banner

“AZAL Miles” proqramı səyahətsevərlər üçün xüsusi kampaniya təqdim edir. Kampaniya çərçivəsində 15 iyul 2026-cı il tarixinədək uçuş edən və ya keçmiş uçuşlarını bərpa edən üzvlər əlavə 1 qat uçuş millər qazanacaqlar.

Bu necə işləyir? Keçmiş uçuşunuz üzrə statusunuza və baza tarifinə əsasən qazandığınız mil miqdarı qədər əlavə mil hesablanır. Məsələn, 500 avro dəyərində olan baza tarifinə əsasən uçuşdan 1000 uçuş mili qazanırdınızsa, kampaniya çərçivəsində əlavə 500 mil əldə edərək ümumilikdə 1500 uçuş mili qazanmış olacaqsınız.

Daha sonra topladığınız millərdən aviabilet alışı, xidmət sinfinin yüksəldilməsi və tərəfdaşlarımızla alış-veriş zamanı istifadə edə bilərsiniz.

Vacib məlumatlar Kampaniya 24.04.2026 – 15.07.2026 tarixləri aralığını əhatə edir.

**Qeyd: ** Aviabilet alışı zamanı “Miles ID” məlumatlarınızı qeyd etməlisiniz. Əgər uçuş zamanı aviabilet alışında “Miles ID” əlavə etməyi unutmusunuzsa, daha sonra şəxsi kabinetinizə daxil olaraq bilet nömrəsi vasitəsilə uçuş məlumatlarınızı əlavə edə və həmin uçuş üzrə millərinizi bərpa edə bilərsiniz.

Millərinizi bərpa edərək hədiyyə millər qazanın və növbəti səyahətinizi sərfəli planlayın!