
2026-cı ilin iyun ayında olan qeyri-iş günləri və tətillər
2026-cı ilin iyun ayı yay mövsümünün başlanğıcı ilə birlikdə həm istirahət, həm də səyahət planları üçün əlverişli imkanlar yaradır. Bu ayda qeyd olunan bayram günləri, həftəsonları birlikdə qısa müddətli səfərlər üçün ideal fürsət təqdim edir. İyun ayında olacaq qeyri-iş günlərinin tarixlərini öncədən bilməyiniz həm ölkədaxili, həm də xarici səyahətlərinizi daha rahat planlaşdırmağınıza kömək edəcək.
Mündəricat
15 iyun qeyri-iş günüdür?
15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur və qeyri-iş günüdür. 2026-cı ildə bu tarix bazar ertəsinə təsadüf edir. Bu isə o deməkdir ki, həftəsonu ilə birlikdə 13, 14 və 15 iyun tarixlərini əhatə edən 3 günlük ardıcıl istirahət imkanı yaranır.
Silahlı Qüvvələr Günü
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu gün qeyri-iş günüdür. 2026-cı ildə bu tarix cümə gününə təsadüf etdiyi üçün həftəsonu ilə birlikdə 26, 27 və 28 iyun tarixlərini əhatə edən 3 günlük istirahət imkanı yaranır. Bu istirahət günləri qısa səyahətlər planlayaraq yeni istiqamətlər kəşf etmək üçün gözəl fürsət təqdim edir.
Səyahət planınızı indi qurun!
İstirahət günlərini öncədən bilmək səyahət planı qurmağınıza kömək edir. Qeyri-iş günlərini əvvəlcədən effektiv planlaşdıraraq həm ölkədaxili, həm də xarici səfərlər edə bilərsiniz. Azərbaycan Hava Yolları dünyanın müxtəlif istiqamətləri üzrə uçuşlar təqdim edir. Uçuş cədvəlimizdən uyğun vaxtı və yeri seçərək qısa tətil günlərində yeni yerlər kəşf edin!
