Bakı - Almatı aviabileti 343 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Almatı aviabiletləri

Təklifləri tapmaq üçün alternativ ayı yoxlayın və ya aşağıdakı fərdi günlərlə qarşılıqlı əlaqədə olun.
Displaying fares for June-2026
  • 08

    Mo

    JUN

  • 09

    Tu

  • 10

    We

  • 11

    Th

  • 12

    Fr

  • 13

    Sa

  • 14

    Su

  • 15

    Mo

  • 16

    Tu

  • 17

    We

  • 18

    Th

  • 19

    Fr

  • 20

    Sa

  • 21

    Su

  • 22

    Mo

  • 23

    Tu

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • Bakı - Almatı aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Almatı təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Bakı - Almatı aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Bakı (BAK)Almatı (ALA)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 18/12/2026

    Başlanğıc qiymət

    343 AZN

    Yenilənib: 16 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Almatıya aviabilet sifariş edin

    Almatıya aviabilet sifariş edin

    Almatı Qazaxıstanın ən böyük və ən məşhur şəhərlərindən biridir. Tarixi İpək Yolu üzərində yerləşən bu şəhər, zəngin mədəniyyəti, geniş parkları, qış turizmi və dağ mənzərələri ilə tanınır. "Alma-ata" alma bağı mənasını verir və şəhər bölgədə yetişdirilən almaları ilə məşhurdur. Almatı səfəriniz üçün Bakı - Almatı biletini indi əldə edin!

    Görməli yerlər

    Tarixi İpək Yolu üzərində olan bu şəhər tarixi abidələri, parkları, təxminən yarım saata çata biləcəyiniz dağ mənzərələri, qış turizmi, teatr və muzeyləri ilə çoxlu turistə ev sahibliyi edir. Almatıda ziyarət edilməli yerlərdən biri Panfilov Parkıdır. Burada təbiəti seyr etmək və istirahət etmək mümkündür. Yaxınlıqda yerləşən Yaşıl Bazar, Orta Asiyaya məxsus məhsulların satıldığı məşhur ticarət mərkəzidir. Panfilov Parkının qarşısında Arasan Hamamı yerləşir. Gorki Parkı isə şəhərdə gəzinti və əyləncə üçün ideal yerdir. Mərkəzi Məscid Kazaxıstanın ən böyük məscidlərindən biridir. Respublika Meydanı şəhərin əsas meydanıdır. Çimbulak isə şəhərin ən populyar xizək mərkəzidir. Bu sadaladığımız yerləri gəzib görmək üçün Bakı - Almatı aviabileti əldə edə bilərsiniz. 

    İstirahət

    Almatı təbiəti və sakit atmosferi ilə istirahət üçün ideal bir məkandır. Panfilov və Gorki parklarında təbiət qoynunda yürüş edə, təmiz havadan zövq ala bilərsiniz. Almatıdakı müasir və ənənəvi hamamlar istirahət üçün geniş imkanlar təqdim edir. Şəhərin yaxınlığında yerləşən dağlıq ərazilər isə gəzinti, yürüş və qış turizmi həvəskarları üçün ideal seçimdir. Kok Tobe dağından kanat ilə şəhərin möhtəşəm mənzərəsini izləmək və orada yerləşən restoranlarda ləzzətli təamların dadını çıxarmaq mümkündür. Çimbulak xizək mərkəzi isə qış idmanları ilə maraqlanan turistlər üçün unudulmaz bir təcrübə təqdim edir. Rahat səyahət üçün Bakı - Almatı aviabileti əldə edə və birbaşa uçuşla Almatıya səfər edə bilərsiniz. 

    Təamlar

    Almatı mətbəxi zəngin ət və süd məhsulları ilə tanınır. Yerli yeməklərin çoxunda qoyun və at ətindən istifadə edilir. Şəhərin ən məşhur yeməklərindən biri beşbarmaqdır və qaynadılmış ət və xüsusi əriştə ilə hazırlanır. Bu yeməyi köçərilər ənənəvi olaraq əlləri ilə yedikləri üçün bu şəkildə adlandırılmışdır. Kürdək, ət və kartofun birlikdə bişirildiyi sadə, lakin dadlı yeməkdir. Almatı mətbəxi xəmir işləri ilə də zəngindir. Belə ki, mantı, samsa, pişi və börek şəhərin hər yerində asanlıqla tapıla bilən ləzzətlərdir. Südlü çay və at südündən hazırlanan kımız kimi içkilər də şəhərin ənənəvi içkiləri arasında yer alır. Şəhərdə bu təamları dadaraq Qazaxıstan mətbəxinin zənginliyini kəşf edə bilərsiniz. Səyahətinizin rahat keçməsi üçün birbaşa uçuşla Bakı - Almatı aviabileti almağı unutmayın. 

    Alış-veriş

    Almatı alış-veriş sevənlər üçün geniş imkanlar təqdim edir. Şəhərin əsas ticarət küçələrindən biri olan Qoqol küçəsi lüks Amerika və Avropa brendlərinin mağazaları ilə məşhurdur. Burada dünyaca məşhur markaları tapmaq mümkündür. Jibek Zholy küçəsi isə yerli bazarlarla zəngindir, burada yerli məhsulların satıldığı kiçik dükanlar var. Şəhərin iri ticarət mərkəzlərindən olan Silk Way City, Mega Center Almaata və Ramstor həm yerli, həm də beynəlxalq markaların məhsullarını təqdim edir. TsUM ticarət mərkəzi isə yerli suvenirlər, ənənəvi zinət əşyaları, xəz papaqlar və bəzək əşyaları ilə məşhurdur. Bədii məhsullarla maraqlananlar üçün Tenqri Umai, Kasteev Ulusal Muzeyi və Almatı İncəsənət Mərkəzi zəngin seçimlər təqdim edir.

    Bakı - Almatı aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Almatıya birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 3 saat.

    Almatıya uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Almatıya etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakı -  Almatı aviabilet qiyməti nə qədərdir? 

    Bakı - Almatı aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Almatıya birbaşa uçuşlar varmı? 

    Bəli, Azərbaycan Hava Yolları Almatıya birbaşa uçuşlar həyata keçirir.

    Bakı - Almatı reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar