Bakı - Pekin aviabileti 300 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Pekin aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 431 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 892 AZN
Displaying fares for June-2026
  • 12

    Fr

    JUN

  • 13

    Sa

  • 14

    Su

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • Aralıq431 AZN-892 AZN

    Bakı - Pekin aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Pekin təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - Pekin aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)Pekin (BJS)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 06/06/2027

    Başlanğıc qiymət

    300 AZN

    Yenilənib: 8 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Pekinə aviabilet sifariş edin

    Pekinə aviabilet sifariş edin

    Bakıdan Pekinə səyahət etməyə hazırsınız? Çinin paytaxtı olan Pekin, tarixi və mədəni zənginlikləri ilə dünyaca məşhurdur. Möhtəşəm Böyük Çin Səddi, İmperator Sarayı və Müqəddəs Yasak şəhər kimi görməli yerləri ilə Pekin, ziyarətçilərə unikal və unudulmaz təcrübələr təqdim edir. Bakı - Pekin aviabiletləri ilə bu qədim şəhərin möcüzələrini kəşf etmək üçün səyahətə başlayın.

    Görməli yerlər

    Pekin tarixi və mədəni zənginlikləri ilə dünyanın ən məşhur şəhərlərindən biridir. Şəhərin ən görməli yerlərindən biri olan Böyük Çin Səddi dünyanın yeni möcüzələrindən biri hesab edilir və hər il milyonlarla turistin maraq nöqtəsi olur. Ququn imperator sarayı, həmçinin Yasaq Şəhər olaraq da tanınan bu möhtəşəm kompleks qədim Çin imperatorlarının yaşadığı yerdir və memarlıq gözəlliyi ilə heyran edir. Pekinin mərkəzində yerləşən Tiantan Parkı (Cənnət Məbədi) isə qədim dövrlərdə dini mərasimlərin keçirildiyi bir məkan olaraq tanınır. Şəhərin müasir tərəfi isə Pekin Milli Stadionu kimi məşhur binalarla təmsil olunur. Pekin həm qədim, həm də müasir dövrlərin unikal birləşməsini təklif edir, bu da onu ziyarət üçün əvəzolunmaz bir məkan edir.

    İstirahət

    Pekində istirahət imkanları çox genişdir və hər zövqə uyğun təcrübələr təqdim edir. Şəhərin parkları və bağları, sakitlik və təbiətlə xüsusilə, Tiantan Parkı və Beihai Parkı kimi məkanlar, təbiət qoynunda gəzmək və rahatlamaq üçün mükəmməldir. Pekindəki lüks spa mərkəzləri və otellərin təklif etdiyi müalicə və masaj xidmətləri, səyahət edənlərə dincəlmək və enerji toplamaq imkanı verir. Pekindəki çay evlərində ənənəvi çay mərasimində iştirak edərək Çin çay mədəniyyəti ilə tanış ola bilərsiniz. Şəhərin restoranlarında isə yerli və beynəlxalq mətbəxin dadlı yeməkləri ilə qidalanmaq, kulinariya həvəskarları üçün əsl zövqdür. Bakı - Pekin aviabileti ilə həm tarixi, həm də müasir tərəfləri ilə unudulmaz bir tətil məkanına çevirən şəhərə səyahətə çıxın.

    Təamlar

    Pekin mətbəxi, zəngin və unikal təamları ilə dünya səviyyəsində tanınır. Pekin ördəyi, şəhərin ən məşhur yeməklərindən biridir və bu yemək ənənəvi olaraq xüsusi sosa batırılmış kəpəkli çörək və təzə tərəvəzlərlə servis olunur. Pekində küçə yeməkləri də geniş yayılıb və turistlər arasında çox populyardır. Wangfujing küçəsində müxtəlif növ ət, dəniz məhsulları və hətta böcəkləri tapa bilərsiniz. Bununla yanaşı, "jiaozi" adlı düşbərəyə bənzər yemək və ya "zhajiangmian" adlı məşhur əriştə yeməyi də Pekində dadına baxmağa dəyər ənənəvi yeməklərdəndir. Şəhərin kafe və çay evlərində isə ənənəvi Çin çayı və şirniyyatlarını dada bilərsiniz. Pekin fəqli təamları sevənlər üçün əsl gastronomik cənnətdir. Bakı - Pekin aviabileti ilə birbaşa uçuşla bu əvəzolunmaz təcrübələri yaşaya bilərsiniz.

    Alış-veriş 

    Pekin geniş seçimlər təklif edən böyük ticarət mərkəzlərindən tutmuş, kiçik bazarlara qədər hər zövqə uyğun alış-veriş məkanları ilə doludur. Qədim Çin sənətkarlığının incə nümunələrini axtarırsınızsa, Panjiayuan Antik Bazarı ideal seçimdir. Burada qədim çini, yəşim daşından heykəlciklər, qələm əşyaları və digər tarixi əşyaları tapmaq mümkündür. İncəsənət və sənətkarlıq həvəskarları üçün bu bazar əvəzsizdir. Pekində müasir alış-veriş üçün isə Wangfujing küçəsi şəhərin ən populyar yerlərindən biridir. Qərb tərzində alış-veriş üçün Sanlitun məhəlləsi də məşhurdur. Bu bölgədə lüks butiklər, mağazalar və dizayner markaları yer alır. Alış-verişdən sonra bölgədəki kafe və restoranlarda dincələ və ya müasir sənət qalereyalarını ziyarət edə bilərsiniz.

    Bakı - Pekin aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Pekinə birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 7 saat.

    Pekinə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Pekinə etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakı - Pekin aviabilet qiyməti nə qədərdir? 

    Bakı - Pekin aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Pekinə birbaşa uçuşlar varmı? 

    Bəli, Azərbaycan Hava Yolları Pekinə birbaşa uçuşlar həyata keçirir.

    Bakı - Pekin reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar