Təl-Əviv - Bakı aviabileti 324 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Təl-Əviv - Bakı aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 380 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 942 AZN
Displaying fares for June-2026
  • 23

    Tu

    JUN

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • 13

    Mo

  • 14

    Tu

  • 15

    We

  • 16

    Th

  • 17

    Fr

  • 18

    Sa

  • 19

    Su

  • 20

    Mo

  • 21

    Tu

  • 22

    We

  • Aralıq380 AZN-942 AZN

    Təl-Əviv - Bakı aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Təl-Əviv - Bakı təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Təl-Əviv - Bakı aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Təl-Əviv (TLV)Bakı (BAK)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 19/02/2027

    Başlanğıc qiymət

    324 AZN

    Yenilənib: 15 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Bakıya aviabilet sifariş edin

    Bakıya aviabilet sifariş edin

    Təl-Əvivdən Bakı istiqamətinə səyahət etməklə qədim və müasir dövrün ahəngdar birləşdiyi şəhəri kəşf edin. Xəzər dənizinin sahilində yerləşən Bakı zəngin tarixi, özünəməxsus memarlığı və rəngarəng mədəniyyəti ilə Qafqazın ən diqqətçəkən şəhərlərindən biridir. Təl-Əviv - Bakı aviabileti ilə səyahət edərək Bakını kəşf etmək fürsətini qaçırmayın.

    Görməli yerlər

    Bakı şəhərinin görməli yerləri ziyarətçiləri həm tarixi, həm də müasir elementləri ilə heyran edir. Şəhərin qədim ürəyi olan İçərişəhər, öz tarixi abidələri, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qız Qalası və Şirvanşahlar Sarayı ilə məşhurdur, eyni zamanda dar daş küçələri ilə turistləri özünə cəlb edir. Şəhərin kənarında yerləşən Qobustan Milli Tarixi-Bədii Qoruğu isə qayaüstü rəsmləri ilə tanınır və tarixə marağı olanların böyük diqqətini çəkir. Xalça sənətinə maraq göstərənlər üçün Azərbaycan Xalça Muzeyi dəyərli bir xəzinədir, burada müxtəlif dövrlərə aid xalçalar və milli sənət əsərləri sərgilənir. Şəhəri Təl-Əvivdən kəşf etmək istəyənlər Təl-Əviv - Bakı aviabileti ilə səyahət edə bilərlər.

    İstirahət

    Bakıda həm istirahət, həm də əyləncə üçün çoxlu məkanlar və tədbirlər mövcuddur. Şəhərin məşhur Dənizkənarı Bulvarı əsas istirahət məkanlarından biri sayılır. Şəhərin böyük parklarından biri olan Dağüstü Park isə təbiətsevərlər və Bakının möhtəşəm mənzərəsini seyr etmək istəyənlər üçün ideal yerdir. Funikulyor vasitəsilə parka qalxmaq mümkündür. Fəvvarələr Meydanı isə həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir. Bundan əlavə, teatr, konsert və sərgilər üçün də Bakıda geniş seçimlər var. Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Filarmoniyası klassik musiqi və teatr həvəskarları üçün daima maraqlı tədbirlər təşkil edir. Bakını Təl-Əvivdən kəşf etmək istəyənlər üçün Təl-Əviv - Bakı aviabileti əldə etmək mümkündür.

    Təamlar

    Bakının yemək mədəniyyəti olduqca zəngindir və burada həm Azərbaycan mətbəxinin ənənəvi ləzzətləri, həm də dünya mətbəxlərinin seçilmiş nümunələri təqdim olunur. Şəhərdə çox məşhur olan milli yeməklərdən biri də plovdur. Müxtəlif növ düyü, ət, quru meyvələr və ədviyyatlarla hazırlanan bu yemək demək olar ki, hər evin süfrəsində öz yerini alır. Bakının restoranlarında düşbərə, qutab, yarpaq dolması və kabab kimi milli təamların dadına baxmaq mümkündür. Bakı mətbəxinin ayrılmaz hissələrindən biri də çay mədəniyyətidir. Şəhərdə yerləşən çay evlərində və kafelərdə çayla yanaşı paxlava, şəkərbura və şorqoğal kimi şirniyyatlar da təqdim edilir. Bu ləzzətləri dadmaq üçün Təl-Əviv - Bakı aviabileti alıb Bakını ziyarət edə bilərsiniz.

    Alış-veriş 

    Bakı, ənənəvi bazarlardan tutmuş müasir ticarət mərkəzlərinə qədər çoxsaylı alış-veriş imkanları təqdim edir. Azərbaycan xalçaları və əl işləri ilə maraqlananlar üçün İçərişəhər ətrafında yerləşən mağazalar əsl xəzinədir. Burada yerli ustalar tərəfindən hazırlanan ənənəvi xalçalar, keramika məmulatları, suvenirlər və bəzək əşyalarını tapa bilərsiniz. Azərbaycan xalçaları dünyada məşhur olub, İçərişəhərdə bu sənətin ən gözəl nümunələrini görmək mümkündür. Müasir alış-veriş sevənlər üçün isə Bakı şəhərində bir sıra iri ticarət mərkəzləri fəaliyyət göstərir. Gənclik Mall, 28 Mall, Port Baku Mall və Dəniz Mall ən böyük və məşhur ticarət mərkəzlərindən sayılır. Bu təcrübəni yaşamaq üçün Təl-Əviv - Bakı aviabileti ilə səyahət edə bilərsiniz.

    Tel-Əviv - Bakı aviabileti haqqında tez-tez soruşulan suallar

    Tel-Əvivdən Bakı şəhərinə birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 3 saat

    Bakı şəhərinə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Tel-Əviv - Bakı istiqamətinə etibarlı, təhlükəsiz və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və rahat təyyarələr daxildir.

    Tel-Əviv - Bakı bilet qiyməti nə qədərdir?

    Tel-Əviv - Bakı bileti qiyməti səyahət tarixi və mövcud tələbatdan asılıdır. Daha sərfəli qiymətə aviabilet əldə etmək üçün "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Tel-Əvivdən Bakı şəhərinə birbaşa uçuşlar varmı?

    Bəli, Azərbaycan Hava Yolları Bakıya birbaşa uçuşlar həyata keçirir.

    Tel-Əviv - Bakı reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.