Görməli yerlər
Barselonanın əsas görməli yerləri üç rayonda cəmlənib:
- Köhnə şəhər (Qotik məhəllə kimi də tanınır)
- 19-cu əsrdə tikilmiş Eşample və ya Yeni Şəhər
- Monjuik isə yüksəkliyin yamaclarında yerləşir
Bir gündə bütün ən maraqlı yerləri kəşf etmək, muzeyləri gəzmək mümkün deyil. Bunun üçün ən azı gərək bir həftə vaxt lazımdır. Şəhərin qəlbi isə əlbəttə Kataloniya meydanıdır. Burada siz dənizə doğru aparan və eyni zamanda buraların rəmzi sayılan La Rambla piyada küçəsini görəcəksiniz. Üstəlik, burada Qotik və Raval adlı iki məhəllə arasındakı sərhədi görəcəksiniz.
İstirahət
Duş, hamam və restoranlarla əhatə olunmuş narın qumlu çimərliklər Barselonanın möhtəşəmliyidir. Çimərlik sahəsi 4 km-dən çox yeri əhatə edir və 4 əsas zonadan ibarətdir. Ən populyar zona həm yerli əhalinin, həm də xarici turistlərin saatlarla vaxt keçirməyi xoşladığı şəhərin mərkəzindəki Barselonetadır. Digər bir çimərlik isə, Frenk Qerinin müasir "Balıq" heykəlindən dərhal sonra açılan "İkariya" zonasıdır. Ən ucqar çimərlik isə, Barselonadan kənarda olan Sitjes çimərliyidir. Buraya gəlmək üçün gərək Sants stansiyasından çıxıb yarım saat qatarla yol getməlisiniz. Barselonanın ətrafında gözəl çimərlikləri ilə zəngin olan çoxlu kurortlar var.
Təamlar
Barselonada restoran və kafelərin çoxdur. Bu şəhərdə 20-dən çox "Michelin Stars" mükafatına malik restoran var. Bəs gedəcəyimiz yeri necə seçmək olar? Bunun üçün iki əsas qayda var:
- Nə yemək istədiyinizi təyin edin. (milli, Avropa və ya Asiya yeməkləri).
- Qarşısında uzun növbələr olduğu restoranları nəzərinizdə saxlayın. Uzun növbə dadlı yeməyin əlamətidir.
Barselona restoranları inanılmaz dərəcədə ləzzətli dəniz məhsulları ilə zəngindir: treska, hamsi, merlan, kambala və rahib balığı. Dəniz məhsulları ilə yanaşı, kataloniyalılar ətə, xüsusilə də kömürün üzərində bişirilmiş ətləri çox bəyənirlər. Valensiyada olduğu kimi, Kataloniyada da düyü böyük şan-şöhrətə malikdir: göyərtili düyü, ətli düyü, balıq və ya molyusklarla zəngin düyü yeməkləri. Ən məşhur düyü yeməyi paelladır.
Alış-veriş
Barselonanın ən məşhur alış-veriş məkanının geyim və dəblə heç bir əlaqəsi yoxdur. Bu, Köhnə şəhərdə, təxminən Ramblanın mərkəzində yerləşən Bokeriya adlı ərzaq bazarıdır. Burada siz ən təzə tərəvəz və meyvələri, ət və dəniz məhsulları ala bilərsiniz. Çoxlu geniş seçim var. Paltar, ayaqqabı və aksesuar almaq üçün isə, məşhur El Korte İnqles mərkəzinə getmək daha yaxşı olar. Şəhərin ən möhtəşəm yerlərindən biri. Burada yeməkdən tutmuş silaha qədər demək olar ki, hər şey satılır. Son vaxtlar turistlərin çoxu İspaniyadan maqnit və açıqcalar deyil, yeməli bir şey aparırlar. Əsas seçim isə xamon, turron, zeytun yağıdır.











