Barselona - Bakı aviabileti 385 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Barselona - Bakı aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 530 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 854 AZN
Displaying fares for June-2026
  • 23

    Tu

    JUN

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • 13

    Mo

  • 14

    Tu

  • 15

    We

  • 16

    Th

  • 17

    Fr

  • 18

    Sa

  • 19

    Su

  • 20

    Mo

  • 21

    Tu

  • 22

    We

  • Aralıq530 AZN-854 AZN

    Barselona - Bakı aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Barselona - Bakı təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down
    Barselona - Bakı aviabiletləri - uçuşunuzu indi planlayın
    Haradan
    Haraya
    Tarif növü
    Tarixlər
    Qiymət
    Barselona (BCN)Bakı (BAK)Bir istiqamətli səfər
    /
    Ekonom
    Uçuş vaxtı: 30/05/2027

    Başlanğıc qiymət

    656 AZN

    Yenilənib: 15 saat əvvəl

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Bakıya aviabilet sifariş edin

    Bakıya aviabilet sifariş edin

    Barselona - Bakı aviabileti ilə Xəzər sahilində yerləşən bu unikal şəhərə səyahət edin. İçərişəhər, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Dənizkənarı Bulvar kimi tarixi və müasir simvolları kəşf edin. Bakı səfəri üçün ən sərfəli Barselona - Bakı aviabiletlərini indi bron edin!

    Görməli yerlər

    Barselona-Bakı aviabileti ilə Azərbaycanın paytaxtı olan Bakını kəşf etməyə hazır olun! Şəhərin tarixi və müasir memarlığının vəhdəti səyahətçiləri valeh edir. İçərişəhər qədim şəhər hissəsidir və dar küçələri, daş döşənmiş yolları və tarixi abidələri ilə sizi keçmişə aparacaq. Qız Qalası sirli tarixi və möhtəşəm görünüşü ilə Bakının simvolu sayılır. Şirvanşahlar Sarayı isə orta əsr Azərbaycan memarlığının ən gözəl nümunələrindən biridir. Şəhərin müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzi dünyaca məşhur memar Zaha Hadidin əsəridir və qeyri-adi forması ilə göz oxşayır. Alov Qüllələri isə gecə işıqlandırıldıqda möhtəşəm mənzərə yaradır və Bakının müasirliyini simvolizə edir.

    İstirahət

    Bakıda istirahət etmək üçün bir çox gözəl məkan var və Barselona-Bakı aviabileti ilə bu təcrübəni yaşaya bilərsiniz! Dənizkənarı Bulvar şəhərin ən sevilən istirahət məkanlarından biridir. Xəzər dənizinin sahilində yerləşən bu geniş park yaşıllıqları, gəmi gəzintiləri ilə istirahət üçün ideal seçimdir. Daha sakit və təbiətlə iç-içə bir yer axtarırsınızsa, Qobustan Milli Parkını ziyarət edə bilərsiniz. Burada minilliklər öncəyə aid olan qayalıq rəsmləri və dünyada nadir rast gəlinən palçıq vulkanlarını görə bilərsiniz. Şəhərin mərkəzində yerləşən Filarmoniya Bağı, Zabitlər Parkı və Dədə Qorqud Parkı, Mərkəzi Nəbatat Bağı isə təbiət qoynunda dincəlmək istəyənlər üçün əla seçimdir. Bakıdakı lüks otellərin spa və hovuz xidmətlərindən yararlanaraq tam rahatlıq və komfort içində istirahət edə bilərsiniz.

    Təamlar

    Barselona-Bakı aviabileti ilə gələnlər üçün Azərbaycan mətbəxi unudulmaz bir dad təcrübəsi vəd edir. Səfərinizə piti, düşbərə, xaş və bozbaş kimi ənənəvi yeməklərlə başlayın. Ət sevənlər üçün kabab, sac və qazmaqlı plov, dəniz məhsulları sevənlər üçün isə balıq kababı, ləvəngi və buğlama balıq mükəmməl seçimlərdir. Yüngül qəlyanaltı olaraq qutab, ləvəngi badımcan və pendir assortisi dadına baxın. Şirniyyat sevənlər isə paxlava, şəkərbura, badambura və mürəbbələrlə müşayiət olunan ənənəvi Azərbaycan çayını mütləq sınamalıdırlar. Bakının restoranlarında bu ləzzətləri dadaraq şəhərin zəngin mətbəxini kəşf edin!

    Alış-veriş 

    Bakıda alış-veriş etmək həm yerli, həm də beynəlxalq brendləri kəşf etmək üçün mükəmməl fürsətdir. Barselona-Bakı aviabileti ilə səyahət edənlər üçün Nizami küçəsi, Port Baku Mall, Ganjlik Mall və 28 Mall kimi böyük ticarət mərkəzləri dəbdəbəli mağazaları, moda brendləri və geniş seçim imkanları ilə alış-veriş həvəskarlarını sevindirir. Əgər unikal və ənənəvi suvenirlər axtarırsınızsa, İçərişəhər və yerli bazarlarda Azərbaycanın məşhur xalçalarını, əl işləri olan bəzək əşyalarını və təbii şirniyyatlarını əldə edə bilərsiniz. Həmçinin, şəhərin fərqli guşələrində yerləşən antik mağazalar və yerli sənət dükanları Bakıdan hədiyyələr almaq üçün idealdır.

    Barselona - Bakı aviabileti haqqında tez-tez soruşulan suallar

    Barselonadan Bakı şəhərinə birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 5 saat 30 dəqiqə.

    Bakı şəhərinə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Barselona - Bakı istiqamətinə etibarlı, təhlükəsiz və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və rahat təyyarələr daxildir.

    Barselona - Bakı bilet qiyməti nə qədərdir?

    Barselona - Bakı bilet qiyməti səyahət tarixi və mövcud tələbatdan asılıdır. Daha sərfəli qiymətə aviabilet əldə etmək üçün "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Barselonadan Bakı şəhərinə birbaşa uçuşlar varmı?

    Bəli, Azərbaycan Hava Yolları Bakıya birbaşa uçuşlar həyata keçirir.

    Barselona - Bakı reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.