
Ramazan və Qurban bayramı 2026
Ramazan Bayramı və Qurban Bayramı, İslam dünyasında ən mühüm dini bayramlardır və Azərbaycanda da qeyd olunur. Bu bayramlar müsəlmanlar üçün yalnız dini ibadət və mənəvi təmizlənmə deyil, həm də ailə ilə birlikdə vaxt keçirmək, səyahət etmək və sosial yardımlaşma üçün xüsusi fürsət yaradır. Azərbaycanda Ramazan və Qurban Bayramı rəsmi tətil elan edilir və ölkə daxilində, eləcə də xaricə səyahət üçün ideal fürsət olur. Bu yazımızda 2026-ci ildə Ramazan və Qurban Bayramlarının tarixi, onların Azərbaycandakı ənənələri və bu tətil günlərində edə biləcəyiniz səyahət planları haqqında ətraflı məlumat təqdim edirik.
Mündəricat
Ramazan Bayramı nə vaxtdır?
Ramazan bayramı – 20-21 mart (Cümə və Şənbə): Ramazan bayramı bu il 20-21 mart tarixlərində qeyd olunur. Bu müqəddəs bayram insanlar arasında birlik, paylaşmaq və mərhəmət dəyərlərini ön plana çıxarır.
Ramazan Bayramı bir ay davam edən oruc ibadətinin tamamlanmasını simvolizə edir və bu dövrdə müsəlmanlar oruc tutaraq, dua edərək və xeyriyyə işləri görərək mənəvi təmizlənməyə çalışırlar. Bayram günü insanlar məscidlərə gedərək bayram namazı qılır, qohumlarını və dostlarını ziyarət edir, ehtiyacı olanlara kömək edir və birlikdə süfrə arxasında bayramı qeyd edirlər.
Qurban bayramı Azərbaycanda nə vaxtdır?
2026-ci ildə Qurban bayramı 27-28 may tarixlərində qeyd olunacaq. Azərbaycanda Qurban bayramı islam ənənələrinə uyğun olaraq qeyd edilir və bu müddət ərzində insanlar məscidlərdə ibadət edir, qurban kəsərək ehtiyacı olanlara yardım edirlər. Həmçinin, Qurban Bayramı müddətində Azərbaycanda bir sıra xeyriyyə tədbirləri, dini mərasimlər və ailəvi bayramlaşmalar təşkil olunur. Bu bayramın əsas mahiyyəti yardımlaşma, paylaşma və birlik ruhunu yaşatmaqdır.
Bayram tətilində xaricə səyahət planları
Bayram günlərində Azərbaycandan xaricə səyahət edənlərin sayı da artır. Əgər beynəlxalq səyahət düşünürsünüzsə, aşağıdakı istiqamətlər maraqlı seçimlər ola bilər:
Tbilisi və Batumi (Gürcüstan)
Səfər müddəti: 2-4 gün Uçuş müddəti: Bakıdan Tbilisiyə təxminən 1 saat
Gürcüstan Azərbaycanlı turistlər üçün viza tələb etməyən və qısa müddətli istirahət üçün əlverişli ölkələrdən biridir.
Tbilisidə tarixi küçələri, Narikala qalası və məşhur kükürd hamamlarını ziyarət edə bilərsiniz.Tbilisi restoranlarında məşhur gürcü mətbəxi ləzzətlərini dadmaq da unudulmaz təcrübə olacaq.
Batumi Qara dəniz sahilində yerləşən və müasir arxitekturası ilə tarixə yaxınlaşan bir şəhərdir. Burada dəniz kənarında yerləşən uzun Bulvar boyunca gəzintiyə çıxaraq, müxtəlif kafe və restoranlarda yerli və beynəlxalq ləzzətləri dadmaq imkanı var.
İstanbul (Türkiyə)
Səfər müddəti: 3-5 gün Uçuş müddəti: Bakıdan İstanbul təxminən 2 saat İstanbul həm tarixi abidələri, həm də böyük alış-veriş imkanları ilə tətillər üçün populyar istiqamətdir. Aya Sofiya, Sultanahmet və Qalata kimi tarixi yerləri ziyarət edə bilərsiniz. Bazar və alış-veriş sevənlər üçün Kapalıçarşı və İstinye Park Mall maraqlı seçimlərdir. Bosfor boğazında gəzinti edərək şəhərin gözəlliklərini izləmək tətilinizi daha da yaddaqalan edəcək.
Dubay (Birləşmiş Ərəb Əmirlikləri)
Səfər müddəti: 4-5 gün Uçuş müddəti: Bakıdan Dubaya təminən 3 saat Əgər isti hava, dəbdəbəli alış-veriş mərkəzləri və möhtəşəm attraksionlarla dolu bir bayram keçirmək istəyirsinizsə, Dubay ideal seçimdir. Bürc Xəlifə və Dubay Mall-da vaxt keçirə bilərsiniz.
Bakıdan birbaşa uçuşlar olan Avropa şəhərləri
Səfər müddəti: 4-5 gün Uçuş müddəti: Bakıdan AZAL ilə təxminən 4-5 saat Avropa şəhərlərinə birbaşa uçuşlar bayram günlərində unudulmaz səyahət üçün gözəl fürsətdir. Bakıdan birbaşa uça biləcəyiniz bəzi Avropa şəhərləri: Roma (İtaliya) – Tarix, incəsənət və İtaliya mətbəxi üçün mükəmməl seçim. Budapeşt (Macarıstan) – Dunay çayı sahilində gözəl mənzərələr və termal hamamlarla rahat istirahət. Barselona (İspaniya) – Günəşli hava, dəniz sahili və Qaudinin möhtəşəm memarlıq nümunələri. Bayram tətillərində Avropa şəhərlərində həm tarixi yerləri gəzə, həm də məşhur kafelərdə rahat vaxt keçirə bilərsiniz. 2026-ci ildə Ramazan və Qurban Bayramı Azərbaycanda sevgi, birlik və yardımlaşma ruhu ilə qeyd edilir. Hər iki bayram insanlara dini dəyərləri yaşamaq, ailə və dostlarla vaxt keçirmək və səyahət etmək üçün fürsət yaradır. Əgər bu bayramda səyahət planınız varsa, veb-saytımız və AZAL mobil tətbiqimiz ilə biletlərə nəzər salmağı unutmayın!
