Bakı - İstanbul aviabileti 222 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - İstanbul aviabiletləri

Seçilmiş istiqamətlər üçün heç bir nəticə tapılmadı
Displaying fares for June-2026
  • 06

    Sa

    JUN

  • 07

    Su

  • 08

    Mo

  • 09

    Tu

  • 10

    We

  • 11

    Th

  • 12

    Fr

  • 13

    Sa

  • 14

    Su

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • Bakı - İstanbul aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - İstanbul təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - İstanbul aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)İstanbul (IST)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 19/12/2026

    Başlanğıc qiymət

    242 AZN

    Yenilənib: 8 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    İstanbula aviabilet sifariş edin

    İstanbula aviabilet sifariş edin

    Əsrlərin mirasını və müasirliyin dinamizmini birləşdirən, Şərq və Qərb mədəniyyətlərinin kəsişdiyi İstanbula aviabilet əldə edin və unudulmaz təcrübələrə hazır olun. Hər küçəsində bir hekayə gizlənən bu unikal şəhərin zəngin irsini, musiqisini, mətbəxini və idman atmosferini kəşf edin. Avropanın ən böyük şəhərlərindən biri olan İstanbul sizə unikal macəralar vəd edir. Bakı - İstanbul aviabiletinizi indi bron edin və bu valehedici şəhəri öz gözlərinizlə görün!

    Görməli yerlər

    İstanbul zəngin tarixi və mədəni görməli yerləri ilə turistləri cəlb edən möhtəşəm bir şəhərdir. Bu şəhərin ən görkəmli yerlərindən biri Ayasofya məscididir. Bakı - İstanbul bileti əldə edərək şəhərə səfər etdiyiniz zaman burada Bizans dövründən qalma möhtəşəm mozaikalar və Osmanlı arxitekturasının izlərini görəcəksiniz. Topqapı Sarayı da tarixi əhəmiyyəti ilə diqqət çəkir və Osmanlı sultanlarının yaşadığı yer olmuşdur. Qızıl Qala adlandırılan Qalata Qülləsi İstanbulun müasirliyi və tarixi arasında körpü yaradır, eyni zamanda möhtəşəm mənzərə təqdim edir. Sultanahmet Məscidi öz gözəl mavi keramika işləri ilə tanınır və böyük əzəmətini hələ də qoruyub saxlayır. Bosfor boğazında qayıqla səyahət etmək, həm Avropa, həm də Asiya sahillərini seyr etməyə imkan verir, şəhərin unikal coğrafi mövqeyini hiss etdirir.

    İstirahət

    İstanbulda istirahət etmək üçün bir səyahət planlaşdırırsınızsa, Bakı-İstanbul bileti ilə bu möhtəşəm şəhərə yollana bilərsiniz. Şəhər istirahət üçün də ideal məkanlar təklif edir. Məşhur hamamlarına gedərək, ənənəvi türk hamamının isti, rahat mühitində tamamilə dincələ bilərsiniz. Qalata və ya Çamlıca qalasından şəhərin möhtəşəm mənzərəsini seyr etmək və Bosfor boğazında qayıqla gəzinti etmək isə zehni rahatlıq və təbiətlə harmoniya hissi bəxş edir. İstanbulun geniş parkları da istirahət üçün ideal seçimdir. Belqrad meşəsi və Emirgan parkı kimi yerlər təbiət qoynunda gəzinti, velosiped sürmək üçün mükəmməldir. Şəhərin müxtəlif çay və qəhvə evlərində türk çayının və qəhvəsinin dadını çıxara, yerli mədəniyyətə qarışaraq hüzurlu anlar keçirə bilərsiniz.

    Təamlar

    İstanbul zəngin və ləzzətli mətbəxi ilə bütün dünya tanınır. Burada mütləq dadmalı olduğunuz yeməklər arasında məşhur dönər kababı, ətirli meze çeşidləri və dəniz məhsulları xüsusi yer tutur. Şəhərin küçə yeməkləri də çox populyardır, belə ki simit, balıq-ekmek və ya midye dolma kimi sadə, amma dadlı yeməkləri hər yerdə tapmaq mümkündür. Şiriniyyat sevənlər üçün isə baklava və künefe kimi ənənəvi türk şirniyyatları əsl zövq bəxş edir. Bu ləzzətləri dadmaq və İstanbulun təkrarolunmaz mətbəxini kəşf etmək üçün Bakı-İstanbul bileti alaraq səyahətə başlaya bilərsiniz.

    Alış-veriş 

    Qədim və müasir mədəniyyətlərin kəsişməsini canlı yaşamaq üçün İstanbulda şəhəri unikal yerdir. Şəhər həm ənənəvi bazarları, həm də müasir ticarət mərkəzləri ilə geniş seçimlər təklif edir. Məşhur Böyük Bazar (Kapalıçarşı), müxtəlif zərgərliklər, xalçalar, dəri məmulatları və suvenirlərlə doludur. Misir Çarşısı isə ətirli ədviyyatlar, çaylar və şirniyyatlarla özünə cəlb edir. Müasir alış-veriş təcrübəsi axtaranlar üçün isə İstinye Park və Zorlu Center kimi ticarət mərkəzləri ən son moda brendlərini təqdim edir. İstanbulun alış-veriş dünyasını kəşf etmək üçün Bakı-İstanbul bileti alaraq maraqlı bir alış-veriş macərasına başlaya bilərsiniz.

    Bakı - İstanbul bileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan birbaşa İstanbula təyyarə neçə saata uçur?

    Təxminən 3 saat. 

    İstanbula uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları ilə uçuşlar etibarlı və rahatdır. Donanmamıza komfortlu Airbus və Boeing təyyarələrindən ibarətdir. 

    Bakıdan İstanbula bilet neçəyədir?

    Bakı - İstanbul aviabileti üçün qiymət səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan İstanbula birbaşa uçuşlar var?

    Bəli, Azərbaycan Hava Yolları İstanbulun hər iki hava limanına birbaşa uçuşlar həyata keçirir.

    Bakı - İstanbul reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.