Uşaqlar və hamilə qadınlarla səyahət

Müşayiət olunmayan azyaşlılar

5 yaşdan 14 yaşadək uşaqlar aviasiya şirkətinin reyslərinə yalnız 18 yaş və ondan böyük sərnişinin (valideyn/qəyyum və ya onların qanuni təmsilçisinin) müşayiəti ilə və ya aviaşirkətin uşaqların müşayiət olunması xidmətindən istifadə edərək böyük sərnişinin müşayiəti olmadan qəbul olunur.

Uşağın yaşı

Siz aviaşirkətin uşaqların müşayiət olunması xidmətindən istifadə edə bilərsinizmi?

Uşaqların müşayiət olunması xidmətinin dəyəri nə qədər təşkil edir?

5 yaşadək

Bu xidmət göstərilmir, sizin uşağınız yalnız 18 yaş və ondan böyük sərnişinin (valideynlər/qəyyumlar və ya onların qanuni təmsilçilərinin) müşayiəti ilə uça bilər.

Xidmət göstərilmir.

5 yaşdan 14 yaşadək

Uşaqların müşayiət olunması xidmətini əvvəlcədən təxsis etməlisiniz.Sizin uşağınız üçün biletin dəyəri böyük tarifin istənilən münasibsinif üzrə ödənilir. 12 yaşadək müşayiət olunmayan uşaqlar üçün biletin dəyəri böyük tarifin 25 faiz məbləğində uşaq endirimi tətbiq olunur.

50 EUR

14 yaşdan 18 yaşadək

Sizin uşağınız aviasiya şirkətinin reyslərində müşayiət olunmadan uça bilər və ya (valideynlər/qəyyumlar və ya onların qanuni təmsilçilərinin) istəyi ilə uşaqların müşayiət olunması xidməti sifariş oluna bilər.

50 EUR

”Azərbaycan Hava Yolları” QSC aşağıdakı hallarda uşaqların müşayiət olunması xidmətini göstərmir:

Uçuşa terminallar/hava limanları arasında transfer daxil olduqda uşaqların müşayiət olunması xidmətindən istifadə etmək qeyri-mümkündür. “Azərbaycan Hava Yolları”nın marketinq daşıyıcısı qismində çıxış etdiyi kod-şerinq reyslərində və interlayn daşıyıcıların reyslərində uşaqların müşayiət olunması xidməti təqdim olunmur. Tranzit hava limanında gecə dayanacaqları olduğu halda uşaqlar reysə qəbul olunmur.

Ölkələr üzrə hüquqi tələblərdə fərqlər

Bəzi ölkələrin immiqrasiya xidmətləri gələn, gedən və tranzitlə keçən uşaqlar üçün əlavə sənədlər tələb edirlər. Tələb olunan əlavə sənədlər getdiyiniz ölkədən asılıdır, bu səbəbdən səfərdən əvvəl onlar barədə məlumat alın. IATA Turizm Mərkəzi Sizə hər bir ölkə üçün tələb olunan sənədlər barədə tövsiyə verə bilər. Əlavə tələblərin göstərilməsi üçün uşağın doğum tarixini mütləq qeyd edin.

Reysə qədər

Uşaqların müşayiət olunması xidmətindən istifadə etmək üçün marşrutun bütün seqmentləri üzrə bu xidməti əvvəlcədən təxsis etmək və aviasiya şirkətinin təsdiqini almaq zəruridir, xidmətinin ödənişi qabaqcadan eləmək lazımdır. Siz aviabiletin təxsis olunması ilə eyni zamanda, lakin uçuşdan ən az 20 saat əvvəl uşağınız üçün qida sifariş edə bilərsiz.

Hava limanında

Valideynlər/qəyyumlar və ya onların qanuni təmsilçiləri qeydiyyat proseduruna uçuşdan ən azı 2 saat (bəzi hava limanlarında 3 saat) əvvəl gəlməlidirlər. Uşaqların müşayiət olunması xidməti yalnız valideynlərin/qəyyumların və ya onların qanuni təmsilçilərinin uşağın müşayiətsiz uçuşuna icazəsi olduqda göstərilir. Əlavə olaraq,valideynlər/qəyyumlar və ya onların qanuni təmsilçiləri Aviaşirkət tərəfindən müəyyən edilmiş nümunədə «Valideynlərin/qəyyumların və ya onların qanuni təmsilçilərinin müşayiət olunmayan uşağın daşınması üçün ərizəsi» ni doldurub imzalayırlar. Hava limanının təhlükəsizlik zonasında, gözləmə zalında və təyyarəyə minik zamanı bütün rəsmi prosedurlar aparılarkən aviasiya şirkətinin əməkdaşı uşağınızı müşayiət edəcək, hava gəmisinin göyərtəsində isə təyyarə bələdçiləri onun qayğısına qalacaqlar. Valideynlər/qəyyumlar və ya onların qanuni təmsilçiləri uçuş başlayanadək hava limanında qalmalıdırlar.

Uçuş zamanı

Uşağınız təyyarəyə mindikdən sonra Aviaşirkət əməkdaşları onun pasportunu alır və təyyarəni tərk etməzdən əvvəl geri qaytarırlar. Uçuş zamanı Aviaşirkət əməkdaşları uşağınıza nəzarət edəcək və bütün lazımi xidmətləri göstərməyə çalışacaqlar. Uşağınızın uçuşunun rahat keçməsi üçün onun əl yükünə lazımi dərman, isti geyim və sevimli oyuncağını yaxud oyunu yerləşdirin.

