Bakı - Male (Maldiv) aviabileti

Promo kod

Uyğun qiymətə Bakı - Male (Maldiv) aviabiletləri

Seçilmiş istiqamətlər üçün heç bir nəticə tapılmadı
Displaying fares for June-2026
  • 14

    Su

    JUN

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • 13

    Mo

  • Bakı - Male (Maldiv) aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Male (Maldiv) təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Maldiv adalarına aviabilet sifariş edin

    Maldiv adalarına aviabilet sifariş edin

    Maldivlərin paytaxtı Male şəhəri adaların tropik sükunətindən fərqli olaraq daha canlı və hərəkətli bir atmosfer təklif edir. Male çoxsaylı görməli yerləri və tarixi məkanları ilə turistlərin marağını çəkir. Şəhərin sahili boyunca uzanan böyük bulvarlarda, yerli restoranlarda və ticarət mərkəzlərində gəzmək üçün Bakı - Male (Maldiv) aviabileti əldə edin.

    Görməli yerlər

    Male şəhərində görməli yerlər arasında Hukuru Miskiy (Cümə Məscidi) xüsusi yer tutur, ölkənin ənənəvi memarlıq üslubunu əks etdirir. Məscid təbii mərcan daşları ilə tikilib və incə oyma işləri ilə diqqət çəkir. Şəhərin digər diqqətəlayiq məkanı İslam Mərkəzidir, böyük qızıl qübbəsi ilə Male şəhərinin simvollarından biridir və həm turistlər, həm də yerli sakinlər üçün xüusi dəyərə malikdir. Male bazarı isə Maldivlərin yerli mədəniyyətini yaxından tanımaq istəyənlər üçün ideal bir yerdir, burada əsasən tropik meyvələr, təzə dəniz məhsulları satılır. 1906-cı ildə inşa edilmiş Prezident Sarayı (Mulee Aage) isə Maldiv prezidentlərinin rəsmi iqamətgahıdır və onun ətrafındakı gözəl bağlar turistlər üçün sakit gəzinti məkanı kimi tanınır. Bu yerləri görmək üçün Bakı - Male(Maldiv) aviabileti əldə edin.

    İstirahət

    Maldivlərdə etməli olduğunuz fəaliyyətlər arasında sualtı dünyasının zənginliyi ilə tanınan šnorkelinq və dalğıc xüsusilə diqqət çəkir. Bakı - Male uçuşları ilə Maldivdəki möhtəşəm dalğıc məkanlarını kəşf etmək mümkündür. Burada rəngarəng mərcan rifləri, müxtəlif balıq növləri və digər dəniz canlılarını görə bilərsiniz. Həmçinin, delfin turları da populyardır, okeanın mavi sularında delfinləri seyr etmək mümkündür. Adalarda çox məşhur olan su üstündə yer alan villalar birbaşa okean sularına çıxışı olan unikal yaşayış yerləridir. Bakı - Male aviabileti ilə Maldivin gözəl çimərliklərində unudulmaz bir tətil keçirə və qeyd etdiyimiz təcrübələri yaşaya bilərsiniz.

    Təamlar

    Hər bir səyahətçi üçün istirahət edəcəyi şəhərin mətbəxi xüsusi önəm daşıyır. Bakıdan Maldiv adalarına aviabilet əldə edərək səyahət edən sərnişlərimiz də hansı təamları sınaya bilərcəklərini qeyd edirik. Maldiv mətbəxi əsasən dəniz məhsullarına və Hindistan mətbəxinin təsirinə əsaslanır. Ənənəvi Maldiv yeməkləri arasında ən populyar olanlardan biri garudhiya adlanan balıq şorbasıdır. Bu yemək təzə balıqdan hazırlanan sadə, lakin dadlı bir şorbadır və adətən düyü, limon, istiot ilə servis edilir. Mas huni səhər yeməyində yeyilən və ton balığı, kokos və soğan qarışığından ibarət başqa bir məşhur yeməkdir. Maldivlərdə tətil zamanı yerli restoranlarda təzə dəniz məhsulları və yerli ədviyyatlarla zənginləşdirilmiş yeməklər dadmaq unudulmaz bir kulinariya təcrübəsi təqdim edir.

    Alış-veriş 

    Maldivlərdə alış-veriş mərkəzləri əsasən paytaxt Male şəhərində və bəzi böyük turizm adalarında mərkəzləşmişdir. Yerli bazarlar və kiçik mağazalar turistlər üçün ənənəvi suvenirlər, əl işləri və dəniz məhsulları məhsulları təklif edir. Maldivlərdən alınacaq ən maraqlı suvenirlərdən biri bəzədilmiş kiçik qutular və ya əl işləridir. Bununla yanaşı, yerli thudu adlanan toxunmuş parçalar, zinət əşyaları və Maldiv adalarına məxsus təbii kosmetik məhsullar da populyardır. Male bazarında gəzərkən həm yerli məhsulları, həm də mədəniyyəti daha yaxından tanımaq üçün gözəl fürsətlər yarana bilər. Maldivin adalarına səyahət üçün Bakı - Male (Maldiv) aviabileti əldə edə bilərsiniz.

    Bakı - Male (Maldiv) aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Male şəhərinə birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 6 saat.

    Maldiv adalarına uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Male şəhərinə etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakı -  Male şəhərinə aviabilet qiyməti nə qədərdir? 

    Bakı - Male aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Male şəhərinə birbaşa uçuşlar varmı? 

    Bəli, Azərbaycan Hava Yolları Male şəhərinə birbaşa uçuşlar həyata keçirir

    Bakı - Male (Maldiv) reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar