Bakı - İslamabad aviabileti 466 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - İslamabad aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 501 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 631 AZN
Displaying fares for June-2026
  • 23

    Tu

    JUN

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • 13

    Mo

  • 14

    Tu

  • 15

    We

  • 16

    Th

  • 17

    Fr

  • 18

    Sa

  • 19

    Su

  • 20

    Mo

  • 21

    Tu

  • 22

    We

  • Aralıq501 AZN-631 AZN

    Bakı - İslamabad aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - İslamabad təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    İslamabada aviabilet sifariş edin

    İslamabada aviabilet sifariş edin

    İslamabad - Pakistanın paytaxtı və ən müasir şəhərlərindən biridir. Planlı şəkildə salınmış bu şəhər səliqəli küçələri, sakit mühiti və təmiz havası ilə fərqlənir. Burada həyat ritmi daha rahat və dincdir, şəhər həm yerli sakinlər, həm də turistlər üçün təhlükəsiz və qonaqpərvərdir. İslamabad, sadəliyi və rahat atmosferi ilə səyahətçilərə fərqli bir təcrübə təqdim edir və Pakistanın mədəniyyətini yaxından hiss etmək üçün gözəl bir məkandır. Bakı – İslamabad aviabiletlərinizi alın və səyahətə başlayın!

    Görməli yerlər

    İslamabad təbiət, mədəniyyət və müasirliyi özündə birləşdirən gözəl bir şəhərdir. Unikal memarlığı ilə məşhur olan Faysal Məscidi mütləq görməli yerdir. Təbiətsevərlər Margalla Təpələrində gəzə və ya Daman-e-Kohdan şəhərin möhtəşəm mənzərəsini izləyə bilərlər. Pakistan Abidəsi milli birliyi təcəssüm etdirir və şəkil çəkdirmək üçün əla yerdir, Lok Virsa Muzeyi isə ölkənin zəngin ənənələrini nümayiş etdirir. Sakit və rahat Rawal Gölü gəzinti və istirahət üçün idealdır. Təmiz küçələri, yaşıllığı və rahat ab-havası ilə İslamabad unudulmaz bir səyahət təcrübəsi təqdim edir.

    İstirahət

    İslamabadda Marqalla Təpələri Milli Parkında velosiped sürə bilərsiniz. Daha sonra Lake View Park ətrafında gəzərək küçə yeməklərindən dadın. Bu park ailələr üçün ideal seçimdir — burada qayıqla gəzinti və müxtəlif attraksionlar mövcuddur. Şəhərin dadını çıxarın və özünüzə zaman ayırın.

    Təamlar

    İslamabadda Pakistan mətbəxinin zəngin təamlarını mütləq dadmalısınız. Ədviyyatlarla bişirilmiş və manqalda hazırlanmış şirəli şiş kabablar və ət, tərəvəz və ədviyyatlarla hazırlanan ətri ilə məşhur olan biryanini sınayın. Digər məşhur yeməklərdən biri pomidor və acı bibərlə bişirilmiş ədviyyatlı karahi və yavaş bişirilən, ləzzətli niharidir. Küçə yeməyi kimi isə xırtıldayan samosa və pakora əla seçimdir. İslamabadın yeməkləri ədviyyatlı və orijinal dadları ilə yadda qalacaq və səfərinizin unudulmaz hissəsinə çevriləcək.

    Alış-veriş 

    İslamabadda Centaurus Mall və Safa Gold Mall alış-veriş mərkəzlərini ziyarət edin. Bu mərkəzlərdə alış-veriş, restoranlar və spa xidmətləri bir arada təqdim olunur. Burada həm lüks brendlər, həm də yerli məhsullar və sənətkarlıq nümunələri tapmaq mümkündür.

    Bakı - İslamabad aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan İslamabada birbaşa uçuş nə qədər çəkir?

    Təxminən 3 saat

     İslamabad uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları İslamabada etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakı - İslamabad uçuş bileti nə qədərdir?

    Bakı - İslamabad bileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan İslamabada birbaşa uçuşlar varmı?

    Bəli, Azərbaycan Hava Yolları Bakı - İslamabad istiqamətdə birbaşa uçuşlar həyata keçirir.

    Bakı - İslamabad reyslərində nə qədər baqaj götürülməsinə icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar