QRUP ŞƏKLİNDƏ DAŞIMALAR

QRUP ŞƏKLİNDƏ DAŞIMALAR
“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri bu daşıyıcılarının eyni reyslərində 2 yaşdan böyük, ekonom sinifdə ən azı 10 nəfərdən az olmayaraq qrup sərnişinləri üçün, eyni zamanda “Azərbaycan Hava Yolları” və “Buta Airways” reyslərində bütün uçuş marşrutu üzrə eyni tarixlərdə qrupların birgə daşınması halında qrup güzəştləri təqdim edir. Sərnişinlərin bir tərəfə daşınmasına qrup şəklində daşınma kimi baxıla bilməz.
“Qrup tarifi” – hər hansı məzənnə və yığımlar nəzərə alınmadan konkret qrup daxilində bir sərnişin üçün daşıma dəyəri.
“Sifarişçi” - qrupun xüsusi şərtlərə əsasən daşınması üçün aviaşirkətə müraciət edən fiziki və ya hüquqi şəxs.
Qrup şəklində daşımanın təxsisedilməsi və dəyərinin hesablanmasının mümkünlüyünə baxılması məqsədilə Sifarişçi aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə və ya group@azal.az elektron poçta standart formada qrup haqqında minimal məlumata malik olan yazılı sifariş göndərilməlidir. Yazılı sifarişə aşağıdakılar daxil olmalıdır: Bu bəndlərə əlavə olaraq, qrupun bütün iştirakçıları bilavasitə sifarişçi-təşkilata aid olmalıdırlar.
Daşıyıcı tərəfindən qrupun daşınmasının mümkünlüyünə baxılması və dəyərin hesablanması (güzəştin məbləği) aviaşirkətin Sifarişçidən sifarişi aldığını təsdiq etdiyi andan 3 (üç) iş günü ərzində həyata keçirilir.
Uçuş tarixindən asılı olaraq aviaşirkət qrup şəklində daşımaların qaydalarını 3 mövsümə, qrup güzəştlərinin verilməsi şərtlərini tənzimləyən dövrlərə bölür - "Yüksək tələbat mövsümü", "Orta tələbat mövsümü" və "Aşağı tələbat mövsümü". Mövsümə uyğun olaraq qrup güzəştlərinin, qaytarılmayan depozit və onun ödəniş müddətinin, qrupun tam rəsmiləşdirilməsinin, soyadların (qrup iştirakçılarının) pulsuz dəyişdirilməsinin, sifariş edilmiş qrup şəklində daşımanın ləğv edilməsinin şərtləri dəyişdirilir.
Bütün bu şərtlər qrup güzəştləri sorğusunun işlənməsi zamanı təqdim və qrup şəklində daşımalar üçün bağlanmış müqavilə ilə təsdiq edilir.