Görməli yerlər
Vyanaya gəldikdə, paytaxtın qəlbi sayılan məşhur Köhnə Şəhərə baş çəkməyi unutmayın. Əksər görməli yerlər məhz burada yerləşir. Qotik memarlığının möhtəşəm nümunəsi olan Müqəddəs Stefan Kilsəsi (Stephansdom) 1359-cu ildən etibarən şəhərə inanılmaz görüntü bəxş edir. Onun qırmızı kirəmitli damına və əsl sənət əsəri olan barokko üslublu mehrabına heyran olmamaq mümkün deyil. Möhtəşəm Vyana İmperator Sarayı 13-cü əsrdə tikilmişdir. Bu gün isə bir çox muzey və Avstriya Prezidentinin ofisi məhz bu saraydadır. Məşhur Şönbrunn Sarayı isə öz gözəlliyi və əzəməti ilə sizi ovsunlayacaq. Daha çox incə interyeri görmək üçün Qrand Tura qoşulmaq tövsiyə olunur. Vyananın görməli yerlərinin möhtəşəm tarixini və gözəlliyini hər səfərinizdə yenidən kəşf edin!
İstirahət
İncəsənət aşiqləri mütləq Vyanada məşhur rəqs balı mövsümünə qatılmalıdırlar. Adətən şəhər şurası bu cür balları Dövlət Operası və ya İmperator Sarayı kimi dəbdəbəli məkanlarda təşkil edir. Yayda isə açıq hava kinofestivallarının ecazkar ab-havasına qərq olmaq vaxtıdır. Piknik edərək dünya kinosundan həzz almaq ideal istirahət seçimidir. Vyananın mənzərəsini unudulmaz etmək üçün 1897-ci ildə qurulmuş tarixi inci sayılan Viener Riesenraad dönmə çarxından şəhəri seyr edin. 65 metrlik hündürlükdən nəfəs kəsən şəhər panoraması sadəcə valehedicidir. Sərin aylarda isə bütün görülməli yerləri kəşf etmək üçün dairəvi yolda hərəkət edən tramvaylardaki bələdçi turlarına qoşulun.
Təamlar
Vyana restoranlarının yeməkləri turistləri çaşdıra bilər. Porsiyalar adətən çox doyumlu olur. Yerli yeməklərdən dadmaq üçün ən yaxşı üsul küçə təamlarını sifariş verməkdir. Bəzi küçə qəlyanaltıları türk mətbəxinin təsiri altına düşüb. Məsələn, dönər kababları və qızardılmış ətli sendviçlərə əksər kafelərdə və bəzi qastronomlarda rast gəlmək olar. Həmçinin tövsiyə olunur ki, Vyanada səhər yeməyi üçün qurme mağazalara baş çəkəsiniz, burada yaxşı qəhvə də sifariş edə bilərsiniz. Bir də şəhərin ənənəvi restoranlarında apfelştrudel (alma ştrudeli), gulyaş (tuşonka ət) və viener şnitzel (çörəkli, qızardılmış dana əti) kimi məşhur yeməkləri dadmaq fürsətini qaçırmayın. Qəhvə mağazaları Vyanada çox məşhurdur. Burada insanları seyr etməklə vaxt keçirə bilərsiniz. Sizə bir çox kafelərdə müxtəlif qəhvə növü, həmçinin çeşidli tortlar və yüngül qəlyanaltılar təklif olunacaq.
Alış-veriş
Vyana bazarları hər kəsi unikal alış-veriş imkanları ilə təəccübləndirir. Hər kəs burada ürəyi istəyəni tapa bilər. Yolunuzu mütləq Naşmarkt bazarına salın, ətrafında gəzintiyə çıxın. Linke Vienzeile boyunca 1,5 km uzunluğunda olan pavilyonda ərzaq, ədviyyat və yağlardan tutmuş müxtəlif növ sirkə, parça və zərgərlik məmulatlarına qədər hər şey satılır. Əgər Vyana səyahətinizi noyabr və ya dekabr aylarına planlaşdırırsınızsa, ənənəvi qış bazarını ziyarət etmək fürsətini qaçırmayın. Vyananın ən böyük qış bazarı Rathausplatzda yerləşir. Burada konkisürmə həvəskarları üçün möhtəşəm buz meydançası var. Həmçinin tövsiyə edilir ki, Spittelberg və Freiungplatz bazarlarına da baş çəkəsiniz. Burada orijinal hədiyyələr və əl işləri əldə edə bilərsiniz.










