Görməli yerlər
Musatafa Kemal Atatürkün məqbərəsi və şəhərin simvolu sayılan Anıtkabir ziyarət edə biləcəyiniz ilk məkanlardan ola bilər. Məqbərədə Türkiyə Respublikasının tarixi ilə yaxından tanışa ola bilərsiniz. Anadolu Mədəniyyətləri muzeyi, Ankara qalası da siyahınıza əlavə edə biləcəyiniz yerlərdir. Anadolu Mədəniyyətləri muzeyi Anadolu yarımadasının arxeoloji tapıntıları ilə qədim mədəniyyətin izlərini sərgiləyir. Anadolu tarixinə və mədəniyyətinə dərin bir baxış təqdim edən muzeydə siz Hettit, Frig, Urartu və digər qədim sivilizasiyaların əsərləri ilə də tanış ola bilərsiniz. Şəhərin ən qədim yerlərindən biri olan Ankara qalası da möhtəşəm mənzərələr və qədim memarlıq abidələri ilə ziyarətçiləri cəlb edir. Qalanın içində yerləşən köhnə məhəllələr, dar küçələr və tarixi evlər, keçmişə bir pəncərə açır.
İstirahət
Dincəlmək və təbiətdə vaxt keçirmək üçün şəhərin mərkəzində yerləşən Gənclik parkı ideal yerdir. Parkda göl, kafe və restoranlar, uşaq oyun sahələri mövcuddur. Yay aylarında parkın gözəl mənzərələrindən zövq alaraq ailənizlə və dostlarınızla vaxt keçirə bilərsiniz.Digər qeyd edilməyə dəyər məkan isə Atatürk Meşə Fermasıdır. Bu böyük park və əyləncə kompleksi, zoopark, süd fabriki, piknik sahələri və Tarix Muzeyi kimi müxtəlif bölmələri ilə məşhurdur. Həm yerli əhalinin, həm də turistlərin sevimli istirahət yerlərindən biridir.
Təamlar
Ankaranın məşhur biskviti olan Beypazarı kurusunu şəhərdəki yerli çay evlərində mütləq dadmalısınız. Ankaraya xas olan bu şirniyyat çay saatlarını daha da ləzzətli edir. Ankaranın məşhur yeməklərindən bir digəri kuzu tandır xüsusi ocaqlarda hazırlanmış ləzzətli quzu ətidir. Şəhərin ən yaxşı restoranlarında bu yeməyi dadmaq mümkündür. Ləziz təamları dadmaq üçün məkan olaraq isə Bakırcılar Çarşısını tövsiyə edə bilərik. Bu çarşıda həm yerli yeməklərin dadına baxa, həm də ənənəvi sənətkarlıq məhsullarını ala bilərsiniz. Burada Ankaranın mətbəx mədəniyyətini daha yaxından tanıya bilərsiniz.
Alış-veriş
Ankarada hədiyyə əşya və alış-veriş üçün bir neçə küçə və meydanları tövsiyə edə bilərik. Ankaranın ən məşhur alış-veriş küçələrindən biri olan Tunali Hilmi Caddesində istədiyiniz bir çox şeyi tapa biləcəyiniz butiklər, mağazalar və kafe-restoranlar mövcuddur. Eyni zamanda, burada yerli və beynəlxalq brendləri tapa bilərsiniz.Şəhərin mərkəzində yerləşən Kızılay Meydanı, alış-veriş, yemək və əyləncə üçün ideal yerlərdən biridir. Burada da böyük alış-veriş mərkəzləri, restoranlar və kafelər mövcuddur.Əntiq əşyalar və hədiyyəliklər axtarırsınızsa, Çıkrıkçılar Yokuşu mütləq ziyarət edilməlidir. Burada qədim sənətkarlıq məhsulları tapa bilərsiniz.




