Bakı - Astana aviabileti 387 AZN-dən başlayan qiymətlərlə

Promo kod

Uyğun qiymətə Bakı - Astana aviabiletləri

cmp-daily-histogram-bars-legend-min-price-aria-label 483 AZN
cmp-daily-histogram-bars-legend-max-price-aria-label 1.8K AZN
Displaying fares for June-2026
  • 23

    Tu

    JUN

  • 24

    We

  • 25

    Th

  • 26

    Fr

  • 27

    Sa

  • 28

    Su

  • 29

    Mo

  • 30

    Tu

  • 01

    We

    JUL

  • 02

    Th

  • 03

    Fr

  • 04

    Sa

  • 05

    Su

  • 06

    Mo

  • 07

    Tu

  • 08

    We

  • 09

    Th

  • 10

    Fr

  • 11

    Sa

  • 12

    Su

  • 13

    Mo

  • 14

    Tu

  • 15

    We

  • 16

    Th

  • 17

    Fr

  • 18

    Sa

  • 19

    Su

  • 20

    Mo

  • 21

    Tu

  • 22

    We

  • Aralıq483 AZN-1789 AZN

    Bakı - Astana aviabiletləri - uçuşunuzu indi planlayın

    Səyahətə başlamaq üçün Bakı - Astana təyyarə biletini alaraq, yerinizi indidən bron edin. Geniş uçuş seçimlərimiz arasından sizə uyğun tarixləri seçin və ən optimal marşrutu tapın. Səyahətinizi planlamağa bu gün başlayın!

    AZN
    keyboard_arrow_down

    *Göstərilən qiymətlər son 48 saat ərzində toplanmışdır və sifariş zamanı artıq mövcud olmaya bilər.

    Astanaya aviabilet sifariş edin

    Astanaya aviabilet sifariş edin

    Astana Qazaxıstanın paytaxtıdır və ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi sayılır. Astana həmçinin hər il bir çox beynəlxalq tədbirlərə və forumlara ev sahibliyi edir. Şəhər həm soyuq qışları, həm də müasir infrastrukturu ilə tanınır. Bakı - Astana biletinizi əldə edərək Qazaxıstana səyahətə başlayın!

    Görməli yerlər

    Astana turistlər üçün ziyarətə dəyər bir çox maraqlı məkan təklif edir. Nur Astana Məscidi Orta Asiyanın üçüncü ən böyük məscidi olaraq memarlıq üslubu ilə ziyarətçiləri heyran edir. Məşhur rus yazıçı Dostoyevskinin sürgün illərində yaşadığı ev indi muzey kimi fəaliyyət göstərir və yazıçının şəxsi əşyaları və əsərləri ilə tanış olmaq mümkündür. Sülh və Barış Sarayı şəhərdə konsertlər və teatr tamaşaları üçün əsas mərkəzdir, burada müxtəlif mədəni tədbirlərə qatılmaq olar. Bayterek Abidəsi 105 metrlik hündürlüyü ilə şəhərin mənzərəsini izləmək imkanı verən bir simvol, Dövlət Opera və Balet Teatrı isə incəsənət tədbirləri ilə Astananın mədəniyyətə bağlılığını əks etdirən bir mərkəzdir. Sadalanan yerləri ziyarət etmək üçün Bakı - Astana biletinizi əldə edin və Astana səyahətinizə başlayın

    İstirahət

    Astana həm müasir, həm də tarixi atmosferi ilə turistlərə geniş istirahət imkanları təklif edir. Şəhərdəki İşim çayı boyunca yerləşən parklar və yürüyüş yolları sakinlər və ziyarətçilər üçün ideal bir istirahət məkanıdır. Burada qayıq turları və ya sahil boyu velosiped sürmək populyardır.Astananın ən məşhur istirahət yerlərindən biri də Khan Shatyr alış-veriş və əyləncə mərkəzidir. İçərisində yerləşən qapalı tropik çimərlik xüsusilə turistlər arasında maraq doğurur. Mədəniyyət həvəskarları üçün Astana Opera və Balet Teatrı var, burada dünya səviyyəli tamaşalar izlənə bilər. Şəhərin ətrafında isə təbiət sevənlər üçün Burabay Milli Parkı kimi təbii istirahət zonaları mövcuddur.

    Təamlar

    Qazaxıstanın milli yeməkləri, ənənəvi olaraq mal, qoyun və at ətindən hazırlanır və bu, şəhərin restoranlarında da öz əksini tapır. Beshbarmak (beşbarmaq) ən məşhur milli yeməklərdən biridir və əsasən əriştə ilə servis edilən ət yeməyidir. Qonaqlar bu yeməyi yerli restoranlarda sınaya bilərlər.Bundan başqa, kazy və kabab kimi məşhur yeməklər də şəhərin hər yerində mövcuddur. Daha geniş mətbəx seçimləri istəyənlər üçün Astana beynəlxalq restoranlarla da zəngindir. İtalyan, yapon, türk və rus mətbəxləri də şəhərdə geniş şəkildə təqdim edilir. Şəhərdə həmçinin yerli bazarlarda və küçə yeməkləri köşklərində müxtəlif Qazax təamlarını dadmaq mümkündür. Turistlər baursak (qızardılmış xəmirdən hazırlanan çörək) və kurt kimi dadlı qəlyanaltıları da sınaya bilərlər.

    Alış-veriş 

    Şəhərdə yerləşən müxtəlif ticarət mərkəzləri və bazarlar turistlərə həm yerli, həm də beynəlxalq brendlərdən alış-veriş etmək imkanı yaradır. Khan Shatyr Ticarət və Əyləncə Mərkəzi futuristik memarlıq üslubu və geniş alış-veriş çeşidləri ilə diqqət çəkir. Mega Silk Way şəhərin digər böyük ticarət mərkəzlərindən biridir və burada həm əcnəbi brendlər, həm də yerli məhsulların satıldığı mağazalar yerləşir. Astanada turistlər üçün unikal hədiyyə və suvenirlər tapmaq mümkündür. Şəhərdəki yerli bazarlar da maraqlı alış-veriş məkanlarıdır. Astana Bazarları xüsusilə yerli mətbəxi tanımaq və təzə qida məhsulları almaq üçün idealdır. Burada yerli yeməklər, ədviyyatlar, eləcə də ənənəvi qazax məhsulları, xüsusilə kurt və kazy kimi milli dadlar tapıla bilər.

    Bakı - Astana aviabileti haqqında tez-tez soruşulan suallar

    Bakıdan Astana şəhərinə birbaşa uçuşun müddəti nə qədərdir?

    Təxminən 3 saat 

    Astana şəhərinə uçmaq üçün niyə Azərbaycan Hava Yollarını seçməliyəm?

    Azərbaycan Hava Yolları Astana şəhərinə etibarlı və komfortlu uçuşlar təklif edir. Donanmamıza Airbus və Boeing kimi müasir və komfortlu təyyarələr daxildir.

    Bakı -  Astana şəhərinə aviabilet qiyməti nə qədərdir? 

    Bakı - Astana aviabileti üçün qiyməti səyahət tarixi və cari tələbatdan asılıdır. Əgər siz endirimli qiymətlə aviabilet əldə etmək istəyirsinizsə, "Xüsusi təkliflər" səhifəmizi izləyin və kampaniyalardan faydalanın.

    Bakıdan Astana şəhərinə birbaşa uçuşlar varmı? 

    Bəli, Azərbaycan Hava Yolları Astanaya birbaşa uçuşlar həyata keçirir.

    Bakı - Astana reysinə neçə kiloqram baqaja icazə verilir?

    Əl yükü: 10 kq-a qədər
    Baqaj: 23 kq-dan 32 kq-a qədər.

    Digər şəhərlərdən uçuşlar