non-working-days-2026.jpg

2026-cı il qeyri-iş günləri

Artıq bir çoxumuz istirahət planlarımızı hazırlamağa başlayırıq. Səyahətlərimizi planlayarkən bizə ən çox kömək edən qeyri-iş günlərini öncədən bilmək və nəzərə almaqdır. Bu bloqda siz 2026-cı ilin bütün qeyri-iş günləri, bayramları və xüsusi günləri haqqında ətraflı məlumat əldə edəcəksiniz. Beləliklə, növbəti il üçün səyahət planlamanızı buna uyğun edə bilərsiniz.

Mündəricat

2026-ci ilin əsas qeyri-iş günləri və bayramları

  • Yeni il – 1-2 yanvar (Cümə axşamı və Cümə): Yeni ilin ilk iki günü ölkədə rəsmi qeyri-iş günləridir.
  • Ümumxalq Hüzn Günü – 20 yanvar (Çərşənbə axşamı): Azərbaycanda 1990-cı ildə baş vermiş “Qanlı Yanvar” hadisəsinin anım günü olduğu üçün qeyri-iş günüdür.
  • Qadınlar Günü – 8 mart (Bazar): Beynəlxalq Qadınlar Günü hər il olduğu kimi 2026-ci ildə də xüsusi gün kimi qeyd olunacaq. Lakin bu tarix bazar gününə düşdüyü üçün 9 mart qeyri-iş günü olaraq müəyyən edilib.
  • Novruz bayramı – 20-24 mart (Cümə - Çərşənbə axşamı): Novruz bayramı yazın gəlişini, təbiətin yenidən oyanmasını simvolizə edir. Bu bayramda 5 gün qeyri-iş günü olacaq.
  • Ramazan bayramı – 20-21 mart (Cümə və Şənbə): Ramazan bayramı bu il 20-21 mart tarixlərində qeyd olunur. Bu müqəddəs bayram insanlar arasında birlik, paylaşmaq və mərhəmət dəyərlərini ön plana çıxarır. Mart ayında olan qeyri-iş günlərinin, Novruz və Ramazan bayramlarının bəzi tarixləri ilə üst-üstə düşdüyü və həftəsonuna təsadüf etdiyi üçün 9, 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü hesab edilir.
  • Qələbə Günü – 9 may (Şənbə): Faşizm üzərində qələbə günü ölkəmizdə hər il qeyd olunur və qeyri-iş günü hesab edilir. Lakin bu tarix həftəsonuna təsadüf etdiyi üçün 11 may tarixi qeyri-iş günü olacaq.
  • Qurban bayramı – 27-28 may (Çərşənbə və Cümə axşamı): Müsəlman dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı iki gün qeyd ediləcək.
  • Respublika Günü – 28 may (Cümə axşamı): Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə bu gün qeyri-iş günü olacaq. May ayında olan Respublika Günü və Qurban bayramı tarixlərinin üst-üstə düşməsi səbəbindən 29 may tarixi də qeyri-iş günü hesab edilir.
  • Milli Qurtuluş Günü – 15 iyun (Bazar ertəsi): Milli Qurtuluş Günü Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını simvolizə edir və qeyri-iş günüdür.
  • Silahlı Qüvvələr Günü – 26 iyun (Cümə): Azərbaycan Silahlı Qüvvələri Günü dövlət bayramı kimi qeyd edilir və qeyri-iş günüdür.
  • Zəfər Günü – 8 Noyabr (Bazar): Zəfər Günü xalqın qəhrəmanlıq və birlik ruhunu vurğulayan xüsusi gündür. Lakin bu tarix həftəsonuna təsadüf etdiyi üçün 10 noyabr tarixi qeyri-iş günü olacaq.
  • Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - 9 noyabr (Bazar ertəsi): Bu gün Azərbaycan xalqı üçün dövlət simvollarının önəmini əks etdirir və qeyri-iş günü hesab edilir.
  • Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – 31 dekabr (Cümə axşamı): İlin son günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə yekunlaşır.
  • İstirahət günlərinin effektiv planlaşdırılması

    2026-cı ilin iş və istirahət günləri təqviminə əsasən, səyahət planları üçün ideal tarixlər müəyyən edilə bilər. 2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Mart ayında olan qeyri-iş günlərinin, həmçinin Novruz və Ramazan bayramlarının bəzi tarixlərinin üst-üstə düşməsi və həftəsonuna təsadüf etməsi səbəbindən 9, 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq. Uzunmüddətli tətil günləri səyahət üçün əlverişli dövrlərdir bu səbəbdən uzun səyahətlərinizi mart ayı üçün planlaya bilərsiniz.

    Səyahət üçün fürsət!

    Qeyri-iş günləri üçün öncədən planlama edərək həm ölkədaxili, həm də beynəlxalq səfərlərinizi asanlıqla təşkil edə bilərsiniz. Azərbaycan Hava Yolları səyahət günlərinizi unudulmaz etmək üçün dünyanın müxtəlif istiqamətlərinə rahat uçuşlar təqdim edir. 2026-cı ildə olan qeyri-iş günlərinə uyğun səyahətlərinizi planlayaraq, yaxınlarınızla birlikdə unudulmaz xatirələrlə dolu günlər keçirin!

    Müəllif

    Frame_48099159 (5).png

    Azərbaycan Hava Yolları

    Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

    Oxşar məqalələr

    • may-ayi-qeyri-is-gunleri.png

      2026-cı il may ayının qeyri-iş günləri

      2026-cı ilin may ayı üzrə qeyri-iş günləri, bayramlar və istirahət günləri haqqında ətraflı məlumat üçün bloqa keçid edin.

      Daha çox
    • İyun.png

      2026-cı ilin iyun ayında olan qeyri-iş günləri və tətillər

      2026-cı ilin iyun ayında sizi gözləyən qeyri-iş günləri və tətilləri haqqında ətraflı məlumat üçün bloqa keçid edin.

      Daha çox
    • sengen.png

      Şengen vizası necə almaq olar?

      Bu yazıda Şengen vizası üçün müraciət etməzdən əvvəl nəzərə almalı olduğunuz əsas məqamları və hazırlamalı olduğunuz sənədlərin siyahısını sizə təqdim edəcəyik.

      Daha çox
    • vizasizolkeler.png

      Viza tələb etməyən ölkələrin siyahısı

      Azərbaycan Hava Yolları (AZAL) səyahət etmək istəyənlər üçün müxtəlif maraqlı və viza tələb etməyən istiqamətlər təklif edir

      Daha çox
    • Blog-2-Background.jpg

      Viza nədir?

      Viza nədir, hansı növləri var, necə alınır və hansı hallarda tələb olunur? Elektron viza, turizm və Şengen vizası və viza haqqında digər detallar.

      Daha çox