Hansı ölkəyə səyahət etdiyinizdən asılı olmayaraq, “Azərbaycan Hava Yolları” şirkətinin Premium Ekonom sinfi Sizə uçuş boyu özünüzü daha rahat və sərbəst hiss etmək imkanı verəcəkdir.

Premium Ekonom-da uçarkən Siz aşağıdakı üstünlüklərdən faydalanacaqsınız:

  • İşləmək və dincəlmək üçün daha geniş məkan, ayaqlarınız üçün əlavə geniş yer və daha çox açılan oturacaqlar
  • Hava limanında növbəsiz qeydiyyat və hava gəmisinə növbəsiz minik
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda gediş zamanı prosedurlardan “sürətli keçid” xidməti və fərdi kömək
  • Hava limanlarında Biznes sinfə məxsus gözləmə zallarına buraxılış
  • Daha çox pulsuz daşınan baqaj norması

Premium Ekonom biletlərinə hər biri 32 kiloqrama qədər çəkidə 2 yer baqaj və 10 kiloqrama qədər çəkidə 2 yer əl yükü daxildir.

Əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir.

Premium Ekonom-da bütün yeməklər və içkilər zərif çini qablarda təqdim edilir. Hər yeməyin təqdim edilməsindən əvvəl sərnişinə təravətləndirici isti dəsmal təqdim olunur. Eyni zamanda, Sizə pəhrizinizə uyğun olaraq uçuşdan ən azı 24 saat əvvəl sifariş edilmiş xüsusi yeməklər də təqdim edilə bilər.

  • “Boeing 787” hava gəmisində oturacaqlara quraşdırılmış 10.6 düym ölçüdə sensorlu monitorlara yüklənən geniş çeşiddə ən son və klassik filmlər, audio yazılar, TV proqramlar, oyunlar və digər əyləncələrin daxil olduğu fərdi əyləncə sistemi Sizin səyahətinizi daha maraqlı edəcək.

"Azərbaycan Hava Yolları" öz sərnişinlərinə Azərbaycan və xarici dövri nəşrlər təqdim edir, onların seçimi reysin istiqamətindən asılı olaraq sərnişinlərə təklif olunur.

Qarşınızdakı oturacağın cibində yerləşdirilən «Azerbaijan Airlines»* bort jurnalını, «On-Board Sales Catalogue»* və «Ideal»* jurnallarını nəzərdən keçirə bilərsiniz.

Aviaşirkətin rəngarəng şəkilli bort jurnalında siz faydalı və maraqlı məlumatlarla tanış ola bilərsiniz. Burada siz macəra dolu səyahət, dünyanın füsunkar yerləri, gözəl şəhərləri barədə məqalələrlə tanış ola və mədəniyyət, biznes və sənaye sahəsində son xəbərləri öyrənə bilərsiniz. Biz müxtəlif insanların və peşə sahiblərinin maraq və zövqünü nəzərə alırıq ki, bu da jurnalımızı daha da maraqlı edir və digərlərindən fərqləndirir. Jurnalın səhifələrində həmçinin şirkətin uçuş sxemləri, hava limanlarında transfer cədvəlləri və s. əks etdirilib.

Eyni zamanda hava gəmilərimizdə sərnişinlər üçün alış-veriş etmək imkanı da yaradılır. «On-Board Sales Catalogue»* jurnalının səhifələrinə nəzər yetirərək parfümeriya və kosmetik məhsulların çeşidləri ilə, həmçinin hədiyyə və suvenirlərlə tanış olun.

Uzunmüddətli uçuşlarda (7 saatdan artıq davam edən uçuşlarda) yüksək keyfiyyətli gigiyenik və kosmetik vasitələrlə və aksessuarlarla Səyahət dəsti təqdim edilir.

  • Uzunmüddətli uçuşlarda (7 saatdan artıq davam edən uçuşlarda) yüksək keyfiyyətli gigiyenik və kosmetik vasitələrlə və aksessuarlarla Səyahət dəsti təqdim edilir.
  • Əyləncəli oyunlar və uşaq göz maskası (yuxu üçün) ilə sehrli uşaq səyahət dəsti
  • Səyahət yastığı
  • 7 saatdan artıq davam edən uçuşlarda yumşaq oyuncaqlar təqdim edilir