Bakı - Bodrum aviabileti 489 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Bodrum aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 489 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 1.1K AZN
Displaying fares for June-2026
  • 12

    Fr

    JUN

  • 13

    Sa

  • 14

    Su

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • Aralıq489 AZN-1141 AZN

    Bakı - Bodrum aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Bodrum təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Borduma aviabilet sifariş edin

    Borduma aviabilet sifariş edin

    Bodrum dörd fəsildə ziyarət etmək üçün son dərəcə uyğun bir bölgə olsa da, yay turizmi baxımından önə çıxması da bir həqiqətdir. Yay tətilində Bodruma gəlsəniz, mavi körfəzlərin ləzzətini doya doya yaşaya bilərsiniz. Rahat səyahət üçün saytımızdan Bakı - Bodrum aviabileti əldə edə bilərsiniz.

    Görməli yerlər

    Bodrum təkcə Egeyin incisi olaraq deyil, həm də tarixi və təbii gözəllikləri ilə məşhur olan bir səyahət məkanıdır. Burada ziyarət edilməli ən məşhur yerlərdən biri Bodrum Qalasıdır. Bu qala həm möhtəşəm görünüşü ilə, həm də Sualtı Arxeologiya Muzeyi ilə ziyarətçiləri cəlb edir. Dünyanın yeddi möcüzəsindən biri olan Halikarnas Mozoleyi antik dövrlərin ən dəyərli tarixi abidələrindəndir. Tarix həvəskarları üçün Bodrumun qədim amfiteatrı da maraqlı bir yerdir, burada konsertlər keçirilir. Təbiət gözəllikləri üçün Bodrumun cənubunda yerləşən Bitez və Gümüşlük çimərlikləri ətrafındakı mənzərəli təpələr və zeytun bağları da səyahətçilərin sevimlisidir. Bardakçı Körfəzi tarixi və təbiətin birləşdiyi möhtəşəm yerlərdən biridir. Həmçinin, Bodrumdan qısa bir məsafədə yerləşən Kos adası da həm tarixi, həm təbiət baxımından ziyarət edilə biləcək unikal bir yerdir.

    İstirahət

    Bodrumda istirahət etmək üçün çoxsaylı çimərliklər mövcuddur və onların hər biri özünəməxsus cazibəyə malikdir. Bitez Çimərliyi sakit və təmiz sahili ilə məşhurdur, ailələr və su idmanlarına maraqlı olanlar üçün ideal məkandır. Göltürkbükü öz lüks otelləri və yaxtaları ilə tanınır və burada məşhurlar arasında populyar olan bir çox eksklüziv çimərlik klubları mövcuddur. Əgər daha sakit bir çimərlik istəyirsinizsə, Ortakent Yahşi çimərliyi geniş sahili və təmiz suyu ilə tanınır. Gümüşlük Çimərliyi isə balıqçılıq ilə məşhurdur və suların üzərində uzanan taxta yolları ilə dincəlmək üçün gözəl bir yerdir. Burada gün batımı zamanı dəniz mənzərəsinin heyranedici gözəlliyinin şahidi ola bilərsiniz. Son olaraq, Karaincir Çimərliyi Bodrumun ən təmiz və səssiz çimərliklərindən biri hesab edilir və dincəlmək istəyənlər üçün əla seçimdir.

    Təamlar

    Bodrum mətbəxi Egeyin təbii zənginliklərini özündə əks etdirən unikal bir dad təcrübəsi təqdim edir. Burada dadına baxmalı olduğunuz yeməklər arasında təzə dəniz məhsulları – balıq, karides və kalamar ilk yerdə dayanır. Bu bölgədə xüsusilə məşhur olan yeməklərdən biri kabak çiçəyi dolmasıdır. Xüsusi bir zərifliklə hazırlanan bu yemək bölgəyə xas olan dadlardan biridir. Şəhərin sahil kənarındakı restoranlarında köz üzərində bişirilmiş təzə balıqlardan dadmaq olar. Türk Pidesi və lahmacun kimi tanınan ənənəvi türk yeməkləri də burada geniş yayılıb. Sonda isə şiriniyyat sevənlər üçün bildirək ki, baklava və sütlaç kimi dadlı şirniyyatlar yeməyinizi mükəmməl şəkildə tamamlayacaq. Bodrum restoranlarında təbiətin bütün ləzzətlərini tapmaq mümkündür, bunun üçün Bakı - Bodrum aviabileti əldə edə bilərsiniz.

    Alış-veriş 

    Bakı - Bodrum aviabileti alaraq gəldiyiniz zaman bu şəhərin müxtəlif bazarlarında və ticarət mərkəzlərində unikal məhsullarla tanış ola bilərsiniz. Bodrumun mərkəzində yerləşən yerli bazarlar və küçə dükanları, əl işləri məhsulları, hədiyyə əşyalar və incə sənət əsərləri ilə doludur. Burada mis qablar, əl ilə hazırlanmış keramika məmulatları və Bodruma xas olan toxunma xalçalar ən çox alınan suvenirlərdir. Bodrum Çarşısı müxtəlif ənənəvi məhsullar axtaranlar üçün ideal bir yerdir. Ənənəvi türk motivləri ilə bəzədilmiş zərgərlik əşyaları və parlaq rəngli tekstil məmulatları burada geniş yayılmışdır. Alış-veriş üçün daha modern seçimlər axtarırsınızsa, Oasis Alış-veriş Mərkəzi və Midtown Mall kimi böyük ticarət mərkəzləri, məşhur dünya brendlərinin məhsullarını təqdim edir.

    Bakı - Bodrum aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Bodruma birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 3 saat

    Bodruma uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Bodruma etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakı -  Bodrum aviabilet qiyməti nə qədərdir? 

    Bakı - Bodrum aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Bodruma birbaşa uçuşlar varmı? 

    Bəli, Azərbaycan Hava Yolları  Bodruma birbaşa uçuşlar həyata keçirir.

    Bakı - Bodrum reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar