Bakı - Trabzon aviabileti 196 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Trabzon aviabiletləri

Seçilmiş istiqamətlər üçün heç bir nəticə tapılmadı
Displaying fares for June-2026
  • 06

    Sa

    JUN

  • 07

    Su

  • 08

    Mo

  • 09

    Tu

  • 10

    We

  • 11

    Th

  • 12

    Fr

  • 13

    Sa

  • 14

    Su

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • Bakı - Trabzon aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Trabzon təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - Trabzon aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)Trabzon (TZX)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 11/12/2026

    Başlanğıc qiymət

    196 AZN

    Yenilənib: 23 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Trabzona aviabilet sifariş edin

    Trabzona aviabilet sifariş edin

    Trabzon Qara dənizin ən məşhur şəhərlərindən biridir. Tətilini yaşıllıqlar arasında və Qara dənizin təmiz havasında keçirmək istəyənlərin ilk üstünlük verdiyi yerlər arasındadır. Trabzon göllər, mağaralar, dərələr, yaylalar kimi təbii gözəlliklərlə zəngindir. Təbiət gəzintiləri, safarilər və pikniklərdə istirahət üçün Trabzona biletinizi AZAL-dən əldə edin.

    Görməli yerlər

    Səyahətçilərə təbiət gözəlliklər, mədəniyyət mərkəzləri və xüsusi ləzzətlər təqdim edən Trabzon gəzməli yerlər baxımından da çox zəngindir. 4000 illik tarixi olan şəhərdə hərtərəfli səyahət planı yaradaraq xoş istirahət edə bilərsiniz. Trabzonun şəhərin simvolu sayılan tikililərindən biri Ayasofya muzeyidir. 1250-12560-cı illər arasında kilsə olaraq inşa edilən Ayasofya hündür dairəvi günbəzləri ilə diqqət çəkir. Trabzonun Maçka rayonunda, Altındərə vadisi sərhədləri içərisində yerləşən Sümela Manastırı 1-ci əsrdə tikilmiş ibadətgahdır. Qayaların arasında yerləşən bu möhtəşəm monastırın yaşıllıqlarla əhatə olunmuş möhtəşəm mənzərəsi var. Kapadokya kilsələri üslubunda olan monastırın freskaları mütləq görülməli yerlər arasındadır. Əlavə olaraq, Uzungöl, Bedesten Çarşısı, Trabzon qalası kimi yerləri də gəzə bilərsiniz.

    İstirahət

    Qara dənizin ən rəngarəng şəhərlərindən biri olan Trabzonda il boyu şənliklər və festivallar keçirilir. Bu festivallarda iştirak edərək Trabzon səyahətinizi daha əyləncəli edə bilərsiniz. Xüsusilə yaylaları ilə məşhur olan şəhərdəki festivallar ziyarətçilərinə əyləncəli təcrübə vəd edir. Keçirilən festivallardan bəziləri: Şalpazarı Ağasar Mədəniyyət festivalı, Soğuksu festivalları, Karadağ Yaylası festivalları, Beynəlxalq Akçaabat Musiqi və Xalq Oyunları festivalı. Çaykara səmtində yerləşən Uzungöl heyrətamiz mənzərəsi ilə ziyarətçilərin axınına səbəb olur. Mühafizə olunan təbiət ərazisi və təbiət parkı statusuna malik yaşayış massivi sakitlik və dinclik axtaranların ünvanıdır.

    Təamlar

    Trabzonun təkcə təbiəti deyil, həm də heyran qalacağınız mətbəxi var. Xəmir yeməklərindən tutmuş ət yeməklərinə, desertlərdən tərəvəz yeməklərinə qədər mütləq zövqünüzə uyğun ləzzət tapa bilərsiniz. Günün ən yaxşı yeməyi olan səhər yeməyi ilə başlasaq, Trabzonda muhlamasız səhər yeməyi düşünülə bilməz. İstər şəhərin mərkəzində, istərsə də Uzungöl mənzərəsi qarşısında yediyiniz hər yerdə damağınızda qalacaq bir ləzzətdir. Hamsi şəhərə xas olan yeməklərdən biridir. Şəhərin mərkəzində bir çox kiçik və böyük balıq restoranlarını və hətta menyusunda yalnız hamsi olan yerləri görə bilərsiniz. Digər yerli ləzzət pidedir. Qara dəniz pidesini sevənlər üçün yaxşı ünvanlar var. Trabzonda Sahil boyu bir çox balıq və ət restoranlarına baş çəkərək fərqli dadları dada bilərsiniz.

    Alış-veriş 

    Təbii gözəllikləri ilə valeh edən Trabzonda özünüz və sevdikləriniz üçün çoxlu hədiyyələr və ya təamlar ala bilərsiniz. Yeməkdən mis qablara, parça məmulatlarından suvenirlərə qədər Trabzona aid hər şeyi almaq üçün bir çox alternativ var. Sizi Trabzonluların ən çox sevdiyi yerə yönəltmək istərdik: Kunduracılar küçəsi. Şəhər meydanında yerləşən Kunduracılar küçəsi alış-verişdən zövq alacağınız ən gözəl yerlərdən biridir. Günün bütün saatlarında canlı qalan bazara axşam saatlarında da baş çəkə bilərsiniz. Bazarda butik mağazalar, univermaqlar və şəhərə xas məhsullar satan bir çox başqa mağazalar var.

    Bakı - Trabzon aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Trabzona birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 1.5 saat.

    Trabzona uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Trabzona etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakı - Trabzon aviabilet qiyməti nə qədərdir? 

    Bakı - Trabzon aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Trabzona birbaşa uçuşlar varmı? 

    Bəli, Azərbaycan Hava Yolları Trabzona birbaşa uçuşlar həyata keçirir.

    Bakı - Trabzon reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar