Görməli yerlər
Parisə səyahətinizi yaxşı planlaşdırın. Dünyanın ən çox görməli və hissələrini duymalı yerlərini ziyarət etmək və kəşf etmək üçün daha çox vaxta ehtiyac var. Çünki burada Eyfel qülləsindən başqa, şəhərdə həm də Məryəm ana kilsəsinin möhtəşəm arxitekturasını, eləcə də valehedici ağacları və parkları ilə zəngin füsunkar Şanzelize prospektində möhtəşəmliyi görmədən getmək olmaz.
İstirahət
Parislə yaxından tanış olmaq üçün ideal yol Eyfel qülləsinə qalxmaqdır. Möhtəşəm memarlıq nümunəsi olmaqla yanaşı, paytaxtın əsas rayonlarını və gəzməli yerlərini görmək üçün mükəmməl panoramaya malikdir. Buna görə də turistlər mütləq dəyərləndirməlidir. Parisin keçmişi xatırladan Site adası gəmiyə bənzəyir, Notr Dam kilsəsisinin hündür şiş burun qotik qüllələri isə göyərtənin dor ağaclarına bənzəyir. Defans rayonu Parisin gələcəyini təcəssüm etdirir. Bu rayon sanki London Sitiyə meydan oxuyur. Bu gün Defense təkcə “şüşə və metal”in müasir dövrünün abidəsi deyil, həm də Avropanın ən böyük biznes mərkəzidir.
Təamlar
Paris ölkənin bütün əyalətlərindən müxtəlif təamların bütün incəliklərini və ləzzətlərini özündə cəmləşdirib. Parisdə soğan şorbası, istiridyə, müxtəlif souslu biftek kimi fransız mətbəxinin klassiklərini dada bilərsiniz. Bəzən hətta adi bir kənd ratatuy olduqca baha başa gələ bilər. Amma küçənin digər tərəfinə keçərək daha ucuzuna rast gəlmək olar. Dadlara isə söz ola bilməz. Əgər təkcə Paris sözündən qulaqlarınıza bagetlərin xırçıltı səsləri gəlirsə, deməli səyahət etmək vaxtıdır.
Alış-veriş
Parisdə almaq istədiklərinizin siyahısını artıq hazırlamısınız? Qoy təxmin edək, yəqin ki, artıq iki səhifəni keçib. Bəli, alış-verişdən danışaq. Parisdə istədiyiniz əşyaları ala biləcəyiniz o qədər yer var ki, bir məzuniyyət buna kifayət etməz. Dəbdəbəli butiklər və salonlar, yaraşıqlı və bir qədər də çılğın xırdavat bazarları, nəhəng ticarət mərkəzləri və satış yerləri, kiçik muzeylərə bənzəyən ikinci əl kitab və antikvar dükanları, küçə piştaxtaları və rəssamları sizi gözləyir.








