Blog-2-Background.jpg

Viza nədir?

Viza, bir dövlətin xarici ölkə vətəndaşına öz ərazisinə giriş, çıxış və ya müəyyən müddət qalmaq üçün verdiyi rəsmi icazədir. Hər ölkənin viza siyasəti fərqlidir və bu siyasət səyahətin məqsədindən, qalma müddətindən və ölkəyə gəlmək istəyənlərin vətəndaşlığından asılı olaraq dəyişir. Turist olaraq səfər, işgüzar səfər, təhsil, ailə birləşməsi və ya uzunmüddətli yaşayış üçün fərqli viza növləri mövcuddur. Vizanın alınması, vizanın növləri, hansı sənədlərin tələb olunması və hansı hallarda vizaya rədd cavabının gələ biləcəyi haqqında məlumatları bloqdan əldə edə bilərsiniz.

Mündəricat

Viza hansı hallarda tələb olunur?

Viza xarici ölkənin səfirliyi və ya konsulluğu tərəfindən verilən rəsmi icazə sənədidir. Bu icazə pasporta möhür, stiker və ya elektron formatda təqdim edilə bilər. Ölkələr üzrə viza siyasəti dəyişir. Bəzi ölkələr Azərbaycan vətəndaşlarına vizasız rejim təqdim edir, digərləri isə əvvəlcədən elektron viza və ya klassik konsulluq vizası tələb edir. Səyahət etməzdən əvvəl gedəcəyiniz ölkənin viza qaydalarına yenidən baxmaq vacibdir, çünki qaydalar dəyişə bilər. Bu dəyişiklik isə sizin düzgün olmayan məlumatla yanlış səyahət planı qurmağınıza səbəb olacaq. Adətən aşağıdakı səbəblər üçün viza tələb olunur: İşgüzar, Elm, Təhsil, Əmək, Turizm, Mədəniyyət, İdman, Humanitar, Müalicə və Şəxsi səfər

Viza hansı məqsədlər üçün verilir?

Viza müraciəti zamanı səfərin məqsədi əsas rol oynayır. Turist olaraq viza istirahət və qısa müddətli səyahət üçün nəzərdə tutulur. İş vizası xarici şirkətdə işləmək üçün tələb olunur. Təhsil vizası isə universitet və ya hərhansı kurs proqramlarında oxumaq məqsədilə verilir. Hər bir viza növü üçün toplanacaq sənədlər və baxılma müddəti fərqlidir. Səfər məqsədini düzgün göstərməmək vizaya rədd cavabı gəlməsinə səbəb ola bilər.

Bütün ölkələr viza tələb edir?

Azərbaycan vətəndaşları bəzi ölkələrə vizasız səyahət edə bilirlər. Lakin Avropa ölkələrinin böyük əksəriyyəti üçün əvvəlcədən viza almaq tələb olunur. Xüsusilə Şengen ölkələrinə daxil olan dövlətlər üçün Şengen vizası lazımdır. Buna görə səyahət planlaşdırarkən həm viza tələb etməyən, həm də tələb edən ölkələri əvvəlcədən araşdırmaq vacibdir.

Şengen ərazisi nədir və viza rejimi necə işləyir?

Şengen zonası Avropada sərhədsiz hərəkəti təmin edən ölkələr birliyidir. Şengen vizası ilə bu əraziyə daxil olan ölkələrə səyahət etmək mümkündür. Lakin əgər səyahət üçün Şengen vizası alırsınızsa sizə 180 gün ərzində maksimum 90 gün qalmaq icazəsi verilir. Bu qaydanın pozulması gələcək viza müraciətlərinə mənfi təsir göstərə bilər. Şengen vizası haqqında daha ətraflı məlumat üçün öncədən yazdığımız bloqumuza keçid edə bilərsiniz.

Blog-1-photo-2.jpg

Viza növləri

Viza növləri səfərin məqsədi və müddətinə görə dəyişir. Doğru viza növünü seçmək uğurlu müraciətin əsas şərtidir.

Elektron viza (e-viza) nədir və üstünlükləri nələrdir?

Elektron viza onlayn platforma üzərindən müraciət edilən və elektron formada təqdim olunan icazədir. E-viza üçün səfirliyə getmək tələb olunmur. Müraciət forması doldurulur, ödəniş edilir və təsdiq e-poçt vasitəsilə göndərilir. Bu sistem xüsusilə qısamüddətli turist olaraq edəcəyiniz səfərlər üçün rahatdır və vaxt baxımından daha sərfəlidir.

ASAN Viza nədir?

"ASAN Viza" Azərbaycana səfər etmək istəyən əcnəbilər üçün nəzərdə tutulan rəqəmsallaşmış viza növüdür. "ASAN Viza" sistemi vasitəsilə müraciətlər ASAN Xidmət tərəfindən idarə olunur və cəmi 3 iş günü ərzində yekunlaşır. Yəni cəmi 3 iş günü ərzində 30 günədək qalma imkanı verən birdəfəlik və ya 90 günədək etibarlı olan çoxdəfəlik elektron vizanı asanlıqla əldə etmək mümkündür. Bu viza növü haqqında ətraflı məlumat üçün ASAN Viza ilə bağlı yazdığımız bloqa keçid edə bilərsiniz.

