Uçuş zamanı maraqlı əyləncələrdən zövq almaq və vaxtınızı səmərəli keçirmək üçün sizə fərqli və müxtəlif janrda media materialları təklif edirik. “Azərbaycan Hava Yolları” şirkətinin uçuşda yüksək səviyyəli əyləncə sistemi vasitəsilə sizlərə yeni Hollivud və digər beynəlxalq filmlər, maarifləndirici sənədli filmlər, komediyalar, musiqi klipləri, filmlərdən musiqilər, həmçinin müxtəlif dil seçimi imkanı olan geniş tərkibli media faylları təqdim edirik. Biz balaca dostlarımızı da unutmamışıq. Kolleksiyamızda onlar üçün fərqli oyunlar, cizgi filmləri və animasiyalar nəzərdə tutulur.

We are wishing you pleasant and joyful flight!