Bakı - Tbilisi aviabileti 165 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Tbilisi aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 165 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 344 AZN
Displaying fares for June-2026
  • 11

    Th

    JUN

  • 12

    Fr

  • 13

    Sa

  • 14

    Su

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • Aralıq165 AZN-344 AZN

    Bakı - Tbilisi aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Tbilisi təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - Tbilisi aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)Tbilisi (TBS)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 01/04/2027

    Başlanğıc qiymət

    165 AZN

    Yenilənib: 14 saat əvvəl

    (GYD)Tbilisi (TBS)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 23/03/2027

    Başlanğıc qiymət

    305 AZN

    Yenilənib: 1 gün əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Tbilisiyə aviabilet sifariş edin

    Tbilisiyə aviabilet sifariş edin

    Gürcüstanın paytaxtı Tbilisi tarix və müasirliyin birləşdiyi Qafqazın mühüm şəhərlərindən biridir. Hər il minlərlə turisti qonaq edən Tbilisiyə birbaşa səyahət etmək üçün AZAL hava yollarını seçə bilərsiniz. Tbilisi zəngin mətbəxi, xüsusi içkiləri və şərabı ilə məşhurdur. Bu kiçik şəhərin qədim küçələrində gəzərək səfərinizdən zövq alacağınıza əminik.

    Görməli yerlər

    Tarixi məkanları və təbii gözəllikləri ilə Tbilisi gəzmək üçün bir çox məkana sahibdir. Bu yerləri sizin üçün qeyd edirik. Tbilisinin ən məşhur yerlərindən biri Qədim şəhərdir. Azadlıq meydanından Sülh körpüsünə qədər uzanan bu ərazidə qədim tikililərə heyran qalacaqsınız. Buranı ziyarət edərkən doğma İçərişəhəri xatırlayacaqsınız. Azadlıq meydanı demişkən, səfəriniz zamanı Sovet dövründən izlər daşıyan bu meydanı da gəzə bilərsiniz. Şəhərin ən turistik yerlərindən biri olan Rustaveli Bulvarı da meydana yaxın yerləşir. Tarixi məkanları sevirsinizsə, 4-cü yüzillikdən günümüzə qədər varlığını qoruyan Kür çayına yaxın yerləşən Narikala qalasını siyahınıza əlavə edə bilərsiniz. Digər bir yer isə turistlərin şəfalanmaq məqsədilə axın etdiyi Abanotubani kükürt hamalarıdır.

    İstirahət

    Tbilisidə əyləncə üçün Qədim şəhərə gedə bilərsiniz. Əyləncə məkanları baxımından çox zəngin olan bu bölgədən başqa Jan Shardeni və Rkinis Riqi küçəsində də bir çox əyləncə məkanı tapa bilərsiniz. Tbilisi çox təhlükəsiz şəhərdir. Burada təkbaşına, dostlarınızla və ya ailənizlə gəzərkən özünüzü rahat hiss edə biləcəksiniz. O qədər təhlükəsizdir ki, bəzi binaların çöl qapıları açıq olur. İstirahət üçün parklara üz tuta bilərsiniz. Tbilisinin ən hündür təpəsində yerləşən 100 hektarlıq əyləncə parkı olan Mtatsminda Parkı bunlardan biridir. Sülh körpüsü yaxınlığında yerləşən Rike parkı da istirahət üçün ideal seçimlərdən biri ola bilər. Həmçinin yaşıllıqda vaxt keçirmək üçün Botanika bağına gedə bilərsiniz.

    Təamlar

    Tbilisi özünə məxsus ləzzətləri ilə fərqlənir. Azərbaycanlılara heç də yad olmayan Gürcü xəngəli, xaçapuri, çaşuşuli təamlarını dada bilərsiniz. Tbilisidə menyusunda xəngəlin müxtəlif növlərinə yer verən xüsusi restoranlar mövcuddur. Bu restoranlarda istədiyiniz sayda xəngəl sifariş verə bilərsiniz və bir xəngəlin qiyməti 1-3 lari arasında dəyişir. Gürcü mətbəxini ədviyyatlarsız təsəvvür etmək mümkün deyil, dadacağınız bir çox yemək ədviyyatlarla dadlandırılmış olacaqdır. Qeyd etdiklərimizdən əlavə mütləq sınanmalı təamlara tərəvəzlərdən hazırlanan pkhali, gürcü kababı olan mtsvadi və şərab daxildir. Bildirək ki, Gürcüstan dünyanın ən qədim şərab istehsal edən bölgələrindən biridir və Saperavi və Rkatsiteli kimi yerli çeşidləri sınaya bilərsiniz.

    Alış-veriş 

    Tbilisinin Qədim Şəhər ərazisində dünyaca məşhur və böyük brendlərin yer aldığı alış-veriş mərkəzlərini tapa bilərsiniz. Tbilisidən ala biləcəyiniz məhsullar arasında müxtəlif şirniyyatlar, əl işləri, taxta oyma suvenirlər, xalçalar və müxtəlif növ daşlar var. Rustaveli və Şardeni küçələrində həm ənənəvi gürcü əl işləri, həm də beynəlxalq brendlərin mağazaları tapa biləcəksiniz. Bundan əlavə, Tbilisinin məşhur Qapalı bazarı meyvə və tərəvəzlərdən tutmuş yerli təamlara qədər bir çox məhsul tapa biləcəyiniz rəngli və canlı alış-veriş təcrübəsi təqdim edir. Unikal suvenirlər axtarırsınızsa, antik əşyalar, əl işi zərgərlik və yerli incəsənət əsərlərini tapa biləcəyiniz Dry Bridge Marketə baş çəkin. Tbilisidə alış-veriş edərkən şəhərin mədəni sərvətləri və qonaqpərvərliyi ilə tanış olacaqsınız.

    Bakı - Tbilisi aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Tbilisiyə birbaşa uçuşun müddəti nə qədərdir? 

    Təxminən 1.2 saat

    Tbilisiyə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Tbilisiyə etibarlı və komfortlu uçuşlar təklif edir.Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakıdan Tbilisi aviabilet qiyməti nə qədərdir?

    Bakı - Tbilisi aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Tbilisiyə birbaşa uçuşlar varmı?

    Bəli, Azərbaycan Hava Yolları Tbilisiyə birbaşa uçuşlar həyata keçirir.

    Bakı - Tbilisi reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar