Bakı - İzmir aviabileti 291 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - İzmir aviabiletləri

Seçilmiş istiqamətlər üçün heç bir nəticə tapılmadı
Displaying fares for June-2026
  • 06

    Sa

    JUN

  • 07

    Su

  • 08

    Mo

  • 09

    Tu

  • 10

    We

  • 11

    Th

  • 12

    Fr

  • 13

    Sa

  • 14

    Su

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • Bakı - İzmir aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - İzmir təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - İzmir aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)İzmir (IZM)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 11/12/2026

    Başlanğıc qiymət

    291 AZN

    Yenilənib: 11 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    İzmirə aviabilet sifariş edin

    İzmirə aviabilet sifariş edin

    İzmir həm şəhər kənarında, həm də mərkəzdə gəzmək üçün bir çox yer təqdim edir. Məşhur çimərliklərlə yanaşı tarixi məkanları ilə də unudulmaz səyahət vəd edən şəhərə birbaşa uçuş üçün biletinizi AZAL-dan əldə edə bilərsiniz. Dünyanın qədim şəhərlərindən biri olan Efes, ən yaxşı çimərliklərinin yerləşdiyi Çeşme, Alaçatı və ən sevimli kəndlərindən biri olan Şirince məhz bu şəhərdə yerləşir.

    Görməli yerlər

    Türkiyənin ən çox ziyarət edilən tarixi xəzinələrindən biri olan Efes Qədim Şəhəri hər biri UNESCO-nun “Ümumdünya irsi obyektlərinin siyahısı”nda yer alan Çukuriçi Höyük, Ayasuluk təpəsi, Efes antik şəhəri və Məryəm Ana evi kimi müxtəlif hissələrdən ibarətdir. Antik dövrün ən böyük və qüdrətli şəhərlərindən biri olan Efes antik şəhəri uzun tarixində Heraklet və Hermodor kimi bir çox filosof və elm adamı yetişdirmişdir. İzmirin mərkəzində yerləşdiyi üçün rahatlıqla ziyarət edə biləcəyiniz digər bir tarixi xəzinə olan Aqora açıq hava muzeyi Konak mahalının Basmane rayonunda yerləşir və İzmir Aqorası olaraq da tanınır. Əlavə olaraq, Kordon bulvarı, Kadifekale, İzmir Saat qalası da gəzib yaxşı vaxt keçirə biləcəyiniz məkanlardır.

    İstirahət

    İzmir şəhərin mərkəzindəki tarixi və mədəni dəyərləri ilə yanaşı şəhər kənarındaki təbii düşərgələri ilə səyahətinizi maraqlı edəcək. Sakinlər və ziyarətçilər üçün əsas istirahət məkanlarından biri Sazlıca çimərliyidir. Çimərlik təmiz suyu və qumları ilə tanınır. Karagöl parkı ətrafındakı dağlarla və gölləri ilə təbiətsevərlər üçün ideal bir yerdir. Mordoğan Saklıköy sahili isə sakitliyi və təmiz havası ilə bilinir, burada gün batımını seyr etmək mütləqdir.İzmirin ən məşhur istirahət məkanlarından biri də Foçadır. Burada yerləşən Beş Qapı qalası, Məşhur Herodot divarı və Değirmenli təpəsi görülməli yerlər sırasındadır. Əlavə olaraq, İnciraltı meşəsi, Şirince kəndi, Karagöl təbii parkı kimi yerlərə gedərək dincələ bilərsiniz.

    Təamlar

    Egey dənizinin sahilində yerləşən İzmir yalnız tarixi binaları, turistik yerləri və təbii gözəllikləri ilə deyil, həm də ləzzətli mətbəxi, ənənəvi yeməkləri ilə məşhurdur. İzmirin məşhur yeməklərini dada biləcəyiniz restoran və kafelərin əksəriyyəti şəhər mərkəzindəki bazarlarda yerləşir. İzmir küçələrində gəzərkən nahar fasiləsi və ya gün batdıqdan sonra xoş bir şam yeməyi edə, ya da gəzintinizdən ara vermək istəməyərək “fast food” ləzzətləri tapa bilərsiniz. Ümumilikdə, İzmir mətbəxi deyildikdə ağıla gələn ləzzətlər boyoz, gevrek, kumru, İzmir bombası, soyuq göbələk, kokoreç, şambalı deserti, İzmir küftəsi, ızgara balıq, qəlyanaltılar, mastik peçenye, kopanist pendiri və şevketi bostandır.

    Alış-veriş 

    İzmirdə alış-veriş və xüsusilə suvenirlər dedikdə ağıla Tarixi Kemeraltı Çarşısı gəlir. Bazarda minlərlə mağazada şəhərə xas orijinal suvenirlər var. Şəhərin simvolu olan Saat Qülləsi suvenir dizaynlarında aparıcı rol oynayır. Siz sevdiklərinizə müxtəlif heykəlciklər, maqnitləri və ya qüllənin rəsmlərini hədiyyə edə bilərsiniz. Alış-verişiniz zamanı Kızlarağasıda türk qəhvə ilə fasiləsi edə, ləzzətli balıq yeməklərindən və ya məşhur şambalı desertindən dada bilərsiniz. Bundan əlavə İzmirdə geyim və ehtiyacınız olan bir çox əşya və aksesuarı tapa biləcəyiniz böyük alış-veriş mərkəzləri mövcuddur.

    Bakı - İzmir aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan İzmirə birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 3 saat 

    İzmirə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları İzmirə etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakıdan İzmirə aviabilet qiyməti nə qədərdir? 

    Bakı - İzmir aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan İzmirə birbaşa uçuşlar varmı? 

    Bəli, Azərbaycan Hava Yolları İzmirə birbaşa uçuşlar həyata keçirir.

    Bakı - İzmir reyslərində nəçə kiloqram baqajın götürülməsinə icazə verilir? 

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar