Görməli yerlər
London Qərbi Avropanın ən böyük şəhəridir. Turistlərin ən geniş istifadə etdiyi nəqliyyat növü London metrosudur. Paytaxtın mərkəzində çoxlu attraksionlar var, onların bir çoxuna piyada getməklə çatmaq olar və ya məşhur "Boris velosipedləri" vasitəsilə getmək olar. Bundan başqa, şəhərin hər yerində qırmızı avtobuslar və qara taksiləri asanlıqla görmək olar. Londona səfər edərkən Kral Sarayı və London Körpüsü kimi görkəmli yerlərdən tutmuş Britaniya Muzeyi və Təbiət Tarixi Muzeyi kimi dünyaca məşhur muzeylərə qədər görməli olduğunuz çoxlu mühüm məkanlar var. Dauninq-strit də daxil olmaqla, Böyük Britaniya barədə öyrənmək üçün Vestminsteri araşdıra bilərsiniz.
İstirahət
Səyahətiniz zamanı idman və əyləncə aztarırsınızsa, Stratforddakı Kraliça Yelizaveta adına Olimpiya Parkı sizin üçün çox maraqlı olacaq! Su İdmanı Mərkəzindəki Olimpiya Hovuzunda üzməkdən, geniş parkda rahatca gəzməkdən və ya Lee Valley VeloParkda velosiped sürməkdən həzz alacaqsınız. Tövsiyə edirik ki, parkın təqvimini aktiv olaraq izləyin və maraqlı hadisələri qaçırmayın. London şəhəri Hayd Park, Richmond Park və Regent Parkı daxil olmaqla səkkiz gözəl Kral Parkına malikdir. Hər bir park açıq yaşıl sahələrdən başqa daha çox xidmətlər təklif edir; məsələn, Hayd Parkdakı Serpantin qayıqla gedə bilərsiniz. Bir az tamaşa ilə maraqlanırsınızsa, səhər saat 11:30 radələrində Bukingem Sarayında 45 dəqiqəlik Mühafizəçilərin dəyişmə mərasimini izləyə bilərsiniz.
Təamlar
Londonda yemək həvəskarları üçün hər cibə uyğun məkanlar var. Burada həmçinin siz məşhur aşpazların çalışdığı məşhur restoranları da görə bilərsiniz. Ancaq mətbəx macərası bununla bitmir.Mərkəzi Londonda müxtəlif beynəlxalq mətbəxlərdən tutmuş tarixi zəngin ənənəyə malik kafelərə qədər hər kəsin zövqünü oxşayacaq məkanlar var. Orijinal Kokni Londonu dadmaq üçün İst Endə piroq və püre mağazasına gedə və ya turistlərin qaynar nöqtələrindən uzaqda müstəqil qastro-kafelər ilə yaxından tanış ola bilərsiniz.
Alış-veriş
Londonda lüks mallarla tanınan Harrods və Selfridgesdə inanılmaz alış-veriş təcrübələrini qaçırmayın. Ən çox sevdiyiniz Britaniyanın yüksək küçə brendlərini görmək üçün isə, mütləq Oksford striti gəzib dolaşın. Dizayner paltarları və aksesuarları istəyirsinizsə, Bond və Kovent Qardeni küçələrini araşdıra bilərsiniz. Əgər siz uşaqlarla birlikdə Londona gəlmisinizsə, dünyanın ən böyük oyuncaq mağazalarından biri Regent küçəsini ziyarət edə bilərsiniz.















