Bakı - Mumbay aviabileti 277 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Mumbay aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 463 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 3.5K AZN
Displaying fares for June-2026
  • 20

    Sa

    JUN

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • 13

    Mo

  • 14

    Tu

  • 15

    We

  • 16

    Th

  • 17

    Fr

  • 18

    Sa

  • 19

    Su

  • Aralıq463 AZN-3453 AZN

    Bakı - Mumbay aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Mumbay təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - Mumbay aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)Mumbay (BOM)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 23/01/2027

    Başlanğıc qiymət

    328 AZN

    Yenilənib: 7 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Mumbay aviabilet sifariş edin

    Mumbay aviabilet sifariş edin

    Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Hindistanın başqa şəhərləri ilə müqayisədə Mumayda həyat səviyyəsi nisbətən yüksəkdir. Bakı - Mumbay aviabileti əldə edərəl Mumbaya rahat səfər edə bilərsiniz.

    Görməli yerlər

    Mumbay Hindistanın iqtisadi paytaxtı və mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də tarixi və təbii gözəllikləri ilə zəngindir. Gateway of India şəhərin ən tanınmış yerlərindən biridir və Hindistanın Britaniya dövründən qalma ən möhtəşəm abidəsidir. Chhatrapati Shivaji Maharaj Terminus UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilmiş tarixi bir dəmiryolu stansiyasıdır. Mumbayın möhtəşəm Marine Drive sahili “Kraliçanın boyunbağı” kimi tanınır və gün batımını seyr etmək üçün mükəmməl bir məkandır. Təbiət gözəlliklərini sevənlər üçün Sanjay Gandhi Milli Parkı gözəl bir seçimdir, burada qədim Kanheri Mağaraları ziyarətçilərin diqqətini çəkir. Həmçinin, Elephanta Adası və burada yerləşən qədim mağara məbədləri Mumbayı gələn hər bir turistin ziyarət etməli olduğu xüsusi məkanlardandır.

    İstirahət

    Mumbay sahilləri də həm dincəlmək, həm də əylənmək üçün ideal məkanlardır. Juhu Beach geniş və təmiz sahili ilə məşhurdur və həm yerli sakinlər, həm də turistlər arasında populyardır. Burada gün batımını seyr etmək, yerli satıcılardan dadlı küçə yeməkləri almaq Mumbayın özünəməxsus təcrübələrindən biridir. Girgaum Chowpatty sahili, həmçinin Hindistanın məşhur Ganesh Visarjan festivallarının keçirildiyi yerdir və burada keçirilən müxtəlif əyləncələr də dincəlmək üçün gözəl fürsətdir. Əgər daha sakit bir məkanda dincəlmək istəyirsinizsə, Versova Beach təmizliyi və sakitliyi ilə tanınır. Məşhurlarla tanış olmaq istəyənlər isə Bandra Bandstand-a üz tuta bilərlər, bu ərazi həm çimərlik, həm də Bollywood ulduzlarının evlərinin yaxınlığı ilə məşhurdur.

    Təamlar

    Mumbay mətbəxi Hindistanın zəngin mədəniyyətini və müxtəlifliyini əks etdirir. Burada mütləq dadmalı olduğunuz yeməklər arasında Vada Pav ön sırada gəlir. Pav Bhaji hind spesifik ədviyyatları ilə bişirilən tərəvəzli yemək Mumbayın yerli restoranlarında ən çox sifariş edilən təamlardandır. Şəhərin sahil restoranlarında təzə balıq və dəniz məhsulları geniş yayılıb, xüsusilə Bombay Duck adlı məşhur balıq yeməyi diqqət çəkir. Bhel Puri və Pani Puri kimi yeməklər də Mumbayın simvolu halına gəlib və onları hər küçənin küncündə dadmaq olar. Şirniyyat sevənlər üçün isə Mumbayda mütləq dadmalı olduğunuz Kulfi və Jalebi kimi ənənəvi hind şirniyyatları yemək sonrası ideal seçimdir. Bütün bu dadları sınamaq üçün Bakı - Mumbay aviabileti alaraq səyahətinizə başlaya bilərsiniz.

    Alış-veriş 

    Mumbayda alış-veriş etmək bir çox müxtəlif imkanlar təqdim edir. Bakı - Mumbay aviabileti alaraq bu şəhərə gəldiyiniz zaman şəhərin yerli bazarlarında və ticarət mərkəzlərində maraqlı məhsullarla tanış ola bilərsiniz. Colaba Causeway bazarı unikal hədiyyəlik əşyalar və əl işləri ilə məşhurdur. Burada Hindistanın ənənəvi sənətkarlıq məhsulları, paltarlar və zərgərlik əşyaları geniş seçim təklif edir. Crawford Market isə təkcə ərzaq bazarı deyil, həm də əl işləri və parlaq tekstil məhsulları ilə doludur. Əgər daha müasir alış-veriş mərkəzləri axtarırsınızsa, Phoenix Mall və Palladium Mall kimi yerlər məşhur beynəlxalq brendləri təqdim edir. Həm yerli, həm də qlobal məhsulları tapmaq üçün bu mərkəzlər mükəmməl seçimdir.

    Bakı - Əhmədabad aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Mumbaya birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 5 saat

    Mumbaya uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Mumbaya etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakı -  Mumbay aviabilet qiyməti nə qədərdir? 

    Bakı - Mumbay aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Mumbaya birbaşa uçuşlar varmı? 

    Bəli, Azərbaycan Hava Yolları  Mumbaya birbaşa uçuşlar həyata keçirir.

    Bakı - Mumbay reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar