Hörmətli sərnişin

“Azərbaycan Hava Yolları” aviaşirkəti ilə uçuşdan əvvəl vacib məqamları Sizə xatırlatmaq istəyirik:

  • daşınma qaydalarına uyğun olaraq, səyahət üçün bütün lazımi sənədlərə, vizalara və icazələrə sahib olduğunuzdan əmin olmağınız xahiş olunur.

  • gediş, təyinat və tranzit ölkənin sənəd tələbləri və qanunları ilə tanış olmağınız və onlara əməl etməyiniz xahiş olunur.

Aviaşirkət bu prosesdə Sizə hər zaman səlahiyyətləri daxilində kömək etməyə hazırdır, lakin yuxarıda qeyd edilən tələblərin Sizə bildirilməməsinə və ya Sizin tərəfinizdən onlara əməl edilməməsinə görə məsuliyyət daşımır.