıqları bu mənzərəni daha da valehedici edir. Dağüstü Park həm də Şəhidlər Xiyabanına yaxın yerləşdiyi üçün tarixi əhəmiyyət daşıyan bir yerdir.

    Təamlar

    Azərbaycan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bakı və Abşeron yeməkləri Azərbaycan mətbəxinin ayrılmaz hissəsi olub, əhalinin həyat tərzindən, ərazinin təbiətindən asılı olmuşdur. Qutab, dolma, plov kimi ənənəvi yeməklər burada çox məşhurdur. Təndir çörəyi isə xüsusi dadı ilə seçilir. Şəhərin müxtəlif restoranlarında bu ləzzətləri dada bilərsiniz. Xüsusilə İçərişəhərdəki restoranlar Azərbaycan mətbəxini daha yaxından tanımaq üçün əla seçimlər təqdim edir. Bulvardakı restoranlar isə Xəzər dənizi mənzərəsi ilə milli yeməkləri dadmaq üçün mükəmməl şərait yaradır.

    Alış-veriş 

    Xalça və əntiq əşyalardan tutmuş kosmetika və avtomobillərə qədər Bakıda bir çox ticarət mərkəzi, butik və salonlarında bütün lüks brendlər mövcuddur. Şəhərin ən qədim hissəsi olan İçərişəhərdə isə özünəməxsus antik əşyalar və suvenir dükanları tapa bilərsiniz. Ən sıx alış-veriş və gəzinti yeri olaraq isə şəhərin mərkəzindəki Nizami küçəsini qeyd edə bilərik. Şəhər həmçinin beynəlxalq brendlər, kafelər, kinoteatrlar və restoranlarla dolu bir neçə müasir ticarət mərkəzinə (Gənclik, 28, Port Baku, Dəniz, Crescent) malikdir.

    Dubay - Bakı aviabileti haqqında tez-tez soruşulan suallar

    Dubaydan Bakı şəhərinə birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 3 saat.

    Bakı şəhərinə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Dubay - Bakı istiqamətinə etibarlı, təhlükəsiz və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və rahat təyyarələr daxildir.

    Dubay - Bakı bilet qiyməti nə qədərdir?

    Dubay - Bakı bileti qiyməti səyahət tarixi və mövcud tələbatdan asılıdır. Daha sərfəli qiymətə aviabilet əldə etmək üçün "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Dubaydan Bakı şəhərinə birbaşa uçuşlar varmı?

    Bəli, Azərbaycan Hava Yolları Bakıya birbaşa uçuşlar həyata keçirir.

    Dubay - Bakı reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.