Turizm vizası isə ölkədə nə qədər qalmaq olar?

Turizm vizası adətən qısamüddətli olur və 15 gündən 90 günədək qalmaq imkanı verir. Bu viza ilə işləmək hüququ yoxdur. Otel rezervasiyası, aviabilet bronu və maliyyə təminatı turist vizası üçün əsas sənədlərdir.

Milli viza kimlər üçün nəzərdə tutulur?

Milli viza (D kateqoriya) uzunmüddətli qalmaq istəyən şəxslər üçün verilir. Bu, təhsil, iş və ya daimi yaşayış məqsədli ola bilər. Milli viza daha geniş sənəd paketi və bəzən müsahibə tələb edir. Hər ölkə üçün milli vizanın tələb etdiyi sənədlər siyahısı fərqli ola bilər. Bu səbəbdən gediləcək ölkə dəqiqləşdirildikdən sonra viza üçün sənədlər siyahısını öyrənmək lazımdır.

Onlayn və konsulluq müraciəti arasındakı fərq

Elektron viza üçün müraciət tam onlayn aparılır. Konsulluqdan viza almaq üçün görüş təyin edilir. Konsulluqdan almaq üçün sənədlər fiziki şəkildə təqdim edilir və bəzən müsahibə keçirilir. Konsulluq prosesi daha uzun çəkə bilər.

Viza rüsumu və baxılma müddəti

Viza rüsumu ölkəyə görə dəyişir. Şengen vizası üçün adətən standart rüsum tətbiq olunur. Baxılma müddəti isə 5 iş günündən bir neçə həftəyədək dəyişə bilər. Mövsümi sıxlıq müddətə təsir göstərə bilər.

Viza alarkən ən çox edilən səhvlər

Viza rəddinin əsas səbəbləri adətən sadə, amma kritik səhvlərdən qaynaqlanır. Bunlara natamam toplanmış sənədlər, maliyyə sübutunun yetərsiz olması, yanlış viza növünün seçilməsi və saxta rezervasiyalar daxildir. Belə səhvlər yalnız həmin müraciəti uğursuz etməklə qalmır, gələcək viza müraciətlərinizə də mənfi təsir göstərə bilər. Bu səbəbdən öncədən bütün prosesi diqqətlə aparmaq lazımdır.

İtaliya və Almaniya vizası haqqında ətraflı məlumat

Avropaya səyahət planlayanlar üçün ən çox müraciət edilən ölkələr arasında İtaliya və Almaniya yer alır. Hər iki ölkə Şengen zonasına daxildir və Şengen vizası tələb edir. Sənədlər siyahısı, görüş prosesi və maliyyə tələbləri ilə bağlı ətraflı məlumatları Almaniyaya vizaİtaliyaya viza bloqlarımızdan əldə edə bilərsiniz. Səfərinizi planlamazdan əvvəl həmin bloqları oxumaq prosesi düzgün aparmağınıza kömək edəcək.

Xülasə

Viza nədir və nə üçün lazımdır sualının cavabını bilmək səyahətinizi daha təhlükəsiz və planlı etməyə kömək edir. Doğru viza növünü seçmək, sənədləri düzgün hazırlamaq və müraciət qaydalarına əməl etmək uğurlu nəticənin əsas şərtidir. Səyahətə çıxmazdan əvvəl viza tələblərini araşdırmaq vaxt və maliyyə itkisinin qarşısını alır. Vizanızı əldə etdikdən sonra AZAL ilə onlayn formada biletlərinizi əldə edə və səyahətinizi çox rahat formada planlaşdıra bilərsiniz.

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • sengen.png

    Şengen vizası necə almaq olar?

    Bu yazıda Şengen vizası üçün müraciət etməzdən əvvəl nəzərə almalı olduğunuz əsas məqamları və hazırlamalı olduğunuz sənədlərin siyahısını sizə təqdim edəcəyik.

    Daha çox
  • almaniyaya-viza-prosesi-ilə-bağlı-ümumi-foto.jpg

    Almaniyaya səyahət üçün hansı viza lazımdır?

    Almaniyaya viza almaq çətindir? Tələb olunan sənədlər, şengen vizası, ümumi proses haqqında məlumat və faydalı tövsiyələr üçün bloqa keçid edin.

    Daha çox
  • Italya-viza.jpg

    İtaliya vizasını necə almaq olar?

    Bu bloqda İtaliya vizasının növləri, viza növləri arasındakı fərqlər və müraciət prosesi ilə əlaqəli məlumatlar əldə edəcəksiniz.

    Daha çox
  • vizasizolkeler.png

    Viza tələb etməyən ölkələrin siyahısı

    Azərbaycan Hava Yolları (AZAL) səyahət etmək istəyənlər üçün müxtəlif maraqlı və viza tələb etməyən istiqamətlər təklif edir

    Daha çox
  • asan-viza-3.jpg

    ASAN Viza sistemi nədir?

    ASAN Viza sistemi ilə Azərbaycan vizasını onlayn əldə etmək çox asandır. Ətraflı məlumat üçün bloqa keçid edin.

    Daha çox