Gəlmə zamanı

Reys gəldikdə bizim yerüstü personal bütün müvafiq prosedurlar zamanı uşağınızı müşayiət edəcəkdir. Yalnız « Valideynlərin/qəyyumların və ya onların qanuni təmsilçilərinin müşayiət olunmayan uşağın daşınması üçün ərizə» sində qeyd olunan qarşılayan şəxsin şəxsiyyətini təsdiq edən sənədi yoxlanıldıqdan və onun tərəfindən « Valideynlərin/qəyyumların və ya onların qanuni təmsilçilərinin müşayiət olunmayan uşağın daşınması üçün ərizə» imzalandıqdan sonra Sizin uşağınız qarşılayan şəxsə təhvil veriləcəkdir. Uşağı qarşılamaq üçün tərəfinizdən təyin olunmuş şəxs ləngidiyi təqdirdə dərhal bu barədə aviasiya şirkətinə məlumat verin, çünki bəzi hava limanlarında vaxtımız məhduddur.

Uşaqların müşayiət olunması xidmətinin təxsis olunması barədə məlumat

Uşağın müşayiət olunması xidmətini aviasiya şirkətinin ofislərinə və nümayəndəliklərinə və ya turizm agentinizə müraciət edərək sifariş və ödəniş edə bilərsiniz.

Hamilə, zahı qadınların və yeni doğulmuş körpələrin daşınması

Aviabiletin alınması və yerlərin bronlaşdırılması zamanı hamilə qadının, zahının və ya yeni doğulmuş körpənin daşınması aviaşirkətlə əvvəlcədən razılaşdırılmalıdır.

Hamilə qadın hava nəqliyyatından istifadənin mümkünlüyünü özü müəyyən edir və daşınma zamanı öz səhhətinə və ya (yeni doğulmuş yaxud doğulacaq) körpənin vəziyyətinə əsaslanaraq özünün və ya körpənin sağlamlığı üçün mümkün təhlükəni nəzərə alır.

“Azərbaycan Hava Yolları” QSC-nin reysləri ilə daşınmaya buraxılmır:

Hamilə qadınlar - hamiləlik müddəti 32 həftədən artıq olduqda; Zahılar - doğuşdan sonrakı 7 gün ərzində. Yalnız 7 günlükdən çox olan körpələr ana, ata və yaxud körpəyə görə məsuliyyət daşıyan digər sərnişinin müşayiəti ilə müəyyən edilmiş qaydada “Azərbaycan Hava Yolları” QSC-nin reysləri ilə daşınmaya qəbul olunur.

Hamilə qadınların, zahıların və yeni doğulmuş körpələrin daşınması üçün sənədlərin rəsmiləşdirilməsi qaydası:

Qeydiyyat zamanı hamilə sərnişin tərəfindən şifahi təqdim edilən məlumata əsasən 26 həftəyədək hamiləlik müddətində olan sərnişin “hamilə qadınların daşınması zamanı aviaşirkətin məsuliyyətdən azad edilməsi barədə bəyannamə”ni doldurmalı və imzalamalıdır. Bu zaman sərnişinin hamiləliyi və sağlamlıq vəziyyəti barədə müalicə həkiminin arayışı tələb olunmur.

Əgər qeydiyyat zamanı sərnişinin bildirişinə əsasən hamiləlik müddəti 26 həftədən 32 həftəyə qədərdirsə (32 həftə daxil olmaqla) sərnişin “hamilə qadınların daşınması zamanı aviaşirkətin məsuliyyətdən azad edilməsi barədə bəyannamə”ni doldurmalı və imzalamalı, habelə əlavə olaraq hamiləlik və sağlamlıq vəziyyəti barədə arayış təqdim etməlidir.

Bu cür arayış sərnişinin müalicə aldığı tibb müəssisəsində rəsmiləşdirilməli və müalicə edən (təcrübə keçən) həkimin möhürü ilə təsdiqlənməlidir.Arayışda hamiləliyin müddəti, onun növü (bir- və ya ikidöllü) olması, xarakteri (normal və ya mürəkkəb) və sərnişinin hava nəqliyyatı vasitəsilə daşımasını mümkün etməyən patologiyaların, vaxtından əvvəl doğuşun və ya düşmə riskinin olmaması barədə məlumat mütləq göstərilir.

Yeni doğulmuş körpənin daşınması rəsmiləşdirilərkən doğum haqqında şəhadətnamə (doğum evinin arayışı) təqdim olunmalıdır. 7 gündən artıq körpənin sağlamlıq vəziyyəti haqqında tibbi arayış tələb edilmir.

Daşıyıcı hamilə qadını, zahını, yeni doğulmuş körpəni birinci təyinat məntəqəsinə (“Azal”ın uçuş yerinə yetirdiyi məntəqəyə) qədər daşımaya qəbul edir və digər istismarçının daşımadan imtina etməsinə görə məsuliyyət daşımır. Daşıyıcı heç bir halda hamilə qadının, zahının, yeni doğulmuş körpənin səhhətinin ağırlaşmasına görə yaxud uçuş zamanı və ya uçuşdan sonra digər arzuolunmaz mənfi halların baş verməsinə görə məsuliyyət daşımır. Aviadaşıma rəsmiləşdirilərkən (Azərbaycana geriyə uçuş zamanı – hava gəmisində və ya “Azərbaycan Hava Yolları” QSC-nin xarici ölkələrdəki nümayəndəliklərində) hazırkı daşıma qaydaları tətbiq edilir.