08.07.2026
“Səma və Dəniz” lotereyası çərçivəsində iştirakçılar qiymətli hədiyyələr, o cümlədən Sea Breeze Resort "Park Lane" layihəsindən mənzil qazanmaq şansı əldə edirlər. Lotereya 8 iyul – 8 sentyabr 2026-cı il tarixlərini əhatə edir.
İştirak qaydası:
Lotereyada iştirak etmək üçün "AZAL Miles" loyallıq proqramının üzvü olmaq lazımdır. İştirak aşağıdakı kimi aktivləşdirilir:
Qazandığınız şansların ümumi sayı bütün əməliyyatlarınız üzrə cəmlənərək lotereya səhifəsində əks olunur. Maksimum şans sayına məhdudiyyət yoxdur. Şans nə qədər çoxdursa, uduş ehtimalınız bir o qədər yüksəkdir. Şanslar mənbəyindən asılı olaraq 1-10 gün ərzində hesablanaraq hesabınıza yüklənir.
Uduş fondu:
Ümumilikdə 100 qalib müəyyən ediləcək. Qeyri-pul uduşlarının pul ekvivalenti ödənilmir.
Tiraj:
Tiraj 28.09.2026-cı il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminal binasında, təsadüfi seçim funksiyası ilə elektron qaydada keçiriləcək. Ev uduşu istisna olmaqla, hər iştirakçı digər hədiyyələr üzrə yalnız bir dəfə qalib ola bilər.
İştirak şərtləri:
18 yaşını tamamlamış bütün şəxslər iştirak hüququna malikdir.
"Azərbaycan Hava Yolları" QSC və "Sea Breeze" əməkdaşları və aidiyyəti şəxslər iştirak edə bilməz.
"Bloklanmış" və ya "bağlanmış" status daşıyan hesablar lotereyada iştirak edə bilməz.
Qaliblərin elanı:
Qaliblər AZAL-ın web səhifəsində, sosial media səhifələrində və KİV-də 5 iş günü ərzində dərc olunacaq.
Ətraflı lotereya şərtləri ilə BURADAN tanış ola bilərsiniz.
Lotereyada iştirak etmək üçün BURA klikləyin.