sengen.png

Şengen vizası necə almaq olar?

Avropanın müxtəlif mədəniyyətlərini, tarixi abidələrini və təbii gözəlliklərini kəşf etmək istəyən hər bir səyahətçi üçün Şengen vizası əvəzolunmazdır. Ancaq Şengen vizasını əldə etmək üçün müraciət prosesi və tələb olunan sənədlər barədə ətraflı məlumata sahib olmaq vacibdir. Bu yazıda Şengen ölkələri və Şengen vizası üçün müraciət etməzdən əvvəl nəzərə almalı olduğunuz əsas məqamları və hazırlamalı olduğunuz sənədlərin siyahısını sizə təqdim edəcəyik.

Əgər viza prosedurları ilə ilk dəfə qarşılaşırsınızsa, əvvəlcə Viza nədir? bələdçimizlə tanış olmağınızı tövsiyə edirik.

Mündəricat

Şengen vizası nədir?

Şengen vizası Avropanın 29 ölkəsi arasında sərbəst hərəkət etmək üçün tələb olunan bir səyahət icazəsidir. Bu viza sahibləri vizanın etibarlılıq müddəti ərzində Şengen ölkələrinə birbaşa və ya dolaylı olaraq giriş edə bilərlər. Şengen zonası Avropanın müxtəlif bölgələrində yerləşən ölkələri əhatə edir və bir çox səyahətçilər üçün Avropa qitəsini kəşf etmə imkanı yaradır.

Schengen_Vizası_nədir.jpg

Birbaşa uçuşla səyahət edə biləcəyiniz Şengen ölkələri

Azərbaycan Hava Yolları ilə Şengen zonasına birbaşa uçuşlar təklif edən bir çox ölkə mövcuddur. Bu birbaşa uçuşlar səyahətinizi daha rahat və vaxt qənaətli edir, sizi seçdiyiniz Avropa şəhərlərinə tez bir zamanda çatdırır. Həm turizm, həm də işgüzar səfərlər üçün ideal olan bu uçuşlarla Şengen vizası ilə daxil ola biləcəyiniz bir çox maraqlı və tarixi yerləri ziyarət etmək mümkündür. Azərbaycan Hava Yollarının uçduğu Şərqi, Mərkəzi və Qərbi Avropadakı Şengen ölkələri:



Şərqi Avropa

  • Polşa
  • Çexiya
  • Macarıstan

  • Mərkəzi Avropa

  • Almaniya
  • Avstriya
  • İsveçrə

  • Qərbi Avropa

  • Fransa

  • İtaliya
  • İspaniya
  • Niderland

  • Şengen vizalarının növləri

    Hər bir səyahətçinin ehtiyacları fərqlidir və buna görə də Şengen vizaları müxtəlif növlərə bölünür. Bu növlər səyahətinizin məqsədindən, müddətindən və vizanın istifadə ediləcəyi xüsusi şəraitdən asılı olaraq dəyişir.

    Schengen_visasının_növləri.jpg

    Qısamüddətli vizalar (C kateqoriyası)

    C kateqoriyalı Şengen vizası ən geniş yayılmış viza növüdür və əsasən turizm, işgüzar səfərlər və ailə ziyarətləri üçün nəzərdə tutulmuşdur. Bu viza ilə səyahətçilərə Şengen zonasında 180 gün ərzində maksimum 90 gün qalmaq imkanı verilir

    Tranzit vizası (A və B kateqoriyaları)

    Tranzit vizaları Şengen zonasında yalnız keçid üçün nəzərdə tutulmuş xüsusi vizalardır və iki əsas kateqoriyaya bölünür:

    A kateqoriyalı viza (Hava limanı tranzit vizası): Bu viza yalnız beynəlxalq hava limanlarında tranzit zonasında qalmaq üçün verilir. Bu vizaya sahib olan şəxslər Şengen zonasına daxil olmadan və sərhədi keçmədən bir Şengen ölkəsinin hava limanından başqa bir ölkəyə uçuşlarını gözləyə bilərlər. A kateqoriyalı viza Şengen zonasına daxil olmaq hüququ vermir və yalnız hava limanının tranzit zonasından kənara çıxmamağı tələb edir.

    B kateqoriyalı viza (Quru yolu ilə tranzit viza): Bu viza Şengen zonasından keçməklə başqa bir ölkəyə gedən səyahətçilər üçün nəzərdə tutulmuşdur. B kateqoriyalı viza ilə səyahətçilər Şengen zonasından avtomobil, qatar və ya avtobus vasitəsilə keçə bilərlər.

    Uzunmüddətli vizalar (D kateqoriyası)

    D kateqoriyalı Şengen vizası uzunmüddətli səyahət və ya yaşayış məqsədləri üçün verilir. Bu viza növü Şengen zonasında altı aydan artıq qalmaq istəyənlər üçün nəzərdə tutulmuşdur və səyahətçilərə həmin ölkədə yaşamaq, işləmək və ya təhsil almaq imkanı yaradır. Bu viza növü ilə digər Şengen ölkələrinə də səyahət etmək mümkündür, lakin əsas yaşayış yerinin vizanı verən ölkə olması tələb olunur.

    Şengen vizası üçün tələb olunan sənədlər

    Şengen vizasına müraciət etmək diqqət və dəqiqlik tələb edən bir prosesdir. Müraciət edən şəxsin səyahət məqsədini və maliyyə vəziyyətini aydın şəkildə göstərən müəyyən sənədləri təqdim etməsi vacibdir. Doğru və tam sənədlərin təqdim edilməsi viza müraciətinizin uğurla təsdiqlənməsinin əsas şərtlərindən biridir.

    Schengen_visanı_üçün_sənədlər.jpg

    Əsas sənədlər

    Şengen vizasına müraciət etməzdən əvvəl bu sənədləri topladığınıza əmin olun.

  • Düzgün doldurulmuş və imzalanmış viza ərizə forması
  • Etibarlı pasport (ən azı iki boş səhifə ilə)
  • Son 6 ay ərzində çəkilmiş iki ədəd biometrik şəkil
  • Səyahət tibbi sığortası
  • Bilet rezervasiyası
  • Otel rezervasiyaları və ya səyahət zamanı qalacağınız ünvanların siyahısı

  • Yetkinlik yaşına çatmayanlar üçün lazım olan əlavə sənədlər

  • Doğum haqqında şəhadətnamənin əsli və surəti
  • Şengen ölkələrinə səyahət etmək üçün valideyn və ya hüquqi qəyyumdan notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin əsli və surəti ( Son 6 aydan ərzində hazırlanmış olmalıdır)
  • Valideyn və ya hüquqi qəyyumun pasportunun surəti
  • Valideyn və ya hüquqi qəyyumun vizasının surəti
  • Səyahət məqsədindən asılı olaraq bəzi əlavə sənədlər də tələb oluna bilər.

  • Bank hesabından son 3 ay üzrə çıxarışlar, büdcədə səyahət zamanı xərclənəcək məbləğin miqdarı ilə bağlı arayış, müntəzəm gəlirin olmasının sübut edən sənəd (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
  • Əgər işgüzar səfərlə bağlı viza lazımdırsa, işgüzar əlaqəni göstərən rəsmi sənəd gərəklidir. (şirkət məktubu)
  • Məşğulluq sənədi (iş yerindən arayış)
  • Əgər təhsil ilə əlaqəlidirsə tələbə bileti, universitetdən arayış və ya təhsil müəssisəsindən təsdiq məktubu lazımdır.
  • Sahibkarlıq sənədi (VÖEN, vergi hesabatı və s.)
  • Şengen vizası üçün necə müraciət etmək olar?

    Şengen vizasına müraciət etmək üçün əvvəlcə səyahət etməyi planlaşdırdığınız əsas Şengen ölkəsini müəyyən etməlisiniz. Daha sonra həmin ölkənin Azərbaycandakı səfirliyinə və ya viza mərkəzinə müraciət edə bilərsiniz.

    Schengen_visasına_necə_müraciət_edək.jpg

    Şengen vizasının alınması mərhələləri

    Müraciət prosesində aşağıdakı addımları izləməyi tövsiyə edirik. Qeyd edək ki, bu mərhələləri keçdikdən sonra visa almaq imkanına sahib olacaqsınız.


  • Sənədlərin hazırlanması: Yuxarıda sadalanan sənədləri tam və düzgün şəkildə hazırlayın.
  • Viza üçün görüş: Onlayn və ya telefon vasitəsilə səfirlikdən və ya viza mərkəzindən görüş alın.
  • Viza haqqının ödənilməsi: Müraciət prosesinə görə ödəniş edin. Bu məbləğ ölkəyə və vizanın növünə görə dəyişə bilər.
  • Müsahibə: Əgər tələb olunarsa, səfirlikdə müsahibəyə qatılın və əlavə suallara cavab verin.
  • Nəticənin gözlənilməsi: Müraciətiniz qəbul edildikdən sonra vizanın təsdiqlənməsini gözləyin və pasportunuzu səfirlikdən götürün.

  • Bu addımları izləməklə Şengen vizasını uğurla əldə edə bilərsiniz və Avropanın gözəl şəhərlərini rahatlıqla gəzə bilərsiniz.

    Müəllif

    Frame_48099159 (1).png

    Azərbaycan Hava Yolları

    Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

    Oxşar məqalələr

    • vizasizolkeler.png

      Viza tələb etməyən ölkələrin siyahısı

      Azərbaycan Hava Yolları (AZAL) səyahət etmək istəyənlər üçün müxtəlif maraqlı və viza tələb etməyən istiqamətlər təklif edir

      Daha çox
    • almaniyaya-viza-prosesi-ilə-bağlı-ümumi-foto.jpg

      Almaniyaya səyahət üçün hansı viza lazımdır?

      Almaniyaya viza almaq çətindir? Tələb olunan sənədlər, şengen vizası, ümumi proses haqqında məlumat və faydalı tövsiyələr üçün bloqa keçid edin.

      Daha çox
    • Italya-viza.jpg

      İtaliya vizasını necə almaq olar?

      Bu bloqda İtaliya vizasının növləri, viza növləri arasındakı fərqlər və müraciət prosesi ilə əlaqəli məlumatlar əldə edəcəksiniz.

      Daha çox
    • bg.jpg

      Çexiyaya viza almaq asandır?

      Çexiyaya viza almaq üçün bilməli olduğunuz məqamlar, tələb olunan sənədlər, viza növləri və ümumi proses haqqında ətraflı məlumat üçün bloqa keçid edin.

      Daha çox
    • fransa.jpg

      Fransaya vizanı necə almaq olar?

      Fransaya viza almaq qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında ətraflı məlumat üçün bloqa keçid edin.

      Daha çox