Görməli yerlər
Küveyt müasir və ənənəvi elementlərin unikal birləşməsi ilə fərqlənir. Şəhərdəki gəzməli yerlər arasında Küveyt Qüllələri xüsusilə diqqət çəkir. Böyük Məscid İslam memarlığının gözəl nümunələrindən biridir və turistlər tərəfindən böyük maraqla ziyarət olunur. Küveyt Milli Muzeyi ölkənin zəngin tarixini və mədəniyyətini tanımaq üçün ideal bir məkandır. Fars Körfəzi küçəsindəki beş ayrı binadan ibarət Küveyt Milli Muzeyi ölkənin tarixi irsini ortaya qoyur. Mişel Ekochard adlı fransız memar tərəfindən dizayn edilmiş muzey Küveyt adət-ənənələrinin və gündəlik həyatının bir çox elementlərini bir araya gətirir.
İstirahət
Şəhər parkları və sahilyanı bölgələr dincəlmək və şəhərin sakitliyini hiss etmək üçün əla seçimdir. Qeyd edək ki, İslam ölkəsi olan Küveyt əksər İslam ölkələrindən daha azad qaydalara malikdir. Donuz əti məhsulları və spirtin mövcud olduğu, lakin istifadəsinin qadağan olduğu İslam ölkələrindən fərqli olaraq, Küveytdə bu məhsullar olmadığı üçün belə qadağalar yoxdur. Ziyarətçilərin yerli geyimdə olması gözlənilməsə də, şəriətə uyğun geyinməlidirlər. Geyim ayaqları və qolları örtməlidir, qadınların baş və üzlərini örtməsinə ehtiyac yoxdur. Memarlığı və təbii gözəllikləri ilə turistləri heyran edən şəhərə birbaşa uçuşla, Bakı - Küveyt aviabileti əldə edərək getmək mümkündür.
Təamlar
Küveyt mətbəxi ərəb, İran, Hindistan və Aralıq dənizi mətbəxlərinin birləşməsidir. Ən məşhur yeməklərdən biri olan “machboos” basmati düyü ilə hazırlanır, ət və ya toyuq ilə süfrəyə verilir və ədviyyatlarla zənginləşdirilir. Dəniz məhsulları, xüsusilə balıq Küveyt mətbəxinin mühüm tərkib hissəsidir. Onların Xubz adlı pitaları çox məşhurdur. Adətən mahyawa adlı balıq sousu ilə servis edilir. Əlavə olaraq, mutabbak, Lahm Bilbayd, Haares, krevet və düyü qarışığı olan Murabyan şəhərdə mütləq sınanmalı ləzzətlər arasındadır.Bütün bu təamları dadmaq üçün Bakı - Küveyt aviabiletini elə indi əldə edə bilərsiniz.
Alış-veriş
Hər ölkədə mövcud olan maqnit, köynək, açar zəncir və boşqab kimi suvenirlərdən başqa, paytaxtdakı Souk Al-Mubarakiya adlı böyük bazarda ənənəvi əşyalara rast gəlmək olar. Quzu yundan xalçalar və kilimlər, qablaşdırılmış konfetlər və təbii ki, qurudulmuş qəhvələr də seçim ola bilər.Həmçinin, Marina Mall və 360 Mall kimi ticarət mərkəzləri və bazarlar alış-veriş üçün mükəmməl yerlərdir. Fərqli bir səyahət təcrübəsi arzulayırsınızsa, Bakı - Küveyt aviabileti əldə edin və səyahətinizi planlayın.



