
2026-cı il may ayının qeyri-iş günləri
2026-cı ilin may ayı bizə yeni şəhərlər kəşf etmək üçün mükəmməl fürsətlər təqdim edir. Gəlin, bu ayın təqviminə nəzər salaq və tətil günlərinizi necə səmərəli keçirə biləcəyinizi müəyyənləşdirək. Bu ilin may ayında həm bayramlar, həm də ardıcıl istirahət günləri üst-üstə düşərək uzun tətillər yaradır.
Mündəricat
Qələbə Günü
9 may ölkəmizdə Faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Qələbə Günü bu il şənbə gününə təsadüf etdiyi üçün, 11 may (bazar ertəsi) tarixi də qeyri-iş günü hesab olunur. Bu isə o deməkdir ki, sizi 3 günlük (9, 10 və 11 may) bütöv bir həftəsonu tətili gözləyir. Bu period qısa səyahətlər planlamaq üçün əlverişli dövrdür.
Qurban bayramı və Müstəqillik Günü
Qurban bayramı 27 və 28 may tarixlərində, Müstəqillik Günü isə 28 may tarixində qeyd olunur. Bayram günlərinin üst-üstə düşməsi səbəbindən 29 may tarixi də qeyri-iş günü hesab edilir. Beləliklə, may ayının sonundakı bayramlar həftəsonu ilə birlikdə 27,28,29,30 və 31 may tarixlərini əhatə edən 5 günlük ardıcıl istirahət imkanı yaradır. May ayının uzun istirahət günlərini səyahətlə dəyərləndirmək üçün planlarınızı indidən qurun və biletinizi əldə edin. Azərbaycan Hava Yolları ilə yeni istiqamətlər kəşf edərək istirahət günlərinizi yaddaqalan xatirələrə çevirin.
Səyahət üçün fürsət!
Qeyri-iş günləri üçün öncədən planlama edərək həm ölkədaxili, həm də beynəlxalq səfərlərinizi asanlıqla təşkil edə bilərsiniz. Azərbaycan Hava Yolları səyahət günlərinizi unudulmaz etmək üçün dünyanın müxtəlif istiqamətlərinə rahat uçuşlar təqdim edir. 2026-cı ilin may ayında olan qeyri-iş günlərinə uyğun səyahətlərinizi planlayaraq, yaxınlarınızla birlikdə unudulmaz xatirələrlə dolu günlər keçirin!
