Bakı - Dubay aviabileti 509 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Dubay aviabiletləri

Təklifləri tapmaq üçün alternativ ayı yoxlayın və ya aşağıdakı fərdi günlərlə qarşılıqlı əlaqədə olun.
Displaying fares for June-2026
  • 14

    Su

    JUN

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • 13

    Mo

  • Bakı - Dubay aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Dubay təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - Dubay aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)Dubay (DXB)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 13/12/2026

    Başlanğıc qiymət

    509 AZN

    Yenilənib: 10 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Dubaya aviabilet sifariş edin

    Dubaya aviabilet sifariş edin

    Dubay şəhəri dəbdəbə və zənginliyi tanınan, bir çoxlarının arzusu olan möhtəşəm bir şəhərdir. Bu meqapolisdə ultramüasir göydələnlər və əsrarəngiz səhralar bir arada möhtəşəm harmoniya yaradır. Aviabiletinizi indi bron edin və Dubayın yeni-yeni cəhətlərini kəşf edin.

    Görməli yerlər

    Dubay səfərinizin ən valehedici hissəsi dünyanın ən hündür binası olan 828 metrlik Bürc Əl-Xalifa göydələninə çıxmaq olacaq. 163 mərtəbəli göydələn sizə unudulmaz emosiyalar və təəssüratlar bəxş edəcək. “At the Top” adlanan proqramla göydələnin 124 və 125-ci mərtəbələrində maraqlı tur keçirəcəksəniz. Əgər 125-ci mərtəbə sizin üçün kifayət qədər yüksək deyilsə, o zaman əlavə ödənişlə “At the Top Sky” proqramı ilə 148-ci mərtəbəyə qalxa bilərsiniz.

    İstirahət

    Dubay mədəni istirahət üçün geniş imkanlar şəhəridir. Burada incəsənətlə tanış olmaq istəyənlərə “Gate Village” adlı yeri ziyarət etmək tövsiyə edilir. Çünki buradakı Dubay Beynəlxalq Maliyyə Mərkəzində “İncəsənət gecələri” (Art Nights) adlı mədəni tədbirlər keçirilir. Şəhər il ərzində bir çox festivallara ev sahibliyi edir, məsələn, fevralda Dubay Beynəlxalq Caz Festivalı və “Taste of Dubai” adlı tədbirdə mətbəx sənəti və ərzaq festivalı keçirilir. Dubayda hətta alış-verişə həsr olunmuş festival da var. Əgər göydələnləri görməkdən bezmisinizsə və fərqli bir istirahətə ehtiyacınız varsa, səhra turuna qoşula bilərsiniz. Siz həmçinin yaxta ekskursiyasını sifariş edə və ya şəhər çimərliklərindən birinə gedib orada su idmanı ilə də məşğul ola bilərsiniz. Uşaqlar üçün Legoland Dubai Water Park və IMG Worlds of Adventure kimi əyləncə parkları ailə tətili edənlər üçün ən möhtəşəm yerlər sayılır.

    Təamlar

    Dubayda "Michelin Stars" mükafatına malik və məşhur aşpazları olan çoxlu sayda elit restoran var. Bu şəhərdə çoxlu sayda millətlər yaşayır, buna görə burada istənilən səyahətçinin qurman zövqünü oxşayacaq saysız hesabsız fərqli kafe və restoran var. İstədiyiniz yeməyin dadına baxa bilərsiniz. Dubayda Fransa, İtaliya, Amerika və Asiya mətbəxinin təamlarını təqdim edən növbənöv restoran var. Üstəlik, falafel, humus və müxtəlif məzə qəlyanaltıları təklif edən bir sıra Yaxın Şərq mətbəxinin ləziz restoranları var.

    Alış-veriş 

    Dubay şopinq həvəskarlarının cənnətidir. Dünyanın ən böyük ticarət mərkəzləri burada yerləşir. “Dubai Mall”da 1200-dən çox mağaza, 200-ə yaxın kafe və restoran, şəlalə, konki sürmək üçün buz meydançası, su heyvanları ilə dolu akvarium və zoopark var. Ticarət mərkəzinin yanında süni göl var, burada hər axşam gün batanda fəvvarələrin tamaşasına baxmaq olar. Hər 30 dəqiqədən bir su axınları musiqinin ritmində “rəqs edir”. Yaxınlıqdakı Bürc Əl-Xalifa göydələni isə yuxarıdan bu möhtəşəm mənzərəni seyr edir.

    Bakı - Dubay aviabileti haqqında tez- tez soruşulan suallar

    Bakıdan Dubaya təyyarə neçə saata çatır?

    Təxminən 2 saat 55 dəqiqə.

    Dubaya uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları ilə uçuşlar etibarlı və rahatdır. Donanmamıza komfortlu Airbus və Boeing təyyarələrindən ibarətdir. 

    Bakıdan Dubaya aviabilet neçəyədir?

    Bakı - Dubay aviabileti üçün qiymət səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Dubaya birbaşa uçuşlar var?

    Bəli, Azərbaycan Hava Yolları Dubaya birbaşa uçuşlar həyata keçirir.

    Bakı - Dubaya reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar