Bakı - Təl-Əviv aviabileti 232 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Təl-Əviv aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 321 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 987 AZN
Displaying fares for June-2026
  • 11

    Th

    JUN

  • 12

    Fr

  • 13

    Sa

  • 14

    Su

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • Aralıq321 AZN-987 AZN

    Bakı - Təl-Əviv aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Təl-Əviv təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - Təl-Əviv aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)Təl-Əviv (TLV)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 26/04/2027

    Başlanğıc qiymət

    232 AZN

    Yenilənib: 23 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Tel-Əvivə aviabilet sifariş edin

    Tel-Əvivə aviabilet sifariş edin

    Tel-Əviv İsrailin ikinci böyük şəhəridir. Şəhər möhtəşəm tarixi binaları, Qırmızı dənizə qədər uzanan mavi çimərlikləri və fərqli atmosferi ilə ziyarətçiləri ovsunlayır. Tel-Əviv 1909-cu ildə Yaffa şəhəri ilə birlikdə qurulsa da, zaman keçdikcə ayrıca bir şəhərə çevrilib. Bu şəhərə Bakı - Tel-Əviv aviabileti əldə edərək birbaşa uçuşla səyahət edə bilərsiniz.

    Görməli yerlər

    Tel-Əvivdə mülayim hava hökm sürdüyü üçün onu ilin istənilən vaxtında ziyarət edə bilərsiniz. Şəhər füsunkar çimərlikləri, köhnə mistik küçələri və muzeyləri ilə mədəniyyət paytaxtı adlandırıla bilər. Yaxın Şərqin ən diqqət çəkən şəhərlərindən biri olan Tel-Əvivdə görülməyə dəyər çoxlu binalar, parklar və muzeylər var. Rotşild bulvarında gəzərək UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Bauhaus üslublu binaları görə bilərsiniz. Xüsusilə Dizengoff, Bialik, Kalişer, Mazeh küçələri bu üslubda tikililəri görə biləcəyiniz əsas nöqtələrdir.1978-ci ildə əsası qoyulan və Tel-Əviv Universitetinin kampusunda yerləşən Beyt Hatfutsot (Yəhudi Diaspor Muzeyi) muzeyi yəhudilərin tarixi və mənşəyi haqqında geniş məlumat əldə edə biləcəyiniz yerdir. Muzey çox innovativ və müasir perspektivlə dizayn edilib.

    İstirahət

    İstirahət üçün Tel-Əvivin ən böyük parklarından biri olan Hayarkon Parkını gəzə bilər, parkdaki göl ətrafında piknik edə və dincələ bilərsiniz. Şəhərə yayda gedirsinizsə, Gordon, Frishman və Hilton kimi çimərliklərdə dənizin və günəşin dadını çıxara bilərsiniz. Sahil boyu gəzərək və ya çimərlik kafelərində oturaraq dincələ bilərsiniz. Yaffanın dar küçələrində gəzə, tarixi yerləri ziyarət edə və liman ərazisində dəniz mənzərələrindən həzz ala bilərsiniz. Kiçik kafelərdə oturub kofe içərək dincələ bilərsiniz. Tel-Əviv şəhərinin çimərlik və küçələrində gəzərən unudulmaz səyahət təcrübəsi yaşamaq üçün elə indi Bakı - Tel-Əviv aviabileti əldə edə bilərsiniz.

    Təamlar

    Tel-Əviv mətbəxi Aralıq dənizi və Yaxın Şərq mətbəxlərinin izlərini daşıyan çox zəngin çeşidə malikdir. Humus, kuskus, şakşuka və falafel kimi təamlar Tel-Əviv mətbəxinin əsasını təşkil edir. Falafel Yaxın Şərq mətbəxinin klassiklərindən biridir və Tel-Əvivdə ən gözəlini dadmaq üçün Bar Ochel, Frishman Falafel və Falafel Hakosem kimi yerləri ziyarət edə bilərsiniz. Ət yemək həvəskarları üçün Hatraklin Bistro Meat və EatMeat keyfiyyətli ət və dadlı yeməklər təqdim edən əla seçimdir. Tel-Əviv qastronomiya həvəskarları üçün cənnətdir və şəhərin hər yerində yeni və maraqlı dadlar kəşf etmək mümkündür. Bu zəngin kulinariya mədəniyyəti Tel-Əvivə səfəriniz zamanı təcrübə etməli olduğunuz cəhətlərdən biridir. Bu şəhərə rahat səfər üçün birbaşa uçuşla Bakı - Tel-Əviv aviabileti əldə edin.

    Alış-veriş 

    Şəhər mərkəzi böyük alış-veriş mərkəzləri və mağazaları ilə bir çox imkanlar təklif edir. Azriely, Ramat Aviv və Ayalon kimi ticarət mərkəzlərində axtardığınız hər şeyi tapa bilərsiniz. Əgər yerli məhsullarla maraqlanırsınızsa, Köhnə Yaffa bölgəsindəki bazar və dükanlara baş çəkib, Tel-Əvivi simvolizə edən yerli məhsulları əldə edə bilərsiniz. Yerli içkilər, tahini və ya Qırmızı dəniz gilindən hazırlanmış xüsusi əşyalar bu bölgədən ala biləcəklərinizdir. Tel-Əviv həm dincəlmək, həm də alış-veriş etmək istəyənlər üçün müxtəlif və zövqlü seçimlər təklif edir.

    Bakı - Təl-Əviv aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Təl-Əviv birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 3.5 saat.

    Təl-Əvivə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Sankt-Peterburqa etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakı - Təl-Əviv aviabilet qiyməti nə qədərdir? 

    Bakı - Sankt-Peterburqa aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Təl-Əvivə birbaşa uçuşlar varmı? 

    Bəli, Azərbaycan Hava Yolları Sankt-Peterburqa birbaşa uçuşlar həyata keçirir.

    Bakı - Təl-Əviv reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.