Görməli yerlər
Batumidə gəzməli yerlər arasında şəhərin simvoluna çevrilmiş bir neçə unikal məkan var. Bunlardan ilki Batumi Bulvarıdır və bulvarda müxtəlif parklar, heykəllər və fəvvarələr mövcuddur. Burada gəzərkən Qara Dənizin heyranedici mənzərəsini izləyə, Əlifba qülləsinə qalxaraq şəhərin gecə işıqları altında əzəmətli görünüşündən zövq ala bilərsiniz. Qala gürcü əlifbasının və xalqının unikallığını simvollaşdırır. Əlavə olaraq, Qurban Səidin "Əli və Nino" romanından ilham almış hərəkətli heykəlləri izləyərək romantik bir atmosfer yaşaya bilərsiniz. Batumun qədim tarixini kəşf etmək üçün Batum Arxeoloji Muzeyinə baş çəkməyi və ya qədim romalılar tərəfindən tikilmiş Qonio qalasına səyahət etməyi nəzərə ala bilərsiniz. Bundan əlavə, Batuminin təbii gözəlliyini əks etdirən botanika bağı dünyanın ən böyük botanika bağlarından biridir və şəhər mərkəzindən 9 km məsafədə yerləşir.
İstirahət
Batumi yaşıl və mavinin qovuşduğu dinc tətil axtaranlar üçün ideal mərkəzdir. Mərkəzə yaxın çimərliyi, şəhərdən kənarda yerləşən böyük botanika bağı və bir çox parkları ilə tətil üçün ideal ünvandır. Şəhərdən bir qədər uzaqda yerləşən Qonio çimərliyi sakit bir istirahət arzusunda olanlar üçün mükəmməl seçimdir. Burada çimərlik qumludur və suyu təmizdir. Çimərlik yaxınlığında yerləşən tarixi Qonio qalası da ziyarətçilərin diqqətini cəlb edən məkanlardan biridir. Batumidə Türkiyə sərhədinə yaxın olan Sarpi çimərliyi təkcə üzmək üçün deyil, həm də dalış etmək istəyənlər üçün ideal bir məkandır. Burada su altı dünyasını kəşf etmək üçün xüsusi xidmətlər də mövcuddur. Batumiyə rahat səfəriniz üçün Bakı - Batumi aviabileti əldə edə bilərsiniz.
Təamlar
Gürcü mətbəxi dedikdə ağlımıza ilk gələn iki yeməklər mütləq xaçapuri və xəngəl olur. Təbii ki, Batumidə dadmağı tövsiyə etdiyimiz ləzzətlər təkcə xaçapuri və xəngəl deyil. Quzu əti ilə hazırlanan və tərkibində düyü olan Harro şorbasını da səfəriniz zamanı dadmalısınız. Qəlyanaltıları olaraq isə Batumi səfəriniz zamanı dadacağınız yeməklərdən biri qozlu badımcan olmalıdır. Gürcüstan turşu növləri ilə də məşhur bir ölkədir. Müxtəlif növ turşuları dadmaq istəyirsinizsə, yemək yediyiniz restoranda da turşu sifariş edə bilərsiniz. Bu təamları dadmağa getmək üçün sizə Bakı - Batumi aviabileti gərəklidir.
Alış-veriş
Batumidə də çoxlu ticarət mərkəzləri var. Şəhərin mağazalarında sərfəli qiymətə ətirlər, tekstil məhsulları və elektron cihazlar əldə edə bilərsiniz. Şəhərdə tekstil alış-verişi üçün Metro City ticarət mərkəzi və Batumi Mall, bazar ziyarət etmək istəyirsinizsə, The Batumi Bazaar, antik məhsullarla maraqlanırsınızsa, Antiques Shop uyğun seçim olacaqdır. Gürcüstandan ala biləcəyiniz məşhur məhsullar arasında şərab, bal ola bilər. Hədiyyə olaraq ağac üzərində oyma bəzək əşyaları və rəngli maqnitlər əldə edə bilərsiniz. Xatirələriniz isə keçmişdən gələn ən dəyərli hədiyyələrdir. Yeni xatirələr toplamaq üçün Bakı - Batumi aviabileti əldə edin.




