Bakı - Berlin aviabileti 315 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Berlin aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 315 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 589 AZN
Displaying fares for June-2026
  • 13

    Sa

    JUN

  • 14

    Su

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • Aralıq315 AZN-589 AZN

    Bakı - Berlin aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Berlin təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - Berlin aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)Berlin (BER)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 15/12/2026

    Başlanğıc qiymət

    378 AZN

    Yenilənib: 2 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Berlinə_aviabilet

    Berlinə aviabilet sifariş edin

    Almaniya turistlərin sevimli ölkələrindən biridir. Berlində olanda mütləq Şarlottenburq-Vilmersdorf muzeyi və məşhur Potsdam meydanının yanında Kulturforum kimi görməli yerlərini ziyarət edin. Şəhərin mərkəzindəki Muzey Adası adlanan muzey kompleksində dünyanın 5 məşhur muzeyini görə bilərsiniz. Çox düşünməyə ehtiyac yoxdu, elə indi Berline aviabilet sifariş edin və səyahətinizi AZAL ilə həyata keçirin.

    Görməli yerlər

    Berlində kəşf edə biləcəyiniz digər mədəniyyət ocaqlarından bir neçəsi də Berlin Fridrixştrasse İncəsənət Mərkəzi, həmçinin Berlinin mərkəzi kilsəsi, Müqəddəs Məryəm Kilsəsi və Brandenburq Qapılarıdır. Eyni zamanda, hündürlüyü 368 metr olan Berlin televiziya qülləsi (Fernzeturm) şəhərin ən hündür memarlıq tikilisidir. Əgər yüksəklik qorxunuz yoxdursa, Berlinə səmadan baxmaq üçün qüllənin 203 metrliyində yerləşən baxış meydançasına qalxa bilərsiniz.

    İstirahət

    Berlinə səyahət zamanı heç vaxt darıxmayacaqsınız. Paytaxtın heyrətamiz mənzərələrini görmək üçün şəhərin ən böyük parkı olan Tiergarten və Victoria Parkında gəzə bilərsiniz. "Berlin hamamları" kimi tanınan Wannsee bölgəsində üzmək üçün məşhur çimərliklər var. Əgər siz teatrı sevirsinizsə, bu şəhər bir sözlə yerli teatrlar xəzinəsidir. Klassik repertuara malik ən məşhur teatr Almaniya Teatrıdır, müasir tamaşalar isə Berliner Ansamblında tamaşaya qoyulur. İngilis tamaşalarına Berlindəki İngilis Teatrında baxa bilərsiniz. Şəhərdə dörd opera binası var, onlardan ən məşhuru Almaniya operasıdır.

    Təamlar

    Berlindəki restoranlar Qərbi Avropanın digər restoranlarından fərqli olaraq münasib qiymətləri ilə seçilir. Nahar üçün ən yaxşısı Oranienburger Ştrassedə Hackeşer Markta gedin. Bir çox kiçik restoranlarda antik Art Deco üslubuna aid mebelləri quraşdırılıb. Buradakı ab-hava nahar və ya şam yeməyinizə xüsusi zəriflik qatacaq. Daha ləzzətli təamları dadmaq üçün Siti Vest bölgəsinə gedin; Xüsusilə Potsdamer Platzda onlar daha çoxdur. Berlin restoranlarında hər cür yemək tapa bilərsiniz. Ancaq əsl Prussiya mətbəxini dadmaq istəyirsinizsə, Köniqsberq kloplarını sifariş edin. Bu yemək ənənəvi olaraq qaynadılmış dana küftələrini xatırladır və süfrəyə kartof və çuğundurla təqdim edilir.

    Alış-veriş 

    Əgər siz Berlinə alış-veriş üçün gəlmisinizsə, burada gəzməli çox dükan var. Şəhərin əsas alış-veriş küçələrindən biri Tauenzienştrassedir. Burada lüks brendlər üzrə xüsusi mağazalar tapa bilərsiniz. Şimaldakı Hackeşer Markt bahalı moda mağazaları ilə tanınan bir ərazidir, Prenzlauer Berq bölgəsi isə bir çox dizayner mağazalarının ünvanıdır. Berlində həmçinin çoxlu böyük ticarət mərkəzləri var və burada yüzlərlə mağaza yerləşir; məsələn, Aleksanderplatzdakı Alexa və Friedrixsxaindakı Ring Center tövsiyə edilən ticarət mərkəzləridir.

    Bakı - Berlin aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Berlinə təyyarə neçə saata çatır?

    Təxminən 5 saat 05 dəqiqə.

    Berlinə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları ilə uçuşlar etibarlı və rahatdır. Donanmamıza komfortlu Airbus və Boeing təyyarələrindən ibarətdir.

    Bakı - Berlin aviabileti neçəyədir?

    Bakı - Berlin aviabileti üçün qiymət səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Berlinə birbaşa uçuşlar var?

    Bəli, Azərbaycan Hava Yolları Berlinə birbaşa uçuşlar həyata keçirir

    Bakı - Berlin reysinə neçə kiloqram baqaja icazə verilir? 

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar