Milan - Bakı aviabileti 400 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Milan - Bakı aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 560 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 1.1K AZN
Displaying fares for June-2026
  • 23

    Tu

    JUN

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • 13

    Mo

  • 14

    Tu

  • 15

    We

  • 16

    Th

  • 17

    Fr

  • 18

    Sa

  • 19

    Su

  • 20

    Mo

  • 21

    Tu

  • 22

    We

  • Aralıq560 AZN-1070 AZN

    Milan - Bakı aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Milan - Bakı təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Milan - Bakı aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Milan (MIL)Bakı (BAK)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 12/06/2027

    Başlanğıc qiymət

    670 AZN

    Yenilənib: 16 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Bakıya aviabilet sifariş edin

    Bakıya aviabilet sifariş edin

    Bakı – Xəzər dənizinin sahilində yerləşən, tarixi və müasir memarlığın vəhdət təşkil etdiyi unikal şəhərdir. İçərişəhər, Qız Qalası və Heydər Əliyev Mərkəzi kimi simvolik məkanları ilə tanınan Bakı, həmçinin Dənizkənarı Bulvarı, ləziz Azərbaycan mətbəxi və geniş alış-veriş imkanları ilə ziyarətçiləri cəlb edir.

    Görməli yerlər

    Milan - Bakı aviabileti ilə Azərbaycanın paytaxtı Bakını ziyarət edin və bu unikal şəhərin tarixi və müasir simvollarını kəşf edin! İçərişəhər qədim küçələri, tarixi abidələri və orijinal memarlığı ilə sizi keçmişə aparacaq. Qız Qalası Bakının ən tanınmış simvollarından biridir və sirli tarixi ilə səyahətçiləri valeh edir. Şirvanşahlar Sarayı isə orta əsr Azərbaycan memarlığının incilərindən biri hesab olunur. Şəhərin müasir hissəsində yerləşən Heydər Əliyev Mərkəzi memar Zaha Hadidin yaratdığı qeyri-adi forması ilə fərqlənir. Alov Qüllələri isə gecə saatlarında xüsusi işıqlandırılması ilə şəhərin müasir ruhunu əks etdirir.

    İstirahət

    Milan -Bakı aviabileti ilə Bakıda dincəlmək üçün çoxsaylı gözəl məkanlar sizi gözləyir! Dənizkənarı Bulvar şəhərin ən çox ziyarət edilən əyləncə və istirahət məkanlarından biridir. Xəzər dənizinin sahilində yerləşən bu geniş park yaşıllıq zonaları, gəzinti yolları və gəmi turları ilə fərqlənir. Daha təbii və sakit bir mühit axtarırsınızsa, Qobustan Milli Parkına baş çəkərək min illər əvvələ aid qayalıq rəsmlərini və palçıq vulkanlarını görə bilərsiniz. Şəhərin mərkəzində yerləşən Filarmoniya Bağı, Zabitlər Parkı, Dədə Qorqud Parkı və Mərkəzi Nəbatat Bağı isə təbiət qoynunda istirahət üçün mükəmməl seçimlərdir. Bakıdakı otellərin lüks spa və hovuz xidmətlərindən istifadə edərək rahatlığınızı tam təmin edə bilərsiniz.

    Təamlar

    Bakı mətbəxi unudulmaz dadlar vəd edir! Səfərinizi Azərbaycanın ən məşhur yeməkləri ilə başlayın – piti, düşbərə, xaş və bozbaş kimi ləzzətlər səyahətinizi daha da maraqlı edəcək. Ət sevənlər üçün kabab, sac və qazmaqlı plov ideal seçimlərdir, dəniz məhsulları həvəskarları isə balıq kababı, ləvəngi və buğlama balığın ləzzətindən zövq ala bilərlər. Yüngül qəlyanaltı üçün qutab, ləvəngi badımcan və müxtəlif pendir növləri məsləhət görülür. Şirniyyat sevənlər isə paxlava, şəkərbura, badambura və mürəbbə ilə servis edilən ənənəvi Azərbaycan çayını dadaraq bu mətbəxin unikal ləzzət dünyasına qapıla bilərlər. Milan - Bakı aviabileti səyahətə indi başlayın. Bakının restoranlarında bu təamları sınaqdan keçirərək yerli mətbəxin zənginliyini hiss edin!

    Alış-veriş 

    Bakıda alış-veriş etmək həm beynəlxalq, həm də yerli brendləri kəşf etmək üçün əla fürsətdir. Milan -Bakı aviabileti ilə səyahət edənlər üçün Nizami küçəsi, Port Baku Mall, Ganjlik Mall və 28 Mall kimi iri ticarət mərkəzlərində məşhur moda brendləri və geniş seçim imkanları təqdim olunur. Əgər orijinal və ənənəvi suvenirlər axtarırsınızsa, İçərişəhər və şəhərin müxtəlif bazarlarında Azərbaycan xalçaları, əl işləri olan bəzək əşyaları və yerli şirniyyatları tapa bilərsiniz. Həmçinin, Bakıdakı antik mağazalar və sənət dükanları unikal hədiyyələr əldə etmək üçün ideal yerlərdir.

    Milan - Bakı aviabileti haqqında tez-tez soruşulan suallar

    Milandan Bakı şəhərinə birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 4 saat 30 dəqiqə.

    Bakı şəhərinə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Milan - Bakı istiqamətinə etibarlı, təhlükəsiz və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və rahat təyyarələr daxildir.

    Milan - Bakı bilet qiyməti nə qədərdir?

    Milan - Bakı bileti qiyməti səyahət tarixi və mövcud tələbatdan asılıdır. Daha sərfəli qiymətə aviabilet əldə etmək üçün "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Milandan Bakı şəhərinə birbaşa uçuşlar varmı?

    Bəli, Azərbaycan Hava Yolları Bakıya birbaşa uçuşlar həyata keçirir.

    Milan - Bakı reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.