
Viza tələb etməyən ölkələrin siyahısı
Azərbaycan Hava Yolları (AZAL) səyahət sevənlər üçün Azərbaycandan viza tələb etməyən ölkələr haqqında məlumatı təqdim edir. Bu bloqda vizasız səyahət edə biləcəyiniz ölkələrdən bəhs edəcəyik. Hazırlanmış siyahı Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi, mədəniyyəti, tarixi və təbii gözəllikləri ilə zəngin olan ölkələri əhatə edir.
Qeyd: Gələcəkdə bu ölkələrə səyahətlə bağlı viza qaydalarında dəyişikliklər ola bilər. Son dəyişikliklərlə bağlı isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytına nəzər yetirə bilərsiniz. Məlumatlar sonuncu dəfə 21 may 2026-cı ildə yenilənib.
Mündəricat
Avropada viza tələb etməyən ölkələr
Azərbaycan vətəndaşları Avropanın bəzi ölkələrinə vizasız səyahət edə bilərlər, bu da qitənin müxtəlif mədəniyyətlərini, tarixini və mənzərələrini kəşf etməyi asanlaşdırır.
Serbiya
Serbiya Balkan regionunun mədəni və tarixi mərkəzlərindən biridir. Ölkə əsasən Belqradın dinamik həyatı, tarixi qalaları və Dunay çayı sahili ilə tanınır. Orta əsr qalaları, Avropa ilə Şərqin qarışığı olan mədəniyyəti Serbiyanı turistlər üçün cəlbedici edir.

Belarus
Belarus əsasən geniş yaşıl parkları, sovet memarlığı və sakit mühiti ilə tanınır. Paytaxt Minsk həm də müasir və tarixi abidələrin paytaxtıdır. Ölkə həm də təmiz təbiəti və böyük meşəlik əraziləri ilə seçilir.

Moldova
Moldova xüsusilə üzüm bağları ilə məşhurdur. Burada yerləşən Kişinyov şəhəri parkları, tarixi binaları və sakit atmosferi ilə fərqlənir.

Albaniya
Albaniya təmiz Adriatik və İon dənizi sahilləri, çimərlikləri və gözəl şəhər strukturu ilə fərqlənir. Son illərdə Avropada sürətlə məşhurlaşan istirahət üçün seçilən istiqamətlərdən biridir.

Bosniya və Herseqovina
Bu ölkə Osmanlı və Avropa mədəniyyətinin qarışığı, tarixi Sarayevo şəhəri və körpüləri ilə tanınır. Həm təbiət, həm də tarix sevənlər üçün ideal istiqamətdir.

Vizasız səyahət edə biləcəyiniz Asiya ölkələri
Vizasız səyahət edə biləcəyiniz Asiya ölkələrində qədim məbədlərdən və canlı bazarlardan tutmuş, təmiz çimərliklər və yaşıllıqlarla örtülmüş mənzərələrə qədər müxtəlif təcrübələr əldə edəcəksiniz.
Qazaxıstan
Qazaxıstan geniş çölləri, müasir Astana şəhəri və Almatının dağ mənzərələri ilə tanınır. Ölkə həm təbiət, həm də müasir şəhər həyatı ilə fərqlənir.

Qırğızıstan
Qırğızıstan, dağları və gölləri ilə məşhur olan bir ölkədir. Bişkek şəhəri, mədəni və tarixi zənginliyi ilə seçilir.

Özbəkistan
Özbəkistan, qədim İpək Yolu üzərində yerləşən tarixi bir ölkədir. Buxara, Səmərqənd və Xivə kimi şəhərlərdə qədim məscidlər, mədrəsələr və bazarlar sizi gözləyir. Özünəməxsus ənənələri və tarixi məkanları ilə Özbəkistan da viza tələb etməyən ölkələr sırasında yerini alır.

Tacikistan
Mərkəzi Asiyanın ən dağlıq dövlətlərindən biri olan Tacikistanda ərazinin böyük hissəsini Pamir və Tyan-Şan dağları əhatə edir. Ölkənin mədəniyyəti isə qədim İpək Yolu izlərini daşıyan, ənənəvi həyat tərzi və qonaqpərvərliyi ilə seçilir.

Çin
Bu ölkə Böyük Çin Səddi, qədim sivilizasiyası və müasir şəhərləri (Pekin, Şanxay) ilə tanınır. Dünya iqtisadiyyatının və mədəniyyətinin ən böyük mərkəzlərindən biridir. Çin qədim imperiyalar dövründən formalaşan zəngin mədəni irsə, fəlsəfə və ənənələrə sahibdir.

Malayziya
Ölkə Asiyanın ən inkişaf etmiş istiqamətlərindən biri hesab olunur. Malayziya həm müasir şəhər həyatı, həm də zəngin təbiəti bir arada təqdim edir. Kuala Lumpur kimi şəhərlərdə göydələnlər və müasir memarlıq ön planda olduğu halda, digər bölgələrdə sıx tropik meşələr, çimərliklər və adalar yerləşir.

Maldiv Respublikası
Maldiv ağ qumlu adalar, firuzəyi okean və möhtəşəm suüstü villaları ilə məşhurdur. Dünyanın ən romantik və gözəl istiqamətlərindən biridir. Zəngin sualtı dünyası və mərcan rifləri Maldivləri təbiət həvəskarları üçün unikal məkana çevirir.

Qonşu ölkələr
Yaxın məsafələrə uçmaq və gəzmək üçün qonşu ölkələrə üz tuta bilərsiniz. Bu ölkələrə səyahət üçün viza tələb olunmur.
Gürcüstan
Gürcüstan, Azərbaycan ilə sərhəddə yerləşir və Azərbaycan vətəndaşları üçün vizasız səyahət imkanları təqdim edir. Tbilisi qədim tarixi və rəngarəng mədəniyyəti ilə məşhurdur. Batumidə isə Qara dənizin sahilində gözəl bir yay tətili keçirə bilərsiniz. Bakıdan Tbilisiyə və Batumiyə birbaşa uçuşlar mövcuddur.

Rusiya
Rusiya, nəhəng ərazisi və zəngin mədəniyyəti ilə diqqət çəkir. Moskva və Sankt-Peterburq kimi şəhərlərdə tarixi abidələr, muzeylər və gözəl parklar sizi gözləyir. Azərbaycan və Rusiya arasında vizasız rejim mövcud olduğundan, Rusiyanın müxtəlif şəhərlərinə rahatlıqla səyahət edə bilərsiniz.

Türkiyə
Türkiyə, Azərbaycan vətəndaşları üçün ən sevilən səyahət məkanlarından biridir. Qardaş ölkə olan Türkiyə, mədəniyyət, tarix və təbiət gözəllikləri ilə zəngindir. İstanbulun tarixi yerləri, Antalyanın gözəl çimərlikləri və Kapadokyanın möhtəşəm mənzərələri sizi valeh edəcək. Bakından İstanbula və digər şəhərlərə asanlıqla uçuşlar tapa bilərsiniz.

Yaxın Şərq ölkələri
Qətər
Qətər futuristik Doha şəhəri, lüks həyat tərzi və müasir memarlığı ilə tanınır. Eyni zamanda ən sürətlə inkişaf edən Körfəz ölkələrindən biridir. Doha şəhərində yerləşən göydələnlər, müasir infrastruktur və muzeylər şəhərin həm mədəni, həm də simasını formalaşdırır.

Birləşmiş Ərəb Əmirlikləri
Dubayda yerləşən göydələnlər, süni adalar və böyük ticarət mərkəzləri müasir şəhər həyatını simvolizə edir. Şeyx Zayed Böyük Məscidi kimi memarlıq incisi və Louvre Abu Dhabi kimi dünya səviyyəli muzeylər şəhərin həm ənənəvi, həm də müasir kimliyini formalaşdırır. Ümumilikdə ölkə iqtisadiyyatı, mühiti, yüksək standartları və strukturu ilə həm istirahət, həm də işgüzar səfərlər üçün dünyanın ən cəlbedici istiqamətlərindən biri hesab olunur.

İran
İran qədim Persiya sivilizasiyasının davamçısı kimi zəngin tarixə, dərin mədəni irsə və dünyaca məşhur memarlıq nümunələrinə sahib ölkədir. İsfahan və Şiraz kimi şəhərlər İranın tarixi və mədəni kimliyinin ən parlaq nümunələri sayılır. Zəngin xalçaçılıq sənəti, miniatür rəssamlıq və ənənəvi sənətkarlıq İranın mədəni dəyərini daha da gücləndirir və onu dünyanın ən qədim və dərin mədəniyyətlərindən birinə çevirir.

Livan
Livan Beyrutun canlı şəhər həyatı, Aralıq dənizi sahili və özünəməxsus şəhər strukturu ilə tanınır. Ölkənin multikultural mühiti, müxtəlif dini və etnik icmaların bir arada yaşaması Livanı həm mədəni, həm də sosial baxımdan çoxşaxəli və unikal bir səyahət məkanına çevirir.

Afrika ölkəsi
Mərakeş
Mərakeş rəngli bazarlar, Sahara səhrası və qədim Marrakeş şəhəri ilə tanınır. Afrika və ərəb mədəniyyətinin qarışığı olan unikal bir ölkədir. Marrakeş, Fes və Rabat kimi şəhərlərin dar küçələri, ənənəvi memarlığı və canlı bazarları ilə səyahətçilərinə həm tarixi, həm də müasir həyat tərzini hiss etdirir.

Vizasız ölkələrə səyahətinizi planlayın!
Azərbaycan vətəndaşları üçün vizasız səyahət imkanları genişdir və bu istiqamətlərin bir hissəsinə Azərbaycan Hava Yolları tərəfindən müntəzəm uçuşlar həyata keçirilir.
AZAL ilə vizasız istiqamətlərə səyahət üçün uçuş cədvəlimizi nəzərdən keçirərək biletinizi indi əldə edin və səyahətinizi planlaşdırın